Qərbi Qaradəniz səfəri
Unutdum qəribliyi Qərbi Qaradənizdə,
Unutdum yazı,
payızın gözəlliyini görüncə
yerdə-göydə, yolda-izdə.
Aşina gəldi hər yer,
xoşuma gəldi hər yer.
Saçlarımı rüzgarlar daradı.
Unutdum qəribliyi Qərbi Qaradənizdə -
Gözlərim Qara dənizin mavisini aradı.
içindən min illər keçib,
indi də mən keçirəm
zəngin
tarix qoxuyan bu yerlərdən,
içimə çəkərək birnəfəsə oxuyuram
şəhəri,
Qıfılı açılır daşların
dilinin,
danışır susmadan.
Keçmişin pıçıltıları qəflətən
qulaqlarıma dolur küləkqarışıq,
bir də Fateh Sultan Mehmetin fərmanları*...
Sığal çəkib nur
üzünə
yüzilliklər,
hələ də bənzəyir
özünə evlər,
dağlar,
daşlar, təpəliklər...
Hər yerində bir əsalət, hikmət,
Kəşf elə, deyir məni...
Payızdan
geyinib qızılı donu,
Ətli
əkməklə* qarşıma
çıxdı
Kastamonu...
Belə
qalar haçanacan, bəlli deyil,
O qədər gözəl
ki,
donub qaldım saçlarımın
ucunacan.
Araç
ilçəsindən,
İneboludan başlayır gözəlliklər,
özünə bənzəyir rəngi-ruhu,
bir az şəhidlərlə
dolu tarixi.
Hələ
də açılmayıb
Şəhid Şərifə bacının*
əllərinin donu...
Şərifələr yurdu İgid İnebolu*,
Çanaqqalada ən çox şəhid verən məmləkət -
kəşf eylə, deyir əlbət,
Kastamonu,
Kastamonu...
Sadəcə
məmləkət deyib keçmədim,
nələr var burda, nələr:
tarix qoxuyan qərinələr,
vədlər,
dərin
dar dərələr, vadilər,
mədəniyyət, kültür beşiyi,
Tarixi
"konak"ları,
daşla
taxtanın qovuşduğu
memari evlərin cazibəsi,
Kastamonu
çəkirdi bizi
biz onu kadrlara çəkdikcə...
Şapka
muzeyini gördümmü,
Şapka
devriminə girdim elə bil,
susdum qaldım şapkalar içində,
varmıydı başıma yaraşanı?
Biləmədim.
Gözlərim böyüdü, hər
başda bir şapka,
hər şapka altında bir baş:
əslində bura çalışan
başlar muzeyiydi -
adını tarixə qazıyan
başlar...
ən başda da o vardı -
devrimi oyadan Türk*.
Hündürdən
baxanda,
bir əzəmət dünyası
çıxdı önümə
Kastamonu
qalası ilə tanışanda:
Tarixin, yüzillərin,
şahların, qanlı əllərin,
depremlərin, dəfinəçilərin,
daha kimlərin, daha nəçilərin
əllərindən yaralar almış möhtəşəm
qala.
Bu dilli qalanın
tarix üzünə cızıqlar
atdı,
şahlar
başına toplar qondurdu,
top oynadı əsrlərlə,
sonunda uduzan da,
udan da bu möhtəşəm
qala oldu.
Bütün faniliklər getdi,
gəldigedərliklər getdi,
Bircə
qalan Qala oldu.
"Tikdim ki izim qala" deyənlərin
bu qara daşlar üzərində
çıxardıqları gözlərin gözü qaldı.
Nə şahlar keçdi buradan,
mat oldular tarixin taxtasında,
gözü olmayanların
əlləri ədalətin yaxasında
qaldı.
Ən
yüksək təpədə
açdım gözlərimi,
yüzillərin o üzündən oyandım:
Qan gölməçələrini yudu yağışlar,
qurutdu doğan günəşlər...
daha Kastamonu qalasından
düşməz günəş rəngində
al bayraq.
Hündürdən baxanda,
Kastamonu
evləri kibrit qutusu,
çayları saplı iynə,
yolları qıvrım-qıvrım,
qovşaqları düymə-düymə görünürdü...
Qaladan enincə,
mədəmə də aclıq endi.
Bir quzu gərdan çorbası,
üstündən də çəkmə
halva...
Gözəlləşdi hava gözümdə,
"çəkmə halva"nı
yedikcə
çəkdi məni:
Getmə,
bir az da,
"sən qalanın yanında qalginən,
sənə qurban" -
dedi...
Bir də
valeh etdi məni
Göyırmak çayı, onun
dupduru suları,
Bir də, bir də
səmada
sonsuz nöqtələr
oluşdurub
pırlayan, parıldayan Göyırmağın
quşları.
Üzümüz
Bartına yol aldı...
Yol gedirdi Amasraya.
Tarixdən duyduğum kəlimə:
"Lala,
lala! Çeşm-i Cihan bu mu ola"*.
