Sergey YESENİN

(1895-1925)

 

Görkəmli rus şairi nasiri, "Gümüş dövr" adlanan cərəyanın əsas təmsilçilərindən biri.

 

"Bosforda olmadım

 heç vaxt, heç vədə..."

 

Bosforda olmadım heç vaxt, heç vədə,

Mənə sual vermə onunla bağlı.

Sənin gözlərində sevdim dənizi -

Köksü mavi-mavi közlərlə dağlı.

 

Karvanla Bağdada düşmədi yolum,

həna apardım ora, ipək.

Əysənə, o gözəl qəddini bir az,

Dincəlim... dizinə baş söykəyərək.

 

qədər mən dilə çəksəm , yenə

Hər cəhdim, zillətim gedər hədərə -

Sənə deyər ki, "Rusiya" sözü?!

Bax, orda mən ünlü, məşhur şairəm.

 

İnlədər könlümü bir qarmon səsi,

Aylı gecələrdə it hürər bəzən.

Bəyəm sən, fars qızı, istəməzsən ki,

O uzaq, göy yurdu bir yol görəsən?

 

Yox, bura gəlmədim öz xoşum ilə,

Sanki sən səslədin qey(i)bdən məni.

Boynuma qəfildən sarılmış gördüm

Qu qanadları tək... bir cüt əlini.

 

Yaşadığım ömrü lənətləmirəm,

Taledən dinclikdir umduğum, zatən.

Mənə bilmədiyim nələrsə danış

Özünün məzəli məmləkətindən.

 

Təzə ovsunların qurtarsın məni

Qarmon qüssəsindən, dərin qubardan.

Qopart məni uzaq, şimal yurdumla

Bağlı fikirlərdən, sıxıntılardan.

 

Bosforda heç vədə olmasam da mən,

Nəsə uyduraram sənə... maraqlı.

Gözlərin, çünki o dənizə bənzər -

Köksü mavi-mavi közlərlə dağlı.               

 

                                                                 1924

 

      Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 13.