Buludsuz göylərin ağ
ulduzları...
Əli Tudə - 100
İnqilabçı bir
şair olan Əli Tudə eyni zamanda həssas bir lirikdir. O, təbiətin gözəllik və incəliyini duyub ifadə etmək qabiliyyətinə malikdir.
Çəkdiyi
bütün iztirablara,
zülm və
işgəncələrə baxmayaraq, Əli Tudənin lirizmində olduqca sağlam, nikbin bir ruh vardır. Vətəni Azərbaycanın gözəl təbiəti, onun başından min ruzigar əsib keçmiş əzəmətli dağları, babalardan yadigar qalan
sirli qalaları şairin kəlamında şirin,
sadə və aydın bir avazla tərənnüm olunur:
Qoy uca dağların versin baş-başa,
Yarsın dumanları
ortadan yarı.
Bu gözəl hüsnünə etsin tamaşa,
Buludsuz göylərin
ağ ulduzları.
Görsünlər qızıldır
bu yer, bu
torpaq,
Cənnət göydə
deyil, yerdədir ancaq.
İlyas Əfəndiyev
"Kommunist" qəzeti,
17 yanvar 1948
Vətənin atlaz donlu yaylaqlarından, buz kimi bulaqlarından
Qırat belində yel kimi çapan
qəhrəman oğullarından
ilham alan bu şair, Azərbaycanın
gözəlliyinə məftun
olan bu coşğun
ürək öz ana yurdunu azad görmək
istəyir. Əli Tudə yaşamağın
mənasını bu azadlıqda görür.
O, "Yaxşıdır" şeirində belə deyir:
Vətənsiz bir həyat kimə gərəkdir.
Vətənsiz bir ömür ölüm deməkdir.
Vətənsiz heç
üzüm gülməyəcəkdir,
Qürbət cənnət
olsa, elim yaxşıdır.
Artıq düşünübdür
ayılmış insan,
O seçir, ayırır qaranı ağdan.
Deyir əsir kimi qul yaşamaqdan
Ölüm şərəflidir,
ölüm yaxşıdır.
Xalqın milli intibahından
bəhs edən, azadlıq üçün
səməndər kimi
alışıb yanan,
ürəkləri arzularla
dolu olan bu gözəl şairin əməl və arzusu xalqın əməl və arzusudur.
Məmməd Rahim
Bakı, "Azərnəşr",
1948
Əli Tudə
ədəbiyyatmızın, habelə Azərbaycan şeirinin görkəmli nümayəndələrinin əsərlərini
diqqətlə öyrənərək,
öz sənətkarlıq
bacarığını artırır.
O, xalq yaradıcılığından
səmərəli istifadə
etdiyi üçün
yazdığı şeirlərin
dili səlis, axıcı və ahəngdardır.
Əli Tudə
öz yaradıcılığındakı
şeirlərin müvəffəqiyyətilə
heç də kifayətlənmir. Öz vətəni və xalqı üçün daha yüksək ideyalı bədii əsərlər yaratmağın
zəruriyyətini hiss edir.
Şair sevimli vətəninə müraciətlə:
Gözəl yaranıbsan
doğrudan da sən,
Gözlərim doymayır
gözəlliyindən.
Lakin sənə layiq nə yazmışam
mən,
Deyəm ki, bu ölməz əşar sənindir
- deyərək doğma vətənə layiq əsərlər yazmaq lazım olduğunu dərk edir. Biz bu barədə
şairin bacarıq və isiedadına əmin olmağa tamamilə haqlıyıq.
X.Əhməd
"Ədəbiyyat
qəzeti",
5 aprel 1950
İran mürtəceləri
azadlıq və istiqlaliyyət uğrunda çarpışan mərd
fədailəri vəhşicəsinə
məhv edirlər. Çünki onlan Tehran cəlladlarına qarşı
apardıqları yeni inqilabi
mübarizədə Səttarxanın,
Xiyabaninin qəhrəmanlıq
ənənələrini davam
etdirirlər.
