“Sabir Rüstəmxanlı söhbətləri” silsiləsindən

  Məmməd İsmayıl, Heydər Əliyev, İlham Əliyev, Elçibəy, Anar və ölüm haqda danışır

 

Sabir Rüstəmxanlı: - Məmməd, əvvəla, salam-əleyküm. Salam Allahın adıdır.

Məmməd İsmayıl: - Əleyküm-salam. Xoş gəlmisiniz.

S.R. - Çox sağ ol. Sosial mediada son vaxtlar xəstəlikdən çox gileylənirsən. Özü sənə heç yaraşmır. Səni mən həmişə buz baltası kimi görmüşəm. Yerə-göyə meydan oxuyan Məmmədi xatırlayıram həmişə. Ona görə onlar mənə bir az qəribə gəlir bir az da ciddiyə almıram, sənə dediyim kimi. Bu gün , şükür, belə gördüm. Sənin yazdığın kimi deyil. Bir az yaxşısan, çox şükür

M.İ. - Bilirsən, nətərdi, adam gedib, gedib, gedib uşaqlığına çıxır, ordan da qayıdıb gəlirsən, 80-85-ə çıxırsan bu yollar boyu da deyəndə, dişini dişinə sıxıb dərdin acığına, xəstəliyin acığına bir növ, nətər deyim, rola girib "heç umrumda deyil" deyə bilərsən. Amma mən elə fikirləşmirəm. Yəni mənim gündəlik halım, durumum, ovqatım nəyi bekiştirirsə, türklər demiş, onu gətirirəm. Sözün doğrusu, məndən sonra deyəcəklər, deyəcəklər ki, xəstəlik qarşısında acizlik edirdi... Bu mənim ruh halımdır, bugünkü halımdır. Xəstəlikdən qorxacam? Nəyindən qorxacam?!

S.R. - Yox, gizlətməyi demirəm, yəni onu gizlətmək lazım deyil. Amma görürəm, şükür, özün ki beləsən, sir-sifətin yerindədir, oturmuşuq yan-yana. Hətta gördüm, kimsə paylaşmışdı sənin uzanan yerdə şəklini... O da heç, onun da dəxli yoxdur. Əsas odur ki, bu gün Allah imkan verib sənin evində, sənin ocağında yan-yana oturmuşuq; neçə illər bundan əvvəlki kimi. Mənim Milli Məclisə gedən yolum, İnşaatçılar prospektindən düşür hər dəfə ordan gedəndə o Qağayı adlanan binanı görürəm yadıma düşür ki, biz orda səninlə subay vaxtı kirəkeş qalmışıq.

M.İ. - Çox qəribə günlərimiz vardı.

S.R. - gözəl günlər idi.

M.İ. - Hələ 4-cü mikrorayonda.

S.R. - Bəli, 4-cü mikrorayonda, hələ 28 May küçəsində. Erməni evi idi. Gör, günə qalmışdıq biz! Yəni Bakının müxtəlif istiqamətlərində gəzə-gəzə biz bir yerdə yaşamışıq. Kirayə evlərdə yaşamışıq. Mən o Məmmədi xatırlayıram ondan əvvəlki Məmmədi sənin xatirələrindən, rəhmətlik ananın xatirələrindən, bizə gəlib-gedirdi, tanıyıram. Bilirsən, indi niyə görə bu söhbəti elə burdan, xəstəliyindən başladım, çünki əslində bu cəmiyyət yaşadığımız o zamanın müəyyən şərtləri, müharibə sənin üstünə xəstəlik adlanmayan, amma ictimai mikrobları, ictimai xəstəlikləri çox yükləyib. O, zamanın bütün ağrıları, acıları, itkiləri, təkliyi, hamısı, elə bil sənin həyatından gəlib keçib. Ona görə sən 85 yaşına gəlib çatmısansa bunların hamısına dözmüsənsə, bu, qəhrəmanlıqdır. Mən onu fikirləşirəm, bilirsən?

M.İ. - Çox sağ ol, Sabir! Adam istər-istəməz, dörd divar arasında özünlə baş-başa qalır. Bir xəstəliyin, bir sən, bir , səni narahat edən hisslər, duyğular... gedirsən dünyanın o başına, sonra gəncliyindən üzü bəri gəlirsən. İndi burda, səninlə mənim, canınız sağ olsun, gəlmisiniz, xoş gəlmisiniz, səfa gətirmisiniz, səninlə mənim həyat yolum qəribədir. Bəlkə Arazla Kürə bənzəyir. Ayrılırlar, birləşirlər, ayrılırlar birləşirlər, gəlib sonra tam birləşirlər, Xəzərə tökülürlər. Allaha çox şükür ki, varsan, Allaha çox şükür ki...

S.R. - Sən varsan, Allaha çox şükür ki! Sən məndən böyüksən yaşda. Sənin o əzmkarlığından, o təkliyə dözüb, o inadkarlıqla öz həyatını qurmağından çox şeylər götürmüşəm, onlar mənə təsir edib. Mən onu etiraf eləməliyəm, deməliyəm. Yəni mən böyük ailədə böyümüşəm, amma sən elə bizim ailədə oğul kimi qəbul olunurdun.

