Laçının tərifi
Laçına tərifi
bir-bir sayaram,
Kim desə, çox oldu, sən denən azdı!
Sayaram, hamını
heyran qoyaram,
Kim desə, çox oldu, sən denən azdı!
Çayları durudu, meşəsi yaşıl,
Qayası dibində
suyu qaynaşır,
Uşaqtək göyündə
bulud oynaşır...
Kim desə, çox oldu, sən denən azdı!
Ucadı dağları,
dərəsi gendi,
Təzə büsat
alır şəhəri,
kəndi.
Hüsnü, gözəlliyi
Tanrıdan endi...
Kim desə, çox oldu, sən denən azdı!
Qoşa çaylarıynan,
Qara gölüynən,
Qazları qatarnan,
sona bölüynən,
Payızda dağları
bəyaz tülüynən...
Kim desə, çox oldu, sən denən azdı!
Dizini çirmələ,
gəl, çaydan keçək,
Turşsu bulağından
əyilib içək.
Dərman əvəzidi
hər gül, hər çiçək...
Kim desə, çox oldu, sən denən azdı!
Sən öyrənən elm
Gözəl elm öyrənmisən
-
səninlə mən mən olur,
Necə ki, Günə
baxıb
sünbüldə dən dən olur.
Əlim əl işi görür
əlinə toxunanda,
Gözüm göz işi görür
camalına baxanda.
Canım da cana gəlir
odunu çəkən
yerdə,
Ağzımda dil dil olur
adını çəkən
yerdə.
Sevgi Tanrı lütfüdür,
ikilikdə bir olur,
Qəbrimin üstə
gəlsən,
qəbrim də qəbir olur!
Nəğmə
Tellərin məcnun
söyüd,
ya hör, ya çalmalıqdı.
Al yanaqları gördüm,
elə bil almalıqdı.
Ayrılığın həsrəti
canıma daraşdırır.
Əllərinə bir iş tap,
yuxumu qarışdırır?!
Xəstə təbibdən
umar -
haçan dərmanı
verir.
Gözlərindən, ay haray,
ölüm fərmanı
verir.
Çəkdiyim
Qurduğu yuva dağılan
Quş ağrısıdı
çəkdiyim,
Qurunun oduna yanan
Yaş ağrısıdı
çəkdiyim.
Bezdim xəyala
dalmaqdan,
Qəmləri üzdən
salmaqdan.
Başsızlara baş olmaqdan,
Baş ağrısıdı
çəkdiyim.
Tanrı çırağıdır
hilal,
Gəl, İlhamı
bu qəmdən al.
Hər şeyə
şahid - dili lal,
Daş ağrısıdı
çəkdiyim.
Şükür
Mən də bu dünyadan keçdim,
Tanrının püşkünə
şükür!
Uzun yolların sonunda
Xurt düşən
düşkünə şükür!
Hoy de, gör, varmı hoy verən,
Yoxdu sayılan - say verən.
Mənim eşqimdən
boy verən
Bu qəmin eşqinə şükür!
Kimsə pis demir adına,
Könül küskün
muradına,
Yazılan ömür
adına,
Ay İlham, beş
günə şükür!
Ədəbiyyatın
Azərbaycan tərifi
Ədəbiyyatı necə
gördüm? -
şairinki gördüyünü
deməkdir...
Ədəbiyyat xırmanında
olmayıb,
təknəsindən yeməkdir.
Biz elə
doğma qardaşıq
Ərk yerindən
yıxılanlar,
Biz elə doğma qardaşıq.
Taxtı çökən
bəylər, xanlar,
Biz elə doğma qardaşıq.
Quş ilə quşlanan quşlar,
Güllələr tuşlanan
quşlar,
Hər yerdə
daşlanan quşlar,
Biz elə doğma qardaşıq.
Od üstündə
qara saclar,
Şərlə oxlanan Buğaclar...
Səhrada yaşıl
ağaclar,
Biz elə doğma qardaşıq.
Güllədən qalıb
gilizi,
Bağlıdı bəxtin
yol, izi.
Hündür divarın
çöl üzü,
Biz elə doğma qardaşıq.
İlhama kimsə
gülməsin,
Gülənə asan gəlməsin.
Bizim anamız ölməsin!
Biz elə doğma qardaşıq.
Həyat fəlsəfəsi
1. Şeirin üzü
Həyat belədir
-
balaca olanda dünyada
yaşca səndən
balacalar az,
böyüklər çox
olur.
Böyüdükcə geri ucdan
balacalar çoxalır,
irəli ucdan böyüklər azalır.
Ömür artdıqca
çıxılır -
çoxdan aza gedir,
Səndən aşağıda
sıxlıq,
yuxarıda seyrəklik
olur.
Seyrələndə çəni
çəkilmiş
dağ zirvəsi
kimi
Allah daha aydın görünür.
Allah ümidin özüdür!
2. və astarı
İnsan ümidlə
bir doğulur,
əlin hər şeydən üzülə
bilər,
bircə ümid
üzülməz.
Ümid canda
maya kimidir,
heç vaxt səni tərk etməz.
Ümid Allahın
özüdür!
Sözü ağlar günə
qoyan şairlər
Toy toğlusu kimi çıxmır ortadan
Sözü ağlar
günə qoyan şairlər.
Yağtək ərit
- şeir azdı tortadan,
Sözü ağlar
günə qoyan şairlər.
Qırdılar sözlərin
qol-qanadını,
Lağ yeri etdilər şair adını,
Tanrıdan almasın
heç muradını,
Sözü ağlar
günə qoyan şairlər!
Bir zəhmət çəkməyib, tər
qoymayıblar,
Bostan suvarmayıb,
vər qoymayıblar,
Sözdə bir
salamat yer qoymayıblar
Sözü ağlar
günə qoyan şairlər.