Təbriz qəbiristanında
yüzlərcə ayaqyalın,
başıaçıq və
gözüyaşlı qocalar,
qarılar və səfil uşaqlar dolaşırlar. Bunlar torpaq altında yatan, öz canını vətən yolunda qurban verən qəhrəman fədailər üçün
göz yaşı tökürlər. Öz xalqının bu ağır günlərinin
şahidi olmuş vətənpərvər şair
Əli Tudə imperializmin Cənubi Azərbaycana gətirdiyi dəhşətli bəlaların
bir səhnəsini
"Fədainin məzarı"
adlı şeirində
təsvir etmişdir. Müəllif həmin şeirində yazır ki,
daha ağlayıb-sızlamaq
zamanı keçmişdir,
indi intiqam almaq, düşmənlə
amansız mübarizəyə
qalxmaq vaxtıdır.
Əli Tudənin
vətənə bəslədiyi
sonsuz məhəbbət,
onun "Yaşayanlar
\görəcəkdir", "Yurdum" kimi şeirlərində öz
bədii ifadəsini tapmışdır. Şair
bütün varlığı
ilə doğma yurduna
bağlıdır. Şair
Şimali Azərbaycan
və Cənubi Azərbaycanın iki yerə parçalanmasını
tarixi ədalətsizlik
adlandırır. O, buna əmindir
ki;
Azərbaycan bir ürəkdir.
Azad ömür sürəcəkdir.
Yaşayanlar görəcəkdir
Bu torpağı bir can kimi.
Sadıq Hüseynzadə
"Ədəbiyyat
və incəsənət"
qəzeti,
17 oktyabr 1950
Əli Tudə
mühüm mövzular
haqqında sadə söhbətlər açır.
Sadə söhbətlər
isə mürəkkəb
məsələlərin həlli
üçün pəncərə
rolunu oynayır. Müəllif, heç də həmişə hamımızın diqqətini
cəlb edən siyasi problemlər irəli sürmür. O, çox vaxt bizim hər gün gördüyümüz,
bizə tanış olan insanlar və
hadisələr haqqında
danışır, lakin
təsadüfi mənzərələri
yox, həyatın mürəkkəb hadisələrini
saf-çürük etdikdən
sonra onun xarakter cəhətlərini
qələmə alır.
Ona görə də bəzən ümumiyyətlə
bəhs etdiyi mövzuların özündə
də bir konkretlik nəzərə çarpır. "Bakı,
dinlə məni",
"Ləpələr", "Nəhəng tikintilər şəhəri", "Nərimanov
prospektində", "Gələcəyin
memarları", "Qızımın
müəllimi", "Göz
həkimi", "Xəzərin
şöhrəti" kimi
səmimi şeirlərdə
sadə adamların gözəl həyat tərzi ilə müasir insanların mənəvi dünyası
ilə müəllif üslubu arasında müqabil ünsiyyət və ahəngdar əlaqə duyulur. Həmiq şeirlər müəllifin estetik zövqünün səviyyəsi
haqqında dürüst
nəticə çıxartmaq
üçün imkan
yaradır. Bu şeirlərdəki
obrazlar silsiləsinin təzəliyi, şairin mövzuya münasibəti
və onu bədii şəklə salmaq üsulu Əli Tudənin poetik istedadının dərəcəsini müəyyən
etmək üçün
əsaslı amildir.
İmamverdi
Əbilov
"Azərbaycan"
jurnalı, 1963, N-8
Əli Tudənin
kitabında toplanan əsərlərin mövzusu
müxtəlif və rəngarəngdir. Onun şeirlərində ilk növbədə
gözə çarpan
cəhət müasirlik
hissinin güclü olmasıdır. O, hər şeyə dövrün şairi gözü ilə baxır. Bakının dünəni,
bu günü və sabahı Cənubi Azərbaycanda fədailərin mübarizəsi,
yer üzündə baş verən hadisələr şairi düşündürür, onu
yazmağa vadar edir.