M.İ. - Doğrudur.

S.R. - Sənə o cür baxırdılar bizim evdə. Sən gözəl bir şeir yazmışdın - "Ana payı". Gözəl bir şeirdir, əlbəttə. Mən bu sözü niyə dedim? Mən bu söhbəti ona görə başladm ki, sənin həyat yolun bizim cavanlarımız üçün bir örnək olmalıdır. Ərköyün, ondan sonra, hazırın naziri, səbirsiz, dözümsüz, hər şeyi əziyyətsiz görmək istəyən müəyyən bir nəsil var. Hətta ədəbi nəsil var, hər şeyi istəyirlər onların qabağına hazır gətirsinlər. Sənin həyatın bir örnəkdir. İyirminci yüzil, İkinci Dünya müharibəsi onun gətirdiyi faciələr, o faciələrdən keçən bir kənd uşağı cür özünü dünya miqyasına çıxara bilər. Bax, bu məsələ var. Yadındadır, Hüseyn Arif zarafat edirdi, sənin haqqında deyirdi: "Canım üçün, Əsrək kənddən gəlib Tovuza çıxmamış, bir gördük, Bakıdadır, Bakıda özünə yer eləməmiş, bir görürdün, Moskvadadır". Bu bir örnəkdir. İstəyirəm, sən öz dilindən müəyyən şeylər deyəsən.

M.İ. - Sabir, indi, həqiqətən, bu gün, burda bizi lentinə alan kameranın önündə, oğlumuzun da iştirakı ilə, niyə bir başqası yox, Sabir Rüstəmxanlı var? bu yol da, ta dünyanın o başından başlayır hardasa. Yəni o zaman Sabir Rüstəmxanlı bugünkü Sabir Rüstəmxanlı idi, Məmməd İsmayıl bugünkü Məmməd İsmayıl idi. Ağrılarınla, acılarınla, sevinclərinlə, uğurlarınla, uğursuzluqlarınla bu deyildin. Niyə bir başqası yox da, Sabir Rüstəmxanlı? Niyə bir başqası yox da, Məmməd İsmayıl? Bu seçim seçimiydi. Həqiqətən , baxırsan ki, sənin sağında, solunda adamlar vardı, dostlar vardı, yaşlılarımız vardı, bizdən bir az yaşlılar, bizdən bir az cavanlar, mənim . Amma nəticə etibarilə dənizə can atan çaylar misalı koşturduk, koşturduk, koşturduk. Bizim bu koşu bizim bu dostluğumuza əngəl olmadı, əksinə, daha da birləşməsinə, daha da möhkəmlənməsinə səbəb oldu. Həm gətirib bir yerlərə çıxardı. İki hardasa inadkar, ürəyimi, enerjimi...

S.R. - Bəli, bir-birilə yola getməyən, dalaşan, güləşən, yıxılan, yıxan.

M.İ. - Həqiqətən , o zaman bu zamanları, dışarıdakılar yox, bizə kənardan baxanlar yox, biz özümüz bəlkə düşünməzdik.

S.R. - 1966-cı ildə birinci kitabın çıxmışdı, o kitablar müzakirə olunanda, Natəvan klubunda oxuduğun şeirlərdən tanımışdım səni: "Sən məni dünyaya gətirdin, ana, sənisə, dünyadan aparıram mən". Mən elə onda Məmməd İsmayılı tanıdım sevdim. Elə o iki misra tanıtdı səni, elə bil ki, tale ordan başladı, yaxınlıqlar ordan başladı. əslində sənə ədəbiyyatda, Azərbaycan şeirində xüsusi mövqe, xüsusi yer qazandıran, səni Məmməd İsmayıl edən elə o ilk şeirlərində gətirdiyin havadır. Ona görə mən təxminən bilirdim, kiminlə oturub-dururam; sən bilməsən . Mən hələ cavan idim, amma bilirdim, kiminlə yoldaşlıq edirəm. Sənin ilhamının gur havası, şair nəfəsin artıq uzaqdan adamı vururdu, yəni təndir havası kimi... Başa düşürsən? Bu, belədir. Yəni sən cavanlıqdan yetkin gəlmişdin. Bəziləri iməkləyə-iməkləyə gəlir, sən elə Tovuzdan kükrəyə-kükrəyə gəlmişdin. Sənin başçılığının altında "Gənclik" jurnalının özü Azərbaycan mətbuatının səsidir orda yetişən uşaqlar da Azərbaycan şeirində yeni bir yoldadırlar. İndi qayıdaq, sənin "İz" romanına. Çox gözəl romandır, şübhəsiz. Amma o izi sən, həm gənclikdən başlamışdın.

M.İ. - Bizim yaşıdlarımızdan, əlbəttə ki, mən səndən xeyli böyüyəm, o illərdən, əlimizdə-ovcumuzda qalan, dost dediyimizdə, indi sən varsan.

