Bağlayır xatirə bağları bizi
Dayandur
Sevginin yubileyinə.
"Ayazlı,
şaxtalı bir qış axşamı Yeddi yoldaş olub düzəldik yola"; Gəncəli Qərib Mehdidən sonra ustadımız kimi qəbul etdiyimiz Səyyad Aran, ədəbi hücrəmizin Bakıya çıxış qapısı
olan Qəşəm Nəcəfzadə, rayon qəzetinin redaksiyasını
poeziya klubuna çevirən Murad Qoçuoğlu, mən, Dayandur Sevgin, Valeh Bahaduroğlu, Səxavət Talıblı...
Məşhur poemanın
dili ilə dediyim kimi, tam
yeddi qardaş. Yeddi sənət sevdalısı.
Yeddi ruhubirlər. İmişli ədəbi mühitinin estetik duyumunu mərkəzi ədəbiyyat camisinə
daşıya bilən
cığırdaşlar.. Rayon qəzeti
nəzində yaradılan
ədəbi məclisə
ən ucqar kənddən gələn
Dayandur Sevgin idi. İndinin özündə də düşünürəm ki,
Sovetlər dönəminin
əzablı, keçilməz
kənd yollarını
qət edib hər bazar günü rayon mərkəzinə gəlib-qayıtmaq
üçün adamı
yalnız ədəbiyyat
yanğısı səfrəbər,
təhrik edə bilərdi. Və bu fikri görməzdən
gələn kəslərə
Xalq şairi Nəriman Həsənzadənin
misrasını xatırlatmaq
istərdim: "Gülmə,
görməmisən o günləri
sən..."
Dayandur
Sevgin ədəbiyyata
ədəbiyyat instutlarından,
ali məktəb auditoriyalarından yox, həyatın özündən
gəldi. Bəlkə
də elə bu səbəbdəndir ki, onun şeirləri
hyatın özü kimi sadə, görümlü, təbii
cizgilərlə zəngin
və yaddaqalandı. Dayandurun şeirlərində
"bunu deyim - deməyim, yazım-yazmayın"
xofu, götür-qoyuları
yoxdur. O, necə düşünür, necə
görür, necə demək istəyirsə, eləcə də qələmə alır. Məsələn belə:
Əsli
sevgisini sən tap özündə,
Mən
Kərəm olmasam, kişi deyiləm.
Yaxud:
Günəşlə
gəl, yelə dön,
Mizraba
dön, telə dön.
Dağdan
gələn selə dön,
Xan Araz ol, Kürcə gəl.
"Yolları yığ gözümdən,
Bircə gəl ey, bircə gəl" səmimiyyəti
var Dayandur Sevgin poeziyasının. Bu səmimiyyət
onun təbiət, Vətən, eləcə də ictimai-siyasi mövzuda yazdığı
şeirlərin uğurunu
təmin edir. Fərqli ölçü-biçi
qaydaları olan janrdan janra keçid
etməsində etibarlı
dəstəkçisi olur.
Poetik axtarışlarının
yolunu genişləndirir.
Özünəməxsus deyim
tərzinin ifadəçisinə
dönür. "Azərbaycan
bayrağı" şeirində
olduğu kimi:
Millətimin fəxridir,
haqqa gedən yoludu,
Koroğlunun qılıncı,
Babəkimin qoludu,
Müstəqillik günəşi,
Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı,
Göylərin göy qurşağı, Azərbaycan
bayrağı.
Bu misralarda D.Sevginin qəlb,
düşüncə duyğusunun,
vətəndaş qürurunun
geniş miqyası sərgilənib. Haqq-ədalət,
şərəf və
ləyaqət yolunda tökülən qanın
bu bayrağı ucalıqda saxlamasını
bir daha yaddaşlara yansıdır.
Eyni qədirbilənliklə
və ruhdaşlıqla
da ismi pünhanına
olan heyranlığının
ifadəsi üçün
etibarlı elçi, dilmanc bilir poeziyanı,
ürək sirrini, qəlb sözünü bu misralarla bildirir:
Götür gözlərimi,
mənsiz günündə
O mah camalına xal eylə barı.
...Başıma
tac qoyub, can deməsən
də,
Dayandur Sevgini qul eylə barı.
Sevgi əzablarına
qarşılıq giley-güzar,
tənə, umu-küsü
yoxdu Dayandurun şeirlərində. Daha çox təskinlik var, şükranlıq var, bu iztirablar qarşılığında
mərdlik, dözüm,
daha çox aşiqlik, sevdalanmaq var. Bu
düşüncələr, heyrətamiz qaneçilik hissi Dayandur Sevginin şair və insan təbiətinin
hümanizmilə həmahəngdir.