Kitabçaya daxil edilən şeirlərin çoxunda bizim gözəl paytaxtımız
Bakı, onun döyünən ürəyi
Xəzər, əfsanəvi
Neft daşları, Nərimanov prospekti və s. yerlər tərənnüm edilir. Şair qoca Şərqin qapısında
bir mayak kimi işıq saçan Bakıdan böyük iftixar hissi ilə söhbət açır,
odlu ürəyindən
qopub gələn ən yaxşı misralarını ona həsr edir.
Cabir Novruz
Dövlət qəzetində. 1963
Əli Tudə
sözün əsl mənasında vətənpərvər
şair, xalq məramına bağlanmış
sənətkardır. Sevindirici
haldır ki, Əli Tudə götürdüyü
hər hansı mövzuya yüksək və işıqlı bir zirvədən yanaşır.
Əli Tudə
Cənubi Azərbaycan
ilə bağlı dərdləri göstərdiyi
kimi, Şimali Azərbaycanda da xalqın qazandığı böyük
ictimai-siyasi nailiyyətləri
ilhamla təsvir və tərənnüm edir.
Əli Tudənin
ilk şeirlərindəki od, alov, yanğı zaman keçdikcə fikir və məntiq ilə əvəz olunur, öz yerini obrazlı ifadələrə vermək
istəyir. "Maral əfsanəsi" adlı
gözəl şeirdəki
bu parçaya diqqət yetirin:
Ovçu unudur
ki, bu oylaqların
Ayağı ceyrandır,
qanadı qartal.
Ovçu unudur
ki, bu torpaqların
İgidi pələngdir,
gəlini maral.
Xəlil Rza
"Bakı" qəzeti, 24 dekabr 1966
Şair insani sifətlərdən, münasibətlərdən,
duyğu və düşüncələrdən danışarkən onlara mübariz meyarı ilə yanaşı, sanki hər şeyin zülmə, əsarətə qarşı
qəzəb və mərmilərə çevrilməsini
arzulayır. Onun fikrincə, mübarizə
meydanı əsl sınaq meydanı, mərdlik, qəhrəmanlıq
cəsarət meydanıdır.
Bu meydanda ad-sana çatmış, öz ölümü ilə ölməzliyə qovuşmuş
fədakar insanlar çoxdur, onlar dünyanın bütün
namuslu adamları, xüsusilə sağlam və mübariz məfkurəli gənc nəsilləri üçün
əbədi örnəkdir.
Bu qəbildən
olan şairlərdə
Əli Tudə humanizmi, məhəbbəti
bütün əhatəliyi
və genişliyi ilə özünü göstərir. Həmin şeirlər arxasında böyük əməllər
və qayələrlə
silahlanmış, vətənpərvər,
beynəlmiləl, döyüşkən
bir şairin obrazı dayanır. Bu şair milyonların adından danışdığı,
onlara arxalandığı
üçün qüvvətlidir.
Onun səsi əzəmətlə eşidilir,
uzaqlara yayılır,
insanlarda əks-səda
doğurur. Eyni zamanda onun şeirlərində
duyulan qəzəb şəxsi deyil, şairin özünün
dediyi kimi, Savalanın, eyni zamanda əzilən qaralar Afrikasının, mənlikləri təhqir olunan, hüquqları tapdalananların qəzəbidir.
Famil Mehdi
"Bakı" qəzeti, avqust 1969
Mən Əli Tudəni əllinci illərdən tanıyıram.
H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun tələbəsi
olduğum zamandan. Şairin "Bakının
işıqları" adlı
kitabını o vaxt alıb oxumuşdum. Demək olar ki, bütün kitabı əzbər bilirdim. Sonralar özü ilə tanış olanda gördüm ki, sadə, təvazökar, alicənab bir insandır. Zahirən ağır, sakit təbiətlidir. Gözlərinə
diqqətlə baxanda isə daimi narahatlığını görmək
o qədər də çətin deyil.