S.R. - Kimlərlə görüşürdük, kimlərlə bir yerdəydik: Fərman Kərimzadə, Musa Yaqub.

M.İ. - Allah hər ikisinə qəni-qəni rəhmət eləsin.

S.R. - Məmməd Aslan.

M.İ. - Hamısı da istedadlı adamlar idi.

S.R. - Hamısı güclü adamlar idi.

M.İ. - Həqiqətən , elə idi.

S.R. - Hər biri bir xarakterliydi.

M.İ. - Ayrı-ayrılıqda ədəbiyyatı çiyninə alıb aparacaq adamlar idi. İndi bir-bir özün fikirləş ki, Fərman Kərimzadə, Məmməd Aslan, ondan sonra Musa Yaqub, saydıqca, sayacaqsan. Hər birisi ədəbiyyatın ana qolunu təşkil edəcək gücə sahib idilər. Amma yaxşı ki, bizim çevrəmiz oldu, o çevrənin qanadları oldu, güclü qanadları oldu, canın sağ olsun. Sənin varlığın elə özü burda sənin varlığın bizim hamımızdan fərqli varlıq idi. Sən birləşdirici adam idin, mən yox. Sən dostlar arasında həmişə birləşdirici rolda olmusan. İntellektinlə, düşüncənlə, dosta can yandırmağınla, bu şəkildə... Sənin bizim ədəbi cameədə, ədəbi ictimaiyyətdə ayrıca yerin var, həqiqətən. O mənada ki, hardasa konfliktləri aradan qaldıran, hardasa güzəştə getməməyə haqqı olan, həm güzəştə getməyi bacaran birisiydin, bu çox önəmlidir. Bir var ki, istedadı yoxdur adamın, bir az ona yaxınlaşır, bir az buna; bir var, istedadı da var, amma həm dostlar arasında o bağların daha da möhkəmlənməsinə səbəb olacaq bir xarakterə sahibdir. O sənsən, açığı! Maşallah, o istedadınla da, o ictimai mövqeyinlə , ölkədəki yerinlə, sadəcə, birləşdirici mövqedə qalmadın, daşıyıcı mövqedə çıxdın, aparıcı mövqedə çıxdın. Bir çox böyük bir şeydir. Yəni belə baxanda, yollar boyu bizim sağımızda, solumuzda qədər adamlar vardı. Şairlər vardı, yazıçılar vardı.

S.R. - Sənə deyim, Çingiz Əlioğlu ilə Nüsrət Kəsəmənli mənim dostlarımdı. Üçlüyümüzün bir yeri vardı. Onlar da tez-tez küsürdülər, onları da mən barışdırırdım.

M.İ. - Deyirəm . Həqiqətən , elə idi.

S.R. - Vallah, elə idi. Sən onu yaxşı tutmusan. isə. Çox dəyərli adamlar idi. Mənim yadıma gəlir, Xutorda Fərman Kərimzadənin balaca bir otağı vardı yadımdadır, qarışqa xətti ilə yazırdı, heç kim oxuya bilməzdi onu. Bizi çağırırdı yeni əsərini dinləməyə, oxusun, biz qulaq asaq. Sevinirdik ki, 20 səhifə, ya cəmi 15 səhifə yazıdır. Bəzən kənd kimi peçin qırağında otururduq. Amma bu 20 səhifə qurtarmır, çünki o qədər xırda yazıdır ki.

M.İ. - Allah qəni-qəni rəhmət eləsin!

S.R. - Yadımdadır, "Axırıncı aşırım"ı da bizə o cür oxumuşdu, sonra "Xudafərin körpüsü"nün böyük bir hissəsini bizə oxumuşdu. Sonra onun dəyərli bir əsəri vardı, bizə oxumuşdu. Zəngəzur hadisələri haqqında, saz havasının adı idi? (Söhbətdən sonra yadıma düşdü ki, o əsərin adı "Cəlili" idi - S.R.). Çox maraqlı bir əsərdi. indi yadıma gəlir, Zəngəzurda Nilişinin dəstəsi bizim adamlara zülmlər eləmişdilər, qadınların belinə qaynar samovar bağlamışdılar, onların hamısı o əsərdə yazılmışdı. O əsər sonra itdi. O əsər bəlkə getdi düşdü Dövlət Təhlükəsizliyinin əlinə. isə, bir hansısa kanallasa itdi. Onun hamısını bir otaqda oturub bir yerdə oxuyurduq. Bu cür hava vardı ədəbiyyatda, bir inad vardı ki, biz Azərbaycan tarixinin həqiqətlərini üzə çıxaracağıq. Bax, sən indi deyirsən, o tale məsələsindən çox yazırsan. Sənin dediyin o tale məsələsi, həm Azərbaycanın taleyidir, o tale ki, onu bu gün gətirib bura çıxardıb. O tale ki, onu bütün 30-cu illərdən, 40-cı illərdən, bu qədər düşmənçilik arasından gətirib çıxardıblar. Ona görə sən tək öz taleyini yazmırdın ki, sən bütün bir nəslin taleyini yazırdın. Bu gün sənin şeirlərində tale məsələsi var. Sən özün həmişə deyirdin: "Mənim taleyim mənə bunu verib; gəlib çıxacam 85-ə, 90-a! Qismətm var, onu yaddan çıxarmaq olmaz!.." Bu, çox maraqlı bir yanaşmadır.

