Andrey Dementyev
(1928-2018)
Başına gələni
heç kimsə bilmir
Başına gələni heç kimsə bilmir,
Bəxtə güvənmirik qalanda darda.
Öncədən bir kəsin ağlına gəlmir,
İtirəcək harda, tapacaq harda?
Bilmək olmur əl çatacaq nələrə,
Görüş gözləmində xərclədim huşu...
Haçan millənəcək uca göylərə?
Razılıq sormayır bizdən bəxt quşu.
Qorxuram fikrimdə nəsə tutmağa,
Qərarımı dövran tərsə bağlayır.
Qət etdim şalayın hava udmağa...
Fəqət, qəm-qüssədən qəlbim ağlayır:
Gah könlümdə yad dərdi
daşıyıram,
Gah qəlbimi yandırır öz qarğaşam.
Sevinc aləmində borc yaşayıram,
Əyilmirəm, şax duranla qardaşam.
1977
Çətin ömür yaşadım mən
Çətin ömür yaşadım
mən:
tutqu, aclıq, qanlı dava...
Ürək pıçıldardı hərdən:
"Dayan!
Dəyişər ab-hava...
Dəyişdi, elə dəyişdi...
Heç
bilmədik bu nə işdi.
Gəldi
"işbazlar" zamanı,
At oynatdı quldur, qaçaq,
Yenə
olduq ala papaq.
Ölkəyə dayaq duranı,
Zəhmət çəkib, iş
quranı
Bəlalara soxurlar ki,
Ürəklərdə sönsün işıq,
Dağılsın növraq, yaraşıq...
Çətin ömür yaşadım
mən.
Hafizəm hirslənir möhkəm,
Ürəksə, hey pıçıldayır:
"Dayan...
Toxta, səbir elə"…
Özümtək insanlar ilə
Durmuşuq, tutub əl-ələ.
2006
Dünyanı qoruyur
xeyirxah
insan
Dünyanı qoruyur xeyirxah insan,
Şərlə hikkə viran qoyar aləmi.
Əgər yoxa çıxsa
mərhəmət, inan,
Yer üzü boş qalar, qərq olar gəmi.
Dünya
bərqərardı şəfqət
üstündə,
Bir çürükcə qozdu
axmaq təkəbbür.
Kimsə
içıq saçır
hər zülmət tində,
Həyata
gözəllik nuru bəxş edir.
Dünya
mərhəmətə söykənib,
aşmaz,
Haram qazanc, ağ yalanlar hədərdi.
Ölüm haqdır, heç
kim ondan yan qaçmaz,
Tələs, yaxşılıq et, hər nə qədərdi.
Bəlkə, dediklərim bəsit
səslənir,
Çox
görmüşəm, sanki
dada çatmağa,
Yer üzünə leysan yağış ələnir
Yığılmış çamuru yuyub atmağa.
Gərəkdir yuyulsun bizim də Zaman -
Nə qədər pox-püsür
yığılıb onda
-
Zor, güc, yalan, pislik, ədavət, filan,
Dəli
olacağıq hamımız
sonda.
Qoy, bizdə vicdana zədə dəyməsin,
Ulu həqiqət də görməsin zülmət...
Tanrı
müdrikləri heç
vaxt əyməsin,
Onlar da günəştək saçırlar
şəfqət.
2015
Rus dilindən tərcümə:
Abuzər Turan
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 5.