Bu görkəmli
Azərbaycan şairinin
dilində çoxlu atalar sözü var çoxluca da el məsəlləri bilir. Duzlu, bir az
da qəmli xatirələri
var. Onun öz tərcümeyi-halı elə
yazılmamış yaxşıca
bir əsərdir.
İran Azərbaycanında milli-azadlıq hərəkatının
fəal iştirakçısı
olmuşdur. Sülh, demokratiya uğrunda fədai kimi mübarizə aparmışdır
müxtəlif ictimai vəzifələrdə çalışmış,
Təbriz Dövlət
Filarmoniyasının yaradıcısı
olmuş və onun müdiri işləmişdir. Əli
Tudə şeir dolu sinəsinə gah səngərlərə, gah kürsülərə
dayamış, bəzən
yazı masası dizlərinin üstü olmuş, ürəyinin sözləri oraya düzülmüşdür. İndi bunların hamısı xatirəyə dönüb...
Nəriman Həsənzadə
"Ədəbiyyat və incəsənət" qəzeti,
9
fevral, 1974
Əli Tudədə
inqilabi keçmişə
- Səttarxan ruhuna qibtə, indiki nəslə xitab səciyyəvidir. Bəzən
o, "bir ürək
neçə il nigaran
olar, haçandır Vətəndən nigaranam
mən" kimi minor motivlərə meydan versə də, bu, onun lirik
qəhrəmanının mənəvi
bütövlüyünü göstərir.
Vətənpərvərlik mövzusu
Əli Tudənin tərənnüm etdiyi ayrı-ayrı nümunələrdə
də mühüm yer tutur. Həm
də belə nümunələrdə təsvir
və tərənnümü
bir-birindən ayırmaq
çətindir: konkret
predmetin və məkanın poetik vəsfi bəzən ümumiləşərək ciddi
məna alır. Məsələn, "Əmircan
yolu" şeirində
məqsəd heç
də Bakının gözəl bir guşəsini hərarətli
misralarla tərənnüm
etmək olmamışdır.
Məqsəd - bu yer obrazın timsalında Vətənin
maddi və mənəvi nemətlərindən
iftixarla söhbət açmaq, Səttar Bəhlulzadənin sənət
fırçasının ecazkarlığını
yada salmaqdır.
Vaqif Yusifli
"Ədəbiyyat və incəsənət" qəzeti,
14
may 1977
Şair gərək
tale şairi olsun. Öz taleyinin, öz vətəninin, öz dövrünün şairi... Və doğrudan da dünyanın
ən böyük şairləri tale şairi
olublar. Belə poeziyada biz həmişə
şairin taleyilə yanaşı, xalqın həyatının bir sıra cəhətlərinin
də real bədii təcəssümünü görürük.
Əli Tudə
ilə söhbətlərimizdə
həmişə bu nəticəyə gəlmişik
ki, poeziya hər şeydən əvvəl taledir və səngərdir. Biz yenə
də bu fikirdəyik ki, şeir sanatoriya deyil, gedib orada dincələsən
və kefin gələndə yazasan. Poeziya həqiqətin və ədalətin səngəridir. O, həmişə
keşikdə dayanmalıdır.
Həqiqətin, ədalətin,
sülhün keşiyində.
Əli Tudə
tale şairidir, əsl
səngər şairidir,
bədii ədəbiyyatın
da ilkin nişanəsi
onun döyüşkən
olmasıdır, ədalətin,
həqiqətin səngəri
olmasıdır, xalq arzu və istəklərinin
səngəri olmasıdır.
Söhrab Tahir
"Ədəbiyyat və incəsənət" qəzeti,
27
yanvar 1984
Qardaşım Əli,
sənin 70 yaşını
təbrik edirəm. Ancaq sənin 70 yaşına gəlib çatdığına əvvəlcə
özümü inandıra
bilmədim. Fikirləşdim,
saçlarının ağlığının
70 yaşa dəxli yoxdur. Çünki keçdiyimiz həyat yollarında hələ saçlarımız 25-30 il bundan
qabaq ağarmağa başlamışdı, bu
yaxşı yadımdadır.