M.İ. - Əlbəttə, sən çox doğru deyirsən. Mənim göydə Allahdan, yerdə özümdən başqa sığınacağım olmayıb. Sonrakı dostluqları demirəm.

S.R. - Hər şeyi özün eləmisən.

M.İ. - O mənada nəyə sığınacaqdım? Yəni taleyimə güvənməyib, taleyin varlığına inanmayıb nəyə inanacaqdım? Bir var ki, fikrində tutursan ki, əgər, məsələn, tutalım ki, mənim pulum qurtarıbsa, gedib atamdan alaram. Əgər mənim birisiylə davam olsa, dalaşsaq qardaşım köməyə çatacaq. Bunların heç birisi olmadığı yerdə qeybdən bir səs gəlir, tale adlı bir səs deyir ki, mən burdayam. Yəni sığınacaq yeri olaraq. Yoxsa, tale əllə tutulacaq, gözlə görüləcək bir şey deyil ki?! Bir dostlar, yəni belə götürək . Fərman Kərimzadəyə Allah qəni-qəni rəhmət eləsin. O olmasaydı, sən olmasaydın, o illər Xutorda oturub Fəman Kərimzadənin qarışqa xəttinə özü qəribə oxumağı vardı. Yığırdı bizi başına. Oralardan, buralara gəlmək asan olmadı. O illərdə sığınacaq başqa elə böyük güc yox idi. bir-birimizə sığına-sığına, bir-birimizə dəstək ola-ola, bir-birimizin yazılarından güc alaraq bir az da təcrübə qazanaraq bir yerə gəlib çıxmaq şansı yarandı. Niyə Fərman Kərimzadə, niyə Sabir Rüstəmxanlı? Bu suallar da çıxır ortalığa. Deməli, bunların niyəsinin cavabını da o tale verdi. O tale ki var, o tale sənin yerində oturub, mənim . Allah qəni-qəni rəhmət eləsin.

S.R. - Deyirdim, Fərman, sən elə Ermənistandan sizin nəsli köçürdüblər Beyləqana. Ondan əvvəllər, Kərbəlayi İsmayıl, Abbasqulu bəy Şadlinski dönəmindən bəri o camaat bir neçə dəfə köçüb, İqdıra - Türkiyəyə, İrana. "Sən bu tarixi qələmə alsan, Balzak kimi silsilə romanlar yazarsan". Zarafata deyirdim. Amma Fərmanda o güc vardı Fərman elə bu tarixi yazırdı. 52 yaşında getdi.

M.İ. - Bəli, 52 yaşında. Dili , yaratdığı xarakterlər , üslubu da başqa idi... başqa bir şeydi. Tamam xamdan çökmək idi. Fərman Kərimzadənin üslubu da, necə deyim, qələmə aldığı mövzular da yaşıdlarından çox fərqli idi. Elçin deyildi, Anar deyildi, özüydü.

S.R. - Bəli. Yatırdıq, dururduq, yola gedirdin, səfərə gedirdin, gəlirdin, elə bil kimsə sənə kənardan deyir, üz-üzə gələndə görürdüm, gözlərin qıyılıb, başlayırdın: "Deyir!" Başlayırdın şeiri deməyə. Elə bil özün demirdin, sənə göydən gəlirdi, kimsə deyirdi sənə, ilhamın deyirdi sənə. Yaddaşın çox gözəldi. Onların hamısını yadında saxlayırdın. Sonra qırıq-qırıq qəzetlərə, ora-bura yazırdın, misralar, bəndlər... Sonra görürdüm ki, onlar çevrildi gözəl bir şeir oldu. Sənin üslubun gözəldi, çünki yolda idin, izləyirdin, maşında, yolda, jurnalistikada. Oturub yazmağa imkan yox idi.

M.İ. - Belə götürək , sənə qəribə gəlmirmi ki, o zamankı ədəbi ictimaiyyətdə, Sabir Rüstəmxanlının Sabir Rüstəmxanlı mövqeyi vardı, Məmməd İsmayılın Məmməd İsmayıl mövqeyi vardı. Biz oralardan, oralardan, tale bizim əlimizdən tutdu; sağımızda, solumuzda çox güclü rəqiblərimiz vardı. mənada rəqiblər? Deyək ki, bizdən əvvəlki ədəbi nəsillərə baxsan... Belə götürək , bizdən əvvəlki nəsillər kimlər idi? - Məmməd Araz idi, Cabir Novruz idi, Nəriman Həsənzadə idi...

S.R. - Tofiq Bayram idi.

