Nəsiman Yaqublunun M.Ə.Rəsulzadə haqqında
yeni kitabı
Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin
mətbuat haqqındakı
yazılarını və
fəaliyyətini əhatə
edən, 342 səhifədən
ibarət olan kitabı “Qanun” nəşriyyatında nəşr
edilib.
M.Ə.Rəsulzadənin
140 illik yubileyi ilində çap olunan ilk geniş araşdırma və tədqiqat kitabıdır.
Bu, həm də humanitar elmlər və media sahəsində
çalışanların faydalanması üçün
ciddi vəsaitdir.
Kitabda M.Ə.Rəsulzadənin mətbuat
haqqında 50-dən çox
yazısı da oxuculara
təqdim olunub. Eyni zamanda, kitabda
M.Ə.Rəsulzadənin
mətbuatla bağlı
"İrşad", "Tərəqqi", “Təkamül”,
"İrani-nov",
"İqbal","Açıq söz", ”İstiqlal” və digər qəzetdəki yazıları, Azərbaycan
Parlamentindəki çıxışları
tədqiq edilib.
Bundan əlavə,
M.Ə.Rəsulzadənin
mühacirət irsində
mətbuatla əlaqəli
yazıları (“Yeni Qafqasiya”,
“Azəri Türk”, “Odlu Yurd”), Türkiyə,
Polşa rəsmiləri
ilə yazışmaları,
şəxsi məktublaşmaları
da tədqiq edilərək
oxuculara təqdim olunub.
Kitabda M.Ə.Rəsulzadənin mətbu
fəaliyyətini əhatə
edən bəzi yazılar rus və ingilis dillərində də oxuculara çatdırılıb.
Kitabın sonunda -
"Sənədlər" bölməsində maraqlı
arxiv sənədləri
ilə də tanış olmaq mümkündür.
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
№ 4. – S. 7.