Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Atatürk Türkiyə

 

XX əsr Azərbaycan mühacirətinin yazılı irsində Türkiyə mövzusu təbii qanunauyğun olaraq önəmli yer tutur. Biz müxtəlif araşdırmalarımızda mühacirət poeziyası, nəsri dramaturgiyasında sözügedən mövzu ilə bağlı əsərləri dəyərləndirmişik. Türkiyə Cümhuriyyəti onun qurucusu Mustafa Kamal Atatürk mühacirət publisistikasının da daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin banisi, siyasi mühacirətimizin öndəri Məhəmməd Əmin Rəsulzadənin zəngin yazılı irsində belə örnəklər vardır. Belə ki, böyük mütəfəkkir hələ 1928-ci ildə Atatürk haqqında "Qurtulan Şərqin simvolu" adlı məqalə dərc etdirmişdir.

Azərbaycan mühacirətinin mətbu orqanı olan "Qurtuluş" məcmuəsində isə  (Berlin, noyabr 1938, sayı 49, s.2-5) M.Ə.Rəsulzadənin Atatürkün vəfatı münasibətilə qələmə aldığı "Qardaş Türkiyə, başın sağ olsun!" adlı məqaləsi  işıq üzü görmüşdür. Həmin məqalə eyni ildə "Şimali Kafkasya"  -  "Severnıy Kafkaz" məcmuəsində (Varşava, noyabr-dekabr 1938, sayı 55-56, s.19-22) rus dilində çap olunmuşdur. Lakin məqalənin türkcə rusca mətnləri tam identik deyildir. Belə ki, müəllif məqaləni, sadəcə, tərcümə etməmiş, onu rus dilində yenidən yazmışdır.  Rusca mətndə Ankara-Moskva münasibətləri, Mustafa Sübhinin aqibəti ilə bağlı hissələr məhz bu qəbildəndir. Həmin məqaləni fil.e.d. Vilayət Quliyev rus dilindən Azərbaycan dilinə çevirərək "525-ci qəzet"də (25 yanvar 2014) dərc etdirmişdir.

Biz isə bir çox yönləri ilə aktual olan, günümüzün geosiyasi prosesləri ilə səsləşən həmin məqalənin türkcəsini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etməkdən məmnunluq duyuruq. Belə ki, bu yazı sıradan bir başsağlığı yazısı deyildir; bir tərəfdən, Atatürkün siyasi portret cizgilərini canlandırması, digər tərəfdən isə, Türkiyə Cümhuriyyətinin onun öndərliyi ilə keçdiyi 15 illik inkişaf yolunu əks etdirməsi bu ölkənin parlaq istiqbalına müəllifin dərin inamını ifadə etməsi baxımından mükəmməl siyasi publisistika örnəyidir. M.Ə.Rəsulzadəyə xas axıcı üslubda qələmə alınmış bu məqalə onun analitik təfəkkürünün, dahiyanə müdriklik siyasi uzaqgörənliyinin daha bir təcəssümüdür. Qardaş Türkiyənin dünya çapında siyasi güc mərkəzinə çevrilməsi M.Ə.Rəsulzadənin bu ölkənin gələcəyi ilə bağlı nikbin gözləntilərinin real təzahürüdür. 

Mətn çağdaş Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılmış, müəllifin dili üslubu saxlanılmış, əcnəbi mənşəli bəzi sözlərin mötərizədə izahı verilmişdir.

 

Nikpur Cabbarlı,

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 6.