M.İ. - Bunların sağında, solunda, arxalı, yazıçı oğlanları yox idi. Yəni pis mənada demirəm, yaxşı mənada deyirəm. Biz, həm istedadlı adamlar ilə, həm arxası, mövqeyi olan adamlarla mübarizədə, ədəbiyyatda yerimizi tuta bildik. Bu elə asan şey deyil. Biz, həm ədəbiyyata gəldik, həm bir-birimizlə dostluğa gəldik, arxasız ola-ola bir-birimizə arxa olmağa gəldik. Ədəbiyyatın da axarı buymuş, ədəbiyyatın da taleyi buymuş, bəlkə , kim bilir.

S.R. - İndi bir şeyi deyim. Bax, sən Əsrik dərəsində, balaca ev, ana, alma ağacı... Sonra o şeir qeyri-adi şeirdir...

M.İ. - Biz dörd nəfərik?

S.R. - . sənin çoxlu elə şeirlərin var. Deməli, sırf bir şəxsi həyatdan bağlı, belə deyək, Azərbaycanın bir kəndindən gələn, özəl bir mühitdən gələn şeirdir bu. İlk baxışdan düşünürsən ki, bu cür şeirlər, ancaq o mühiti bilən adamlara doğma ola bilər. Lakin birdən-birə Məmməd İsmayılın o cür şeirləri rus dilinə çevrildi, başqa dillərə çevrildi birdən-birə məlum oldu ki, bu şeirlər dünyanın hər yerində sevilən, qəbul olunan şeirlərdir. Bax, bunun sirri nədir?

M.İ. - Çox doğru deyirsən. Məsələn, mənim "Biz dörd nəfər idik" şeirim əslində ədəbi pasportum olub. İndi burda and içməyin mənası yoxdur. Avropada son on ildə xeyli tanındım. O da bəlkə Türkiyədə yaşamağımla bağlı idi. Okeana açılış daha asan idi, nəinki Azəbaycandan. Amma ilk başlanğıcda tərcümələrin yüzdə doxsanı o şeirə görə, o şeiri ilk öncə çevirirdilər, yayırdılar, dəfələrlə soruşurdular ki, bəs sən bunu hardan tapmısan, necə olubdu bu? Əslində bu mənim həyatımdı.

 

Biz dörd nəfər idik,

Təpəl qoyun idi,

Gözəl alma idi,

Anam idi,

məndim...

 

Bu şeiri yazmaq mənim qəhrəmanlığım deyil, tərcümeyi-halımın qəhrəmanlığıdır. Çoxları bilmir ki, tərcümeyi-halımın özüdür. Bu mənim kəşfim deyil. Amma nəticə etibarilə, sanki mən bu kompozisiyanı qurmuşam.

S.R. - "Ağacdələn" şeiri o cürdür. Yaşamasan, görməsən, kim onu yaza bilər?

M.İ. - Deyirəm , yəni o da tale işidir. Bəzən talelərimiz şeirə çevrilir, bəzən şeirlərimiz taleyimiz olur, bizim həyatımızı bəlirləyir, bizim yönümüzü bəlirləyir.

S.R. - Əlbəttə, şeir ayrı, povest ayrı. Məsələn, Çingiz Aytmatovun "Cəmilə" povesti əgər Lui Araqon tərəfindən fransız dilinə çevrilməsəydi, onun uğurlu dalğası olmasaydı, bəlkə Çingiz Aytmatov sonra dünyada bu cür tanınmayacaqdı. İlk uğurlu işi uğurlu bir adamın əli ilə çevrildi o cür müəllifin ədəbi taleyində rol oynadı..

M.İ. - Yüzdə yüz elədir. Məsələn, belə bir tale Fərman Kərimzadəyə qismət olsaydı, fantastika olardı.

S.R. - Mənim nəzərimdə heç İsa Muğanna Çingiz Aytmatovdan balaca yazıçı deyil.

M.İ. - Yüz faiz elədi.

S.R. - Amma Azərbaycan dil mühiti balaca olduğuna görə dünyaya çıxmaq çətindir. Məsələn, o, əsərlər yazaydı, ispan dilində...

M.İ. - Ədəbi tale var, bir tale vardı. Xoşbəxt o adamdır ki, ədəbi taleyi ilə, yəni yaradıclıq taleyi ilə şəxsi taleyi arasında möhkəm bir vəhdət olur, bağlanır. Deyək ki, bizim evdə həmişə arı olub, hətta 16 arımız olduğunu xatırlayıram, evimizin qabaq tərəfində. Bəzən arıçı qışda, payızda bərəmumla arının pətəyinin ağzını qapadır ki, arılar qışda getməsinlər, soyuq olmasın, ordan soyuq girməsin içəriyə. Yazda unudur, o qutunu aça bilmir ki, arılar təzədən başlasın işləməyə. Unudur, bir ayılıb qapağı qaldırıb görür ki, arıların hamısı qırılıb. Yaradıcı insan da, məncə, ona bənzəyir. Çingiz Aytmatovun da bəxti onda gətirdi ki, "Cəmilə"ni yazdı. "Cəmilə"ni yazmaq, bəlkə qəhrəmanlıq deyildi, tale deyildi. Tale o idi ki, o, Lui Araqonun əlinə keçdi, Parisdə çap elətdirdi dünyada məşhur oldu. Məsələn, belə götürsək ki, o tale Fərman Kərimzadəyə qismət olsaydı, bir hekayəsi beləcə uğur qazansaydı, arxasını gətirəcəkdi.

