Aktotı Raimkulova
Yazıçılar Birliyini ziyarət edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Yazıçılar Birliyini ziyarət edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşdə Fondun nümayəndələri, eyni zamanda Qırğız Respublikasının Xalq yazıçısı Kayrat İmanəliyev də iştirak edib. Aktotı Raimkulova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və nəzərdə tutulan yeni layihələrlə bağlı ətraflı məlumat verib. Türksoylu ölkələrlə ədəbi əlaqələrdən söz açan Xalq yazıçısı Anar ortaq ədəbi dərginin çap edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Yazıçılar Brliyi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bigə layihələri müzakirə edilib. Müzakirələr zamanı AYB sədrinin müavini Rəşad Məcid və AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu təkliflərini səsləndiriblər. Sonda xatirə şəkilləri çəkilib.
AYB.az
Ədəbiyyat qəzetti.
– 2024. – 3 fevral, ¹ 4. – S. 7.