Sözə  verilən  ehya

 

Tanınmış jurnalist Qalib Rəhimlinin yaradıcılıq bioqrafiyası 50 illik bir dövrü əhatə edir. Onun keçdiyi şərəfli sənət yolu öz peşəsinə ləyaqətlə, namus vicdanla xidmət etməyin ən gözəl nümunəsidir.

O,  "Dedim bəlkə sözüm qala" ("Klass Print" nəşriyyatı, 2023) adlı kitabı ilə yüksək məsuliyyət hissi ilə sanki öz oxucularına hesabat verir. Kitabın redaktoru tanınmış yazıçı-jurnalist Rəfiqə Sadıqova, nəşrə hazırlayanı isə poeziyada xüsusi yeri olan şair Rafail İncəyurd İsmayılovdur. Yəni, Qalib Rəhimlinin təqdim etdiyi bu kitab həm sözü kifayət qədər bilən, onu qiymətləndirən söz xiridarlarının süzgəcindən keçib.

7 fəsildən ibarət olan bu kitabda son onilliklər ərzində kediyimiz yolun dolğun mükəmməl təsvirinə rast gəlirik.Ən maraqlı cəhət budur ki, kitabda müəllifin ilk qələm təcrübələrindən tutmuş lap son illərə qədər yazdığı məqalələr yer almışdır. Bu isə onun bir jurnalist kimi sənətin çətin mürəkkəb yollarında necə inkişaf edərək püxtələşdiyini izləməyə imkan verir. Birinci fəsildə oxucular xalqımızın xilaskarı, azdlıq müstəqilliyimizin baş memarı, öz adını tarixə qızıl hərflərlə yazmış ulu öndər Heydər Əliyev haqqında maraqlı yazılarla tanış ola bilər. Ölkəmiz üçün son dərəcə ağır çətin olan bir dönəmdə bu böyük şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi onun öz xilaskarlıq missiyasını necə dahiyanə bir ustalıqla yerinə yetirməsi müəllif tərəfindən yüksək peşəkarlıq minnətdarlıq hissi ilə qələmə alınmışdır.

Qalib Rəhimli BDU-dakı təhsil illərində görkəmli nasir ədəbiyyatşünas alim, mahir pedaqoq Mir Cəlal Paşayevın tələbəsi olmasa da ( bu böyük insanın tələbəsi olmaq üçün Qalib bir il gecikmişdi) müdrik, alicənab hərəkət davranışları çox böyük rəğbət heyranlıqla qarşılanan böyük ədib haqqında hər kəsdən yüksək fikirlər eşitmişdi. Onunla həmsöhbət olmasa da, auditoriyalarda dərsini dinləyə bilməsə həm əsərlərindən, həm tələbələrindən eşitdikləri onun bu böyük sız adamına rəğbətini çox-çox artırmışdı. Buna görə o, bu kitabın birinci fəslinə böyük ədiblə bağlı bir material daxil etmişdir.

Kitabın üçüncü fəslinə daxil edilmiş yazıların bir çoxunda milli jurnalistika sənətimizin çoxillik ənənələrinə daim sadiq qalan ürək yanğısı ilə onun təəssübünü çəkən Q. Rəhimli son zamanlarda bu sənəti alver qazanc mənbəyinə çevirən, "reket jurnalistika"ya rəvac verən, öz şəxsi mənfəəti üçün ağa qara deyən, layiqli, vicdanlı insanlara şər böhtan atan söz dəllallarının hərəkətlərini qəti şəkildə pisləyir onları tutduqları bu əyri yoldan çəkinməyə çağırır. Elə həmin fəsildəcə müəllif belələrinə örnək nümunə ola biləcək sənətsevərləri, sözü mədəni irsimizi bütün xırda, çılız hisslərdən üstün tutan yaradıcı adamları böyük hörmət ehtiramla öz oxucularına təqdim edir

Son illərdə Azərbaycanda avtomobil, maşınqayırma digər sənaye sahələri sürətlə inkişaf etməkdədir ki, bu da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayır. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tədricən idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilməkdədir. Gəncədə fəaliyyət göstərən sənaye müəssisələrinın bu sahədəki istehsalat uğurları Q. Rəhimlinin sözügedən kitabındakı dördüncü fəsildə geniş müfəssəl şəkildə işıqlandırılır.

Məlumdur ki, yalnız elmi bilikləri kənd təsərrüfatına tətbiq etməklə aqrar sahədə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Respublikamızın ən qocaman ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Aqrar Universiteti həm kənd təsərrüfatı kadrlarının hazırlanmasında, həm elmi araşdırmaların aparılmasında müstəsna rol oynayır. Respublikamızın Prezidenti cənab İlham Əliyev bu universitetdə olarkən tədrisin aparılan elmi-tədqiqat işlərinin vəziyyəti ilə maraqlanmış, pedaqoji kollektivə dəyərli tövsiyyələr vermişdir. Ona görə Q. Rəhimli ölkə başçısı ilə universitetin tələbə müəllim kollektivinin görüşünü məmnuniyyətlə xatırlayır həmin görüşün bu təhsil ocağı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır.

Kitabın altıncı fəslinə daxil olmuş təhlil araşdırmalardan da göründüyü kimi, Q. Rəhimli digər mətbuat nümayəndələrindən fərqli olaraq müasir ədəbi prosesi müntəzəm izləyir, ayrı-ayrı qələm adamlarının yaradıcılığı, çağdaş ədəbiyyatımızın aktual problemləri ilə bağlı maraqlı fikirlər söyləyir. O, öz təhlillərini konkret bədii mətn əsasında apararaq hər bir müəllifin fərdi yaradıcılıq keyfiyyətinə, poetik duyum üsluba malik olduğunu nəzərə çarpdırır. Əlibala Hacızadə, Adil Cəmil, Gülnarə Cəmaləddin, Sevinc Yunuslu, Aybəniz Əliyar, Südabə İrəvanlı, Abdulla Qurbani, Maşallah Məftun, Hafiz Rüstəm kimi yazıçı şairlərin yaradıcılığı Q. Rəhimlinin diqqətini bir çox məziyyətləri ilə cəlb edir.

Q. Rəhimli uzun illərdir ki, həm bədii yaradıcılıqla məşğul olur. Onun nəsr əsərləri süjet xəttinin orijinallığı, fərdi cizgilərə malik obrazlar qalereyası, poetik dil üslubunun mükəmməllliyi ilə diqqəti cəlb edir. Bu kitabda rast gəldiyimiz "Məhəbbət olmayanda" "İki mollanın bir hekayəti" adlı nəsr əsərlərində müəllif gündəlik həyatda gördüyü müşahidə etdiyi hadisə əhvalartları özünəməxsus ustalıq məharətlə qələmə almışdır.

Bir jurnalist bir yazıçı kimi Q.Rəhimlini xarakterizə edən əsas əlamətlər nədən ibarətdir? Bu fədakar qələm adamı predmet hadisələrin mahiyyətinə nüfuz etməyi, onu analitik təhlil süzgəsindən keçirməyi, gördüklərini müşhidə etdiklərini yüksək peşəkarlıqla qələmə alımağı bacarır. Obyektivlik prinsipiallıq, jurnalistika sənətinin nüfuzunu qorumaq ona geniş oxucu sevgisi qazandırmaq istəyi onun publisist nasir portretini tamamlayan ən səciyyəvi cizgilərdir.

 

 

Sahib İbrahimli

 

Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, № 4. – S. 24.