S.R. - O cəhətdən mən hesab edirəm ki, yaradıcılıq taleyin uğurludur sənin, kifayət qədər tərcümə olunmusan, Rusiyada kifayət qədər yaxşı tanınırsan rus dili vasitəsilə bir sıra Avropa ölkələrinə çıxdın. Avropa olsun, Türkiyədə yaşayanda da çıxdın, Türkiyənin özündə kifayət qədər məşhur oldun. Bu da var. Təbii ki, Azərbaycanda, indi öz mühitimizdə bilirəm, narazılıqların var, bizim mühitimizdə müəyyən ziddiyyətlər var. Mən o barədə danışmaq istəmirəm, sözün doğrusu, ehtiyac da yoxdur.

M.İ. - Sabir, sənin əziz canın üçün, canım ağrıyır, Allaha and olsun. Heç kim umrumda deyil. Bilirsən, nəyə görə.

S.R. - Xəstəxanaya vaxt desən, gedə bilərik. Bakının hər yerində xəstəxanalar var.

M.İ. - Sağ olasan, qardaş. Yəni desəm ki, mən sonu fikirləşmirəm, əvvəli fikirləşmirəm, yalan olar. Amma ədəbi təcrübə , həyat təcrübəsi göstərir ki, sözə verilən ömür varsa, yəni qəsdən mən sözə ömrümü verdim ki, məni yaşatsın, anlamında yox.

S.R. - Onu bilmirsən ki. O tale işidir.

M.İ. - Narahatçılıq olunacaq bir şey yoxdur. Çünki bu dünyada elə bir adam yoxdur ki, sonu ölümlə gəlməsin. Allah ucadır, böyükdür ona görə ki, ölümü bu dünyada var edib, doğumla bərabər ölüm var. Yoxsa, ölüm olmasaydı, insan olardı?

S.R. - Çanaqqalaya gəldim. Deyirdin, velosiped sürürəm, saatlarla gəzirəm, istirahət edirəm. Orda da gəldim səni tapdım, səni gördüm.

M.İ. - Canın sağ olsun. Sən elə qardaşsan, elə dostsan! İndi burda, həqiqətən , Sabir bəyin ədəbi ictimaiyyətdə, həyatımızda ayrıcalı bir yeri var. Mənim şəxsi həyatımda da ayrıcalı bir yeri var.

S.R. - Məmməd, qısaca soruşsam, keçib gəldiyin bütün yoldan ümumiyyətlə razısanmı?

M.İ. - Çox amansız bir sualdı. Daha doğrusu, cavabı da çətindir. Səmimi deyirəm. Niyə razı deyiləm? Yəni gücümün yetdiyi qədər razıyam. Belə götürəndə, mənim potensialım mənə məlumdur. Ortalığa çıxardıqlarımızdan da, kənar adamlar bizim haqqımızda da bir şey söyləyə bilərlər ki, yazıçı kimi, şair kimi, tənqidçi kimi, hansı yerə sahibik, bizi onlar müəyyən etsinlər. Yəni yollar boyu həyat şərtlərimi deyim, arvad-uşaqmı deyim, yolumuza əngəl olacaq o qədər güclər olub ki... Tovuzdan - Əsrik kəndindən gəlmək, Bakıda özünə yer eləmək, Sabir Rüstəmxanlı kimi dostlar tapmaq, filan. Bunlar reallaşandan sonra qalanı çox asan şeydir. Məmməd İsmayıl ilə Sabir Rüstəmxanlı dost olublar. Burda var ki? Amma reallaşana qədərki yolda xeyli problemlər yaşanır.

S.R. - İndi, bax, sən potensial deyirsən. Səni çox incitmək istəmirəm. Mən - sənin yaxın dostun, sənin publisistik dilini bilirəm, danışıq dilini bilirəm, sənin qədər zəngin xalq dilindən qidalandığını çox gözəl bilirəm, şeirindəki nəsr qanadlarından, xətlərindən xəbərim var. Amma heç vaxt ağlıma gəlməzdi, sən "İz" romanını yazarsan, yaza bilərsən. Çünki roman yazmaq səbir istəyir, oturmaq istəyir. Sən oturan deyilsən axı. Sonra o roman çıxdı ortaya. Mən "İz" haqqında bir yazı yazmışam başqa yazılar da var. Amma hesab edirəm ki, o bizim müasir nəsrimizdə qiymətini almayıb. Dilinə görə kimlə müqayisə eləyərdim, məsələn, Mövlud Süleymanlının "Köç"ü ilə müqayisə edərdim. Mövlud kifayət qədər dəyərini, qiymətini alıb, onun haqqında çox danışılıb, tənqid olunub, tərif olunub. Amma "İz" düşdü mürəkkəb dönəmə o, səssiz keçdi getdi. Əslində keçib getməyib, mən istəyərdim ki, onun dəyəri, dili, kifayət qədər yaxşı dəyərləndirilsin, görülsün. Yəni sən bir nasir kimi potensialından istifadə etməmisən. Habuki Fərman Kərimzadəyə dediyim kimi, sən öz taleyinlə Əsrik dərəsinin hadisələri ilə bağlı silsilə nəsr əsərləri yaza bilərdin.