"Mən belə gözəl bir yerə
ziyan vurmaq istəmirəm,
gətirin qalanın açarlarını",
deyən
Mehmeti heyran qoyan
Amasra*.
Dənizə doğru uzanan sivri burnu,
burnun hər iki tərəfində
nəfəs alan cazibə...
İki qara torpaq üzərinə
qonmuş mirvari misali,
qəvvasların dürrü-yetimi - Amasra.
İncə belinə sarılan
gümüş kəmər -
Boztəpə Kəmərə körpüsü
- birləşdirər
Amasranın o tayla bu tayını.
Qaradənizin qara incisi,
bir də taleyinə əsir düşmüş Amasra qalası.
Ondan qalmışmı iz?
Qalan möcüzəvi yurd,
bir də dəniz havası...
Dünyanın göz bəbəyi,
Qaradənizin mavi göz nuru,
bir də gözünün
ilk avı,
Bir də,
bir də,
dadı
damaqdan getməyən
hamsisi...
Görmək
istədiyin yerlər
bağlantı qurduğum zaman,
daha gözəl çəkər
səni,
daha erkən gerçəkləşər...
İçimdə
Amasra sevdası -
keçdim Bartından,
üzü Safranboluya,
Ulus ağac tunelində
öpüşdü iki diyarın sevdası,
qol-boyun
oldu altın rəngli ağaclar.
Yol Safranboluya vardı -
Safranbolu
- zəfəranı bol
şəhər,
burdan çıxır bitkilərin
gözdəsi...
Bir də gözlərə gözəllik qatan,
insani heyran edən
eski çarşısı...
Gecənin içindən ulduzlara
baxıram,
onlar da şahid bu yerə,
Burda bulunmuş "cümlə
çün",
"Şərhi-bəyana sığmayan"
Safranbolu...
Səfər
sonuna varanda,
Bir sual məni yoranda ki,
hansı
daha gözəl, hansı?
Düşündüm-daşındım
Və dedim ki,
hamısı...
1 - Fateh
Sultan Mehmet 1460-cı ildə
Çandaroğlu bəyliyinə aid olan
Kastamonu
şəhərini Osmanlı dövlətinə
qatmış, yaxud bir Türk bəyliyinin
əlindən alıb əl dəyişdirmiş.
2 - Kastamonunun yörəsəl
yeməyidir ətli əkmək.
3 - Qurtuluş savaşı
zamanı İneboludan öküz arabalarıyla Kastamonuya mərmi,
silah-sursat daşınmalıymış. Hər evdən bir
araba yola çıxır. 1921-ci lin son günlərində
Şərifə Bacı 6 aylıq körpəsi Eliflə bərabər
yola düzəlir, Kastamonu Kastamonu Kışlasına
yaxınlaşdıqda top
mərmiləri islanmasın deyə
gödəkcəsini
mərmilərin üzərinə örtür.
Körpəsi ölməsin deyə isə özünü
onun üstünə sipər edir. Vücud
istiliyini
körpəsinə verən
Şərifə Bacı
soyuqdan donaraq yolda şəhid
olur.
4 -
1924-cü ildə İstiqlal medalı alan
ilk və tək ilçə olan İneboluya, Atatürkün
tövsiyəsi ilə TBMM tərəfindən
"yiğit" adı verilmişdir.
İnebolulular igid adını
''Biz hər Türk övladının edəcəyi kimi vətəni
vəzifəmizi yerinə yetirdik, hər Türk igiddir, fərqimiz
yoxdur'' məntiqiylə istifadə etməmişlər. Buna
görə də, bu ilçəyə
hələ də, sadəcə
İnebolu deyilməkdədir.
5 - Şapka devrimi və ya
Şapka inqilabı Türkiyə Cümhuriyyətinin
qurulmasından sonra kişilərin baş örtülərinin
düzənlənərək Qərb ölkələrindəki
normalara uyğun hala gətirilməsi üçün
1925-ci ildə Atatürk tərəfindən
verilən
Qanuni tənzimləmədir.
6 - Fateh
Sultan Mehmetin ilk dəfə
Amasranı görərkən söylədiyi
cümlə.
7 - Amasraya ilk gördüyündə vurulan Fateh
Sultan Mehmet, Lala'sına (atabəyinə) "Lala
Lala!
Çeşm-i Cihan (dünyanın dəyərlisi) bu mu
ola?" diye soruşur. O andan sonra da buranı
döyüşsüz alır. Çünki istədiyi son
şey bu gözəl şəhərin ziyan görməməsi
idi. Amasranın
qədim
dövrdəki adı
"Susam diyarı" mənasına gələn
və b.e.ə. III əsrdə Amasranı idarə edən
qadın lider Amastrisin adıyla bağlı olaraq
Sesamos olmuşdur. Osmanlı zamanında
isə Amasra adlandırılmışdır.
Həyat ŞƏMİ
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.38-39.