İlk görüşümüzdən keçən illəri xatırladım...
Orta məktəb şagirdləri idik. Bakıda Xaqani küçəsindəki 27 nömrəli
binada mərhum şairimiz İsmayıl Soltanın ədəbiyyat
dərnəyində iştirak
edirdik. Ötüb keçən illər dərnək üzvlərinin
çoxusunun adını
yadımdan çıxartsam
da, Bəxtiyar Vahabzadə,
Teymur Əliyev (Teymur Elçin), Şıxəli Qurbanov, İsmixan Rəhimov və bir də
həyatdan çox tez köçmüş gözəl şairə
Sona Məmmədzadə yadımdadır.
Necə fərəhli
günlər idi... Şair olmaq arzusu ilə yaşayırdıq. Ancaq
1937-ci ilin o qara tufanı bizim də ömrümüzdən
yan keçmədi. Qanadları bərkiməmiş
körpə quşlar
kimi bizi isti yuvamızdan alıb Arazın o tayına atdı.
Azəroğlu
"Ədəbiyyat qəzeti",
11 mart 1994
Əli Tudənin
Şimali Azərbaycana
gəlişini yada salanda,
ümumiyyətlə onun
yaradıcılığı barədə fikirləşəndə
istər-istəməz həmişə
ilk növbədə onun
"Mən nə gətirdim" şeiri yadıma düşür.
Şair Arazın o tayından bu tayına nəyi gətirdi və necə gətirdi sualını özümə
verirəm. - Hər şeydən əvvəl Əli Tudə Cənubdan bizə təmiz ürək, səmimiyyət, sədaqət,
məhəbbət və
ən çox isə bir ürək
dolusu arzu gətirdi. Bu arzu kəlməsini ona görə xüsusi vurğulayıram ki, o, böyük
ümidlərlə qardaş-bacılarına
üz tutmuşdu, pənah gətirmişdi. Və bu ümidin
gerçəkliyinə, aydınlığına,
aşkarlığına inanırdı.
O inanırdı ki, nə
vaxtsa bağlı qapılar açılacaq,
ana - övlada, ata - oğula, qardaş - qardaşa qovuşacaq. O biri tərəfdən isə cənublu qardaş-bacılarımızın ağrı-acılarını, fəlakətlərini öz
həsrətli, yanğılı,
kövrək qəlbinə
yığıb yana-yana,
sızlaya-sızlaya bu
taya gəlmişdi.
Əli Tudə
hər şeydən əvvəl həssas, hissiyyatlı şair idi. Onun hissləri
bir qəlbin hay-harayından qopub gələn iniltiyə də bənzəyirdi. O inilti ağlamaq, sızlamaq deyildi. Əgər belə demək mümkündürsə,
qəlbində közərən
kişi yanğısı
idi. Bu yanğı misralara dönüb onu şair elədi.
Bəxtiyar Vahabzadə
"Ədəbiyyat və incəsənət" qəzeti,
1
mart 1996
Əli Tudənin
həyata baxışlarında
bir kəskinlik, bir etiraz, bir
üsyan var idi. Çünki həyat başdan-başa haqsızlıqlarla,
qeyri-bərabərliklərlə dolu idi. O, haqsızlığa
dözə bilmirdi. Telefon söhbətlərimizdə
bunun şahidi olurdum. O da az danışan idi, mən də! Lakin həyati söhbətlərimiz
tükənməzdi. Onun
bircə həsrəti
var idi: Təbriz həsrəti! Düşündükcə
təəccüb dalğası
adamı bürüyür.
Əli Tudəni Təbrizə buraxmadılar.
Nə üçün?
Axı müsəlman
müsəlmanın qardaşıdır!