Araznan deyillər,
Kürnən deyillər,
Ucuza qaçırlar,
dürnən deyillər,
Doqquzu cəm
ola, "bir mən"
deyillər,
Sözü ağlar
günə qoyan şairlər.
Bıçağın ağzını
daşa çəkirlər,
Zövqlülər əlindən
haşa çəkirlər
Adamı var deyə,
başa çəkirlər,
Sözü ağlar
günə qoyan şairlər.
Yazmağa ilhamdan dənizin ola,
Bir güləş
simalı bənizin
ola.
Həm şair
olasan, həm üzün ola?
Sözü ağlar
günə qoyan şairlər.
Çiynimdən düşürün
şələmi, qoyum,
Dirini ağlayım,
öləni qoyum,
Bir təmiz yer varmı qələmi qoyum?!
Sözü ağlar
günə qoyan şairlər!
Başı bəzəkli şairlərə
Bir Allah bilir ki, bu məmləkətdə
Söz yurdu, söz evi - mədən şairəm.
Başında bəzək
var, şeiri yoxdu,
Sinirmək çətindi,
nədən? - şairəm.
Şeir yonqar kimi can çıxarıdı,
Yaxşısı şairin
iftixarıdı...
İlhamım cavandı,
yaş yuxarıdı,
Sevgidə iməyə
gedən şairəm.
İlhamam, ustadlar
qibləm, lələmdi,
Quşlara qoşulan
ahım, naləmdi.
Ovçuda tüfəngdi,
məndə qələmdi,
Ov kimi sözləri güdən
şairəm.
Alqış
Rəşid Süleymanovun 60 yaşına
Rəşidin könlü
bağçadır,
İlboyu gülü
açıqdı.
Şəninə sözlər
acizdi,
Tərifi müşkülə
çıxdı.
Zalım fələkdən
öc ala,
Elə bu kefdə qocala!
Heç görmədim
topuq çala -
Haqq deyən dili açıqdı.
İlham, şəklini
çək onun,
Hər işdə
ağır yük onun,
Allah, başından
tök onun,
Comərddi, əliaçıqdı.
Döyüşçü nəğməsi
Göydə bulud qaçır, torpaq üstdə biz,
Buludun yükü
su, bizimki silah.
Suda aydınlıq
var, biz gedən yolun
Sonunu xeyirə
calasın Allah!
Əlimizin duzun daddı yağılar,
Döyüşdə düşmənə
güc gəldik, vətən!
Biz səni çox gözü yolda qoymuşuq.
Bağışla, hayına
gec gəldik, vətən!
Gəldik görüşünə
gülün, çiçəyin,
Bu gündən gözləri yoldan yığılsın.
Açılsın köksümüz
dağlar başında
Yel vursun, sevgimiz yurda dağılsın.
Salam, ay meşəmiz,
biz də səndənik
-
Palıdıq, göyrüşük,
vənik, ulasıq...
Salam əvəz,
yerə bir yarpaq atdı,
Qara çinar - üstdə qora dolaşıq.
Hələ bir belə bax, burum-butaxdı,
Yellənir budaqda alça nazlıdı.
Muncuqlu quzuya bənzədi zoğal,
Sallanır budaqdan cüt qotazlıdı.
İlahi, gör,
bizi nə tez tanıdı,
Meh əsir, şiş qaya fışdırıq çalır.
Süleyman peyğəmbər
dəqiq deyərdi -
Quşlar sevincindən
qışqırıq salır.
Necə qarşıladı,
kaş görəydiniz,
Talalar, ormanlar,
vadilər bizi.
Bir gün Həkəridə körpə
balalar
Üzüb şellənəndə
yad elər bizi.
Düşmən gülləsinə
sipər sinəmiz -
Necə ki, sındırar
qayalar oxu.
Ağzı dualısan,
ey ana vətən,
Əgər şəhid
olsaq, dualar oxu!
Yazılsın tarixə,
gələn nəsillər
Bilsin ki, biz qovduq əhrimənləri.
Düzün şəklimizi
yol qırağına,
Uşaqlar çox
sevir qəhrəmanları.
Deyək, dilimizə
gələn nidanı
-
Sən də ey göydəki, Haqsan, haqqı yaz,
Açsın qulağını,
eşitsin dünya,
Bizim haqqımız
var, bizimdi Qafqaz!
Vətən, ağ libasla çıx ortalığa,
Ağ gün qazanmışıq al qanımızdan!
Bizi qəbirdə də tənha bilməyin,
Gülləri cüt qoyun güldanımızda.
Dərdə təsəlli
Dərdim, dərd
eləmə,
səni də böyüdəcəyəm...
Mən dərdə
yeriməyin qoçağı,
dərddən qaçmağın
astasıyam,
İstəsən, bir biləndən soruş -
dərdi böyütməyin
ustasıyam.
Darıxma, sən
də böyüyəcəksən,
Gecə gözümdən
töküləni
qaranlıqlar yığa
bilmir.
Açar yerindən
keçən dərd
elə böyüyür,
qapıdan çıxa
bilmir.
Zər olmaz
Cinas
Udmaq desəm, əlim deyən
Nə aşıq
var, nə zər olmaz.
Görən, kimdi nəzər edən?!
Heç belə
bədnəzər olmaz.
Hesabda hardadı
gör, kəm,
Bu nə baxış, bu nə görkəm?!
Acı taleyimlə
görkəm,
Nə bəxt
tutar, nə zər olmaz.
Atlan, üstünə
çıx, daşdı,
Çaydan qırağa
çıx, daşdı!
Xeyir İlhamdan çıxdaşdı,
Üstündə xoş nəzər olmaz.
İlham Qəhrəman
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
¹ 4. – S. 22.