Xalq
yazıçısı Anarın
85 illiyinə həsr olunmuş hekayə müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Fevralın
2-də Azərbaycan Yazıçılar
Birliyində görkəmli
qələm ustası,
Xalq yazıçısı
Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinin
mükafatlandırma mərasimi
olub.
Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə
gənc nasirlərin nəsr nümunələrinin
daha da püxtələşməsinə
xidmət edir.
Tədbirdə
çıxış edən
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar müsabiqənin təşkilində əməyi
keçən hər kəsə öz təşəkkürünü bildirib, gənclərə
fəaliyyətlərində uğurlar arzulayıb.
“Ulduz”
jurnalının baş
redaktoru, Əməkdar
jurnalist, şair, publisist, Qulu Ağsəs müsabiqə
üçün müraciətin
2023-cü il iyul ayına kimi davam etdiyini bildirib. Qeyd edib ki, müsabiqəyə
sentyabr ayında yekun vurulub. Mövzu seçimi sərbəst olan müsabiqəyə yaşı
35-dək 200-ə yaxın iştirakçı
qoşulub. O, qalib olan gənc yazarları təbrik edib.
Mətbuat
Şurasının sədri
Rəşad Məcid gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik
edib. Gənclər Gününün təkcə
gənclərin deyil, həm də cəmiyyətimizin həyatında
vacib gün olduğunu bildirib. O, yazıçı Anarın
85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin
qaliblərinə uğurlar
arzulayıb.
Çıxışlardan sonra 1-ci yerin qalibi Cavid Babayevə, 2-ci yerin sahibi Orxan Cuvarlıya və 3-cü yerə layiq görülmüş Xan Abdullaya mükafatlar təqdim olunub. Həvəsləndirici yerləri tutmuş Bəşir Niftəliyev və Səma Quliyevaya da həvəsləndirici diplom verilib.
A.Hətəmova
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, ¹4. – S. 9.