Əli Tudə həyatı məcazi mənada acı keçdi! Lakin şərəfli
kişi ömrü yaşadı!
İnsan dünyaya
bir dəfə gəlir. Bunu hamı deyir, ancaq bir neçə
adam bu sözə
əməl edir. Çünki başqaları,
görünür bir neçə dəfə gəlir, sağlığında
bir neçə dəfə ölüb dirilir!
Əli Tudənin
həyatı öz şeirlərindədir, titrək,
kövrək, eyni zamanda coşğun və üsyankar!
Müzəffər
Şükür Məchul
26
may 1996
O, zahirən mülayim, kövrək, daxilən və coşqun və mübariz idi. Qəlbində qaynar bir üsyankarlıq dərin kök atmışdı. Bu üsyankarlıq
xalqının gələcək
azadlığı üçün
onun xəyallarına həmişə pərvəriş
qollarına qüvvət
yayırdı. Əli
Tudə gələcəyə
inanan adam idi. Mən şairə
yaxın olduğum vaxtlarda onda heç zaman məyusluq, düşkünlük duymazdım.
Öz gur səsi ilə həmişə Cənubi
Azərbaycanın üzərində
doğacaq azadlıq günəşindən danışarkən
kədərini heç
zaman üzə vurmazdı.
Ancaq dinməsə də, biz bilirdik ki, o, içindən çəkir.
Əli Tudəni yaşadan da, öldürən
də Vətən həsrəti idi. O, bu dünyanı nisgillə tərk etdi. Doğma Təbrizinin qapıları
üzünə bağlı
idi. O, bu qapıları ancaq ürəyində döyürdü,
döyürdü ki, bəlkə
qapı arxasından səsinə səs verən oldu.
Yaman şeydir Vətən həsrəti.
Ona ancaq mərd adamlar dözə bilir - Əli tudə kimi.
Qılman İlkin
"Ədəbiyyat və incəsənət" qəzeti,
31
yanvar 1997
Cənuba qovuşmaq
yanğısıyla qovrulan
şair demək olar ki, bütün ömrünü bu həsrətlə yaşadı.
Həmişə əqidəsinə,
etiqadına, etibarına
sadiq oldu. Közərə-közərə kövrəldi, kövrələ-kövrələ
közərdi. Zamanın,
dövlət siyasətlərinin
üst-üstə düşməsi
onu qoymadı püskürməyə, ağrısını-acısını
öz içərisində
çəkməyə məcbur
elədi. Sağlığında
özünün halal qiymətini
də ala bilmədi. Bütün yanğılarını
şeirə çevirdi,
qanadlandırdı, pərvazlandırdı.
İnsan dünyaya
gəlir... və gedir. Lakin əsl, həqiqi sənətin yaşı sonsuzdur, əbədidir - torpaq, hava, su kimi...
Sənət öz el-obasına, onun təbiətinə, psixologiyasına
xidmət edəndə
daha müqəddəs
olur. Xalqın qaynaqlarından yaranan poeziya xalqın özününküdü. Öz
doğma torpağına
bağlanan sənət
və sənət əsəri başqa xalqların da, necə deyərlər, mənəvi
qidasına çevrilir,
sevilir, sevdirir.
Davud Nəsib
"Ədəbiyyat və incəsənət" qəzeti,
31
iyul 1998
Əli Tudə
söz səngərində
döyüşürdü. O yaxşı bilirdi ki,
"dil ipə-sapa yatmayan azadlıq fədaisidir". Vətəni,
xalqı isə biganələr yox, yalnız fədailər qoruyar. Bəs, uğrunda Nəsimilərin,
Xətailərin can qoyduğu
dildən üz çevirsəydi, Əli Tudə şair sayılardımı?..
"Mən nə gətirdim" şeirinin müəllifi siyasi mühacir idi. Mühacirlik isə ən qədim dövrlərdən
bəri əqidə, məslək sahiblərinin
qismətinə düşmüş
tale payıdır. Əli
Tudə bu yola qədəm basdı. 22 yaşlı gəncin ayaq qoyduğu mühacirlik yolu gedər-gəlməz də ola bilərdi. Bu yol dəhşətli və sonsuz sınaq meydanına da çevrilə bilərdi.