Ordan, onun öz xarakter bütövlüyündən gəlir.
Qəşəm Nəcəfzadənin
təbirilə desək,
D.Sevgin şeirlərində
hər şeydən öncə, öz taleyini yazır. Və yenə də Q.Nəcəfzadənin
yazdıqları üzərinə
qayıdıram: "Dayandur
əzab-əziyyətlə böyüyüb. Amma halal yaşayıb.
Həyatın qırnmancları
onun ürəyində
qabar bağlayıb. Qabar demişkən, yadıma bir hadisə düşdü.
Ötən əsrin səksəninci illərinin
əvvəllərində İmişlidə
""Məhsul bayramı"
keçirilirdi. Rayon Partiya
Komitəsində bizə
(Sərvaz Hüseynoğluya,
mənə də Dayandur Sevginə) demişdilər ki, o tədbirdə
hərənizin bir şeir oxuması da nəzərdə tutulub. Tədbir müxtəlif məkanlarda keçiriləcəkdi.
Birinci məkanda bizə söz vermədilər. İkinci,
üçüncü məkanda
da elə. Bizə dedilər Arazın üstündə təzə
çəkilmiş körpüdən
üstündən çaya
tonqallar atılacaq, hazırlaşın, orda şeir oxuyacaqsınız.
Burda da söz vermədilər. Həmin gün Dayandur özünə təzə
bir ayaqqabı almışdı. Ayağını
sıxırdı. Vəd
verilən yerlər bir-birindən uzaq olduğundan əldən düşmüşdük. Dayandurun
aldığı çəkmə
ayağını döyüb
qabar etmişdi. Çox kövrəldim.
İndi də bu sətirləri yazarkən
kövrəlirəm. Ürəyimdən
keçir ki, o qabarların
xatirinə sabah Dayandurun boynunu qucaqlayıb, onu öpəcəyəm".
Oxuyuram
və mən məhz həmin anlarda keçirdiyimiz duyğuları, əsəb
və ömür itkilərini
Dayandur Sevginə tanınmış şair
Məmməd Namazın
aşağıdakı misralarıyla
pıçıldamaq istəyirəm:
Bir
vaxt ayağıma batan tikanlar
İndi
ürəyimin başından
çıxır.
Bizim
- Səyyad Aranın, Dayandurun, Qəşəm Nəcəfzadənin, Səxavət
Talıblının və
mənim özümün
də hərdən, ara-sıra özünü
büruzə verən
qəribəliklərimiz, anlaşılmazlığımız
məhz həmin illərin dalan misallı yaşamının
vurnuxmalarından gəlir.
Sənətə olan dartınmalarımızın yolunu
hərəmiz bir yöndən, istiqamətdən
açmağa cəhd
edirdik. Amma heç özümüz də bilmədən bu yollar gəlib
eyni zirvələrdə
- Anarda, Elçində,
Nəriman Həsənzadə,
Sabir Əhmədlidə,
Abbas Abdullada, Sabir Rüstəmxanlıda,
Ələkbər Salahzadədə,
Nadir Cabbarlıda, Vaqif Bayatlı Odərdə, Vaqif Bəhmənlidə kəsişirdi.
Ortaq tale minnətdarlığımızdı ki, bu böyük
şəxsiyytələr o zaman bizləri gördülər. Bir vaxt ayağımıza batan tikanların sonumuzu gətirməsinə
imkan vermədilər.
Yolumuzu açdılar.
Dayandur
Sevgin üçün
belə xeyirxahlardan biri görkəmli tənqidçi Vaqif Yusifli oldu. Birmənalı
şəkildə bəyan
etdi ki: "Dayandur çox istiqanlı insandı və bu hərarətdən,
bu istilikdən onun şeirlərində də çox şey var. Onun
səmimiyyəti, bəzən
lap sadəlövhlüyü
ilk növbədə kənd həyatından, ilkinlikdən gəlir".
Professor Təyyar Salamoğlu isə onun yaradıcılığına
tam fərqli bir yöndən nəzər salır:
"Dayandur Sevgin həyatımızın və
sürətlə qloballaşan
dünyanın, yaddaşını
itirən Zamanın bütün ağrılarına,
problemlərinə bir
şair kimi onu narahat edən
məsələlərin hamısına
dərin prizmadan baxır və belə bir baxış
başadüşüləndir".
Ədəbiyyatşünas
alim, D.Sevginin sənət və ömür yolunu həssaslıqla uğurlayan
Sona Vəliyeva bu xüsusda obyektiv fikirlərini ortaya qoyur: "Dayandurun şeirlərində
xarakteri, gün-cüzaranı,
arzuları, keçmişi
və bugünü yaşayır. Bunların kökündə isə, ən əsası, səmimiyyət