BişkekdəHeydər Əliyev

ədəbiyyatadlı kitab çapa hazırlanır

 

Qırğızıstanın Bişkek şəhərində Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 101 illiyinə həsr olunmuşHeydər Əliyev ədəbiyyatadlı kitab çapa hazırlanır.

Fonddan AZƏRTAC-a bildiriblər ki, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, yazıçı Elşad Barat, redaktoru isə pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Elmira İsmayılovadır.

On hissədən ibarət kitab Ulu Öndər Heydər Əliyevin hər iki dövrdə (sovet müstəqillik illəri) mədəniyyətimizə, ədəbiyyatımıza diqqət qayğısının bir sıra tarixi anlarını, özünəməxsus məqamlarını əks etdirir.

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, “Heydər Əliyev ədəbiyyatkitabının işıq üzü görməsi Ulu Öndər tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrindəki uğurları tərənnüm edən mühüm hadisədir.

Kitabda Yazıçılar Birliyinin mətbu orqanları olanƏdəbiyyat qəzeti”nin, “Azərbaycan”, “QobustanUlduzjurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi Ümummilli Liderin çətin keçid dövrü pro-seslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının nümunələri kimi qeyd edilib.

Bundan başqa, nəşrdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci il-lərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqlarının, gənclər mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması, müasir ixtisaslara yiyələnməsi haqqında geniş mülahizələr yer alıb.

Qeyd edək ki, kitaba rəyləri akademiklər Nizami Cəfərov Yaqub Mahmudov veriblər.

Xatırladaq ki bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr olunan 164-cü kitabdır. Fond ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yaymağı gələcəkdə müxtəlif dillərə tərcümə etdirməyi nəzərdə tutur.

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.21.