Oradan isə qızıl kimi saf, şərəflə çıxmaq hər oğulun işi deyildi. Şair sonralar "Zindanda ağarmış saçlar"
hekayəsində yazırdı:
"Mühacirət həm
mərd, həm də namərd sifətləri doğru-düzgün
əks etdirən böyük həqiqət
güzgüsüdür!". Doğrudur, alovlu şairimiz qürbətdə
deyil, öz vətənində mühacir
idi. Təbrizdən Bakıya gəlmişdi.
Lakin dərdin çəkilməzliyi
onda idi ki, bu iki cüt
şəhər iki cüt göz kimi bir-birini görməkdə aciz idi. Şair-mühacir öz sarsılmaz qeyrətinə arxalanıb
ideya hədəfinə
doğru getməsini ən düzgün gediş hesab edirdi:
Nazim
Rizvan
"Bakı" qəzeti, 7 iyun 1999
Bu gün biz Əli Tudəni Cənubi Azərbaycan şairi; "mühacir şair" saymırıq,
o, bütöv böyük
Azərbaycan poeziyasının
parlaq, canlı bir parçasıdır.
Lakin Əli Tudələr
olmasaydı, Quzey Azərbaycanda cənub mövzusu, parçalanmış
millətin acı taleyi, Araz, Təbriz,
Savalan, Ərdəbil,
bütövlük və
s. mövzular sistemi şeirimizdə, ədəbiyyatımızda
belə böyük ideala, milli təfəkkürümüzün
və şüurumuzun
bir parçasına, uğrunda mübarizə apardığımız uca
məqsədə çevrilməzdi.
Qırxıncı illərdə
İranda Azərbaycan
Demokratik Respublikası
qanda boğulandan sonra Arazın Quzey tayına "mühacirət"dən başqa
çarəsi qalmayan
Əli Tudə ilk dövrlərdə doğrudan
da Təbriz səngərlərinin
bir parçası, Təbrizin milyonlarla
İran türkünün səsiydi.
Amma tezliklə o Güneyli
Quzeyli bütöv Azərbaycanın şairinə
çevrildi.
O qaldırsın
deyə bükük belini
Başından keçmədi
yetən yolunda.
Kimi ayağını,
kimi əlini,
Mən başımı
qoydum Vətən yolunda!
Əli Tudə
doğrudan da Vətən
yolunda baş qoymuş bir mücahiddi, bir əsgər, bir döyüşçü, cəngavər
ruhlu, igid bir insandı...
Sabir Rüstəmxanlı
Hər dəfə
Təbrizdən söhbət
düşəndə istər-istəməz
mərhum və unudulmaz şairimiz Əli Tudəni - Əli müəllimi xatırlayıram. Əli Tudənin dini-imanı, yanan bağrı, qovrulan ürəyi, görən gözü, eşidən qulağı
bir Təbrizi vardı. Əli müəllim öz doğmasına - Təbrizinə
qovuşa bilmədi.
Baxtının ağı-qarası
da, vaxtının gecəsi-gündüzü
də, ömrünün
axşamı-səhəri də,
gözünün nuru,
qəlbinin qoru da, qismətinin acısı-şirini
də, taleyinin uğuru da, uğursuzluğu
da Təbriz idi, Təbriz... Təbriz... Təbriz...
Yer üzündə
minlərlə şəhər
adı var. Hər birinin öz taleyi, öz bəxti, öz qisməti. Təbriz adı çəkiləndə
bu kişi nə hala düşərdi,
İlahi! Yanırdı,
tüstülənirdi, kül
kimi qovrulur, köz kimi eşilir,
yara kimi deşilirdi.
Zəlimxan Yaqub
7 yanvar 2004
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, ¹ 4. – S. 16-17