M.İ. - Həqiqətən , mən yaxşı bir nasir ola bilərdim.

S.R. - Bəli, mən o ruhu "İz"də gördüm.

M.İ. - Bəli, həqiqətən , çoxlarının nail ola bilməyəcəyi səviyyəyə qalxa bilərdim. Sonra bir az özüm öz həyatımı problemlərə soxdum. Bax, qardaşsan da, mən səndən gizləmirəm. Bəzən gecələr düşünürəm, deyirəm ki, filan şeyi niyə eləməliydim? Qardaş, bax, Yazıçılar Birliyinin qurultayıdır ... Anarın sənə pisliyi keçib? Səni nümayəndə kimi Tükiyədən dəvət edib, gəlmisən. Gəlmisən, burda da poeziya ilə bağlı məruzələrdə geninə-boluna təriflənirsən, salam verirlər, salam alırlar, "orda oturma, burda otur", deyirlər. Sən durub-dururkən Yazıçılar qurultayında Anarı tənqid edirsən. Yəni bunu bir qardaşın kimi dedim sənə. Yoxsa, ayrı bir niyyətim yoxdur.

S.R. - Anarla çox söhbət eləmişəm. Anarın sənə xüsusi bir mənfi münasibəti yoxdur. Anar sənə, məncə, öz nəslindən olan güclü bir şair kimi hörmət edir.

M.İ. - Tamamilə doğrudur. Yazıçılar qurultayındaa sən durub danışırsan, ehtiyacın var? Danışdın, oldu, sənə "Əhsən!" dedilər, Anar yenə Yazıçılar Birliyinin sədri kimi qaldı. Səninlə dostdur axı Anar! Çıxışımda da dedim, biz Anarla dostuq, amma bu olsa, yaxşıdır, elə olsa, yaxşıdır.

S.R. - Sənin televiziyadan getməyində ona bənzər bir şey oldu. Yəni televiziyada sənə qarşı xüsusi bir kapmaniya yox idi ki! Sən Azərbaycanda başqa bir yerdə qalıb, başqa bir şəkildə işini davam etdirə bilərdin.

M.İ. - O qədər səhvlər eləmişəm ki! Mən 10 gün-15 gün, qədərsə, işə çıxmadım, sonra köməkçisi zəng elədi, getdim yanına. Heydər Əliyev məni qəbul elədi. Allah qəni-qəni rəhmət eləsin. "Hara gedirsən, nəyə edirsən?" Dedim, "yox, yorulmuşam, gedim, dincəlim". " dincələcəksən? Mənim bu Azərbaycanda 5-6 ziyalıya hörmətim var, biri sənsən". Sənin əziz canın üçün, balamın canı üçün. "Getmə qal, işlə!" - dedi. Yox, tutdurdum ki, gedəcəm. , deyəcəklər, niyə deyəcəklər. Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseynov... məsələn, kimlərsə deyəcəklər ki, Heydər Əliyevlə qaldı işlədi. , desinlər. Adam mənə dedi ki, 5-6 ziyalıya hörmətim var Azərbaycanda, onlardan biri sənsən, hara gedirsən? Yox, mən başqa komanda ilə gəlmişəm, onlar gedir, mən gedirəm. O hansı komandadır, hanı bunlar, səni zəng edib bir dəfə axtardılar ki, hardasan, bu mərdlikdir, cəsarətdir? insan yollar boyu elədiyi səhvi düzəltmək istəsə , düzəldə bilmir. Həyatdır da. Amma gəlirsən bir səviyyəyə çıxırsan hesabat verirsən özünə ki, bu, lazım idimi? Bunlar dünən yox, srağagün Kommunist partiyasının üzvləriydi... bilim, olacaq. Situasiya dəyişir adamların içərisindəki əsl gerçəklik çıxır ortaya ki, sən demə, bunlar sənin Vətənini , torpağını da səndən daha artıq istəyiblər. Sən şair kimi, qızmar başla yeri gəldi, gəlmədi, dediyin sözləri bunlar zamana yaymışlar, zamanı gözləmişlər.Və zaman gəlir, Şuşa qayıdır, Stepanakert Xankəndi olur.. Bunlar qeyri-adi şeylərdi.

S.R. - Futbol yarışı keçirir. yaxud o möhtəşəm parad!

M.İ. - Sən bunu deməyəcəksən, ona görə ki, Əbülfəz Elçibəy zamanında olmadı, Heydər Əliyev zamanında oldu? Bunu etiraf edəcəksən ki, sənin tərəfindən, sənin yaşadığın dünya düzəlsin. Ən azından, sənin düşündüyün dünya düzəlsin. Bu anlamda qəribə bir zamandan keçib gedirik, açığı. Xüsusilə, türk dünyasıyla bağlı görülən işlər! Ayrı-ayrı türk bölgələrinin prezidentlərinin bir araya gəlməsinə, türkçülüyü savunmasına deyəcəksən ki, yox, bunlar dünən yox, srağagünün kommunisti idirlər, bunlardan olacaq? Sən demə, bunlar kommunist olsalar da, içlərində böyük türkçülük, böyük vətən düşüncəsi var. Sonra deyirsən ki, halal olsun, gör, bunlar görürlər! Bunlar çox böyük işlərdir!

S.R. - İndi bir şeyi soruşum. Ədəbi gəncliyi izləmək imkanın olur?

M.İ. - Demək olar ki, yox. Çox sağ olun ki, gəldiniz. Bu arada eni-uzunu 2 metr bir otaqda qalırsan, televiziya da var, amma bir var ki, dostunla nəfəs-nəfəsə, türklər demişkən, sıcak-sıcağa görüşürsən. Bunun bir başqa yeri var. Çox sağ olun. Gəldiniz.

S.R. - Bilirsən ki, biz hamımız Məmməd Arazı çox sevirik. Bir yerdə qaldığımız illərdə çox xatırladığın, daha doğrusu, şeirini dilə gətirdiyin bir neçə adam vardı. Biri Əli Kərimdi, biri Məmməd Arazdı. Biz tez-tez şeirlərini deyirik. Məmməd bizim əzizimizdi. "Məmməd əmi" deyirdik. Amma xəstələndi, o mənim gözümün qabağında oldu. Danışmaq istəmirəm. Xəstələndi, xəstə vaxtı da gedirdim, tez-tez görüşürdüm. İndi sənə aid eləmək istəmirəm bunu. Səninlə oturmuşuq, söhbət edirik, sən rahatsan oturanda. Elə bir vaxt gəldi, gördüm Məmməd oturanda da rahat deyil. Əsir, başa düşə bilmirəm danışığını, çətinlik çəkirəm. Dedim: "Məmməd əmi, məndən incimə, tez-tez yanına gəlmirəmsə. Sən yeriyəndə Yazıçılar İttifaqının dəhlizləri, döşəmə titrəyirdi. İndi sənə baxa bilmirəm". Fikirləşirdim, gəlib səni elə vəziyyətdə görəcəm ki, sənə əziyyət verəcəm, özüm əziyyət çəkəcəm. Bəzən elə olur. Amma həm sevinirəm ki, gəldim. Məmməd Araz xəstə idi, amma şairlərin içində ən sağlam şair idi. İndi hərdən şeirlərinə sosial şəbəkədə baxıram, şeirlərin çox sağlamdı, xəstəlikdən uzaqdır, misraların cingildiyir, saz simi kimi.

M.İ. - İnsan bu yaşında, bu vaxtında, açığını deyim, gedir burnu ölümə dayanır. Fikirləşirsən ki, mən 85-in içindəyəm . 85 çox böyük yaşdır. Bunu sənə yaşadan gücə min alqış, min əhsən! Daha istəyirsən? Amma ən mübarək bir şey var ki, ölüm zamanında gələ. İnsan rahatlığına baxa. Ölüm insan üçün çıxış yoludur, bütün insanlar üçün çıxış yoludur. Yəni xüsusilə xəstələr üçün. Canın sağ olsun, gəldiniz, bir xeyli dəyişdiniz əhval-ruhiyyəmi. Qismət Allahdandır. Mənim Allahdan arzum nədir, sənə bir dostum, qardaşım kimi deyirəm. Allah məni zülmə salmasın. Bir şeirim var, yaşaya bilməzdi yetim bu qədər. Doğrudan da, yaşatdı məni. Bundan sonrası Allah kərimdir. Amma ən yaxşı çıxış yolu ölümdür.

S.R. - Yaddaşında şeir var?

M.İ. - Niyə yoxdur?

S.R. - Məsələn, birini deyə bilərsən?

M.İ. - Biz dörd nəfər idik,

Təpəli qoyun idi,

Gözəl alma idi,

Anamdı, məndim.

Gələcək həyatın xatirəsinə

Bizi atmışdılar Yer kürəsinə.

Anam gözəlliyin gəlinliyidi,

Alma meşəliyin pöhrəliyidi,

Mən isə bəşərin körpəliyidim.

Vaxtınız olanda bir sıxın məni,

Görün, bir nəyəm,

Alma şirəsiyəm, ana çörəyiyəm,

Qoyun südüyəm...

 

Hər ikinizə təşəkkür edirəm, gəldiyiniz üçün.

S.R. - Çox sağ ol, var ol!

 

Hazırladı:

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.  2024. – 3 fevral, ¹ 4. S. 2-4.