İosif BRODSKİ

(1940-1996)

 

Rus əsilli ABŞ şairi, esseçisi, dramaturqu, tərcüməçisi pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

Otaqdan çıxma çölə...

 

Otaqdan çıxma çölə, əsla, yol vermə səhvə,

"Şipka" çəkirsənsə, de, hacət var günəşə?!

Qapının o üzündə mənasızdır hər nəşə,

Çıxsan - tualetə get, tez geri dön hər dəfə.

 

, otağından çıxma, buna heç cəhd göstərmə,

Sığındığın məkansa... dəhlizdən ibarətdir.

O başında sayğac var. Dişin ağardan dilbər

içəri dalsa qəfil, soyundurmadan göndər.

 

Otaqdan çıxma çölə, hesab et - üşütmüsən,

Bu dünyada divardan, stuldan ilginc var?!

Çıxdığın yerə eynən, ya daha betər halda

Dönmək varsa, taledə... onda niyə çıxasan?!

 

Otaqdan çıxma. Rəqs et, paltonu, çəkməni

Çılpaq bədənə geyin - heç nəyi alma vecə.

O dəhlizə çökübdür turşu, parafin iyi.

Çox hərf yazdın, birin yazıb, ağın çıxartma.

 

Otaqdan çıxma çölə. Qoy, otaq təxmin etsin

necə göründüyünü. Məğz formaya pıçıldar:

"O "erqo sum" deyən kəs

             bürünüb mübhəm sirrə.

Otaqdan çıxma! Çöldə çay var, Fransa yoxdur.

 

Qeyd: Latınca "ergo sum" - "deməli, varam" deməkdir. Bu söz birləşməsi məşhur fransız filosofu Rene Dekart (1596-1650) tərəfindən ifadə olunan fəlsəfədə Yeni dövr Qərb rasionalizminin təməl ünsürünü təşkil edən "Düşünürəmsə, deməli, varam" müddəasının, sadəcə, ikinci qismidir - (A.Y.)

 

Axmaq yox, özgələrə bənzəməyən biri ol,

Əsla, otaqdan çıxma! Ol... mebellər sirdaşı!

Üzün seçilməsin divar kağızlarından,

Qapan öz şkafına, sipərə çevir onu

Xronos, kosmos, eros, virus irqə qarşı.

 

 

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 13.