Vladimir NABOKOV
(1899-1977)
Görkəmli
rus və ABŞ nasiri, şairi, tərcüməçisi, ədəbiyyatşünası,
entomoloqu və pedaqoqudur. 1963-66-cı və
1968-71-ci illərdə ədəbiyyat
üzrə Nobel mükafatına ard-arda namizəd göstərilsə
də, həmin ödülə layiq görülməyib.
Rusiyaya müraciətlə
Yalvarıram
sənə, əl çək yaxamdan!
Axşam
dəhşət saçır,
əldən düşüb
tən.
Bax,
necə çarəsiz
ölürəm artıq,
Bir
kortək üstümə
həmlələrindən.
Kim
könüllü atıb,
gedib vətəni,
Çıxsın
zirvələrə, söyləsin
ağı.
Mən
ki enməmişəm
bu düzə indi,
Odur ki, yanıma yanaşma, saqın.
Hazıram əbədi
qarışım qeybə,
Heç düşkün
deyiləm şöhrətə,
ada.
Səni yuxuda da
görməyim deyə,
Yuxusuz qalmağa
hazıram, hətta.
Qoy qanım şollansın, zəlil olum mən,
Əziz kitablardan
üzüm əlimi.
Satım hər
yad dilə, hər yad
şivəyə
Olan-qalanımı,
ana dilimi.
Yetər ki, Rusiya,
sən gözüyaşlı
O bir cüt məzarın otları üstdən,
tozağacıların xalları
üstdən,
gənc yaşda
daddığım dadların
üstdən,
Özünün o həris,
kor gözlərini
zilləmə üzümə
- halıma acı.
Məni kömürlükdə
arama, gəzmə,
Bil, sənə könlümün... yox ehtiyacı.
Çox gecdir...
ötüncə illər,
yüzillər
çıxıb cavab verməz ki, bir də kimsə
o dərdə, o zülmə, o cürmə
görə...
Ruhumsa, əfv
etməz bunu... heç kəsə.
Paris, 1939
Ədəbiyyat qəzeti. – 2024. –
3 fevral, ¹ 4. – S.13.