“İsveç nəsr antologiyası” ilk
dəfə Azərbaycan
dilində
Dövlət Tərcümə
Mərkəzi yeni nəşrini
– zəngin ədəbi
ənənəli İsveç
ədəbiyyatının seçmə
nümunələrinin toplandığı
“İsveç nəsr
antologiyası” kitabını
ərsəyə gətirib.
Mərkəzdən bildirilib
ki, İsveç nəsrinin
Avqust Strindberq, Ernst Alqren, Selma Lagerlöf,
Verner Fon Heydenstam, Per
Hallström, Yalmar Syöderberq,
Albert Enqström, Yalmar
Berqman, Dan Anderson, Per Lagerkvist, Vilhelm Muberq, Eyvind Yonson, Harri Martinson, Lüdviq Nordström, Artur Lundkvist,
Astrid Lindqren, İnqmar
Berqman, Stiq Dagerman, Tumas Tranströmer, Ulf
Stark, Marqareta Ekström,
Eva Qabrielsson, Niklas Rodström, Stiq Larsson, Oke Edvardson, İnger Edelfeldt, Tove Alsterdal, Sesilya Davidson, Melker İnqe Qaray kimi dünyaşöhrətli
yazıçılarının və müasir müəlliflərinin əsərlərinin
daxil edildiyi nəfis tərtibatlı kitabın layihə rəhbəri Xalq yazıçısı Afaq
Məsud, “Ön söz”ünün müəllifi,
yazıçı Etimad
Başkeçid, əsərlərin
tərcümə müəllifləri
– tanınmış yazıçı
və bədii tərcümə ustaları
– Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı,
Etimad Başkeçid,
Bəhlul Abbasov, İlqar Əlfi, Mahir Qarayev, Səməd Qaraçöp,
Rəbiqə Nazimqızı,
Şəfiqə Şəfa,
Selcan Məmmədli, redaktoru Mahir Qarayevdir.
Kitabı yaxın
günlərdə “Libraff”,
“Kitabevim.az”, “Akademkitab”, “Akademiya”,
“Baku Book Centre”, “Çıraq”, Prezident Administrasiyasının
İşlər İdarəsinin
Kitab Evi və digər kitab evi mağazalarından əldə
etmək olar.
Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral,
¹ 4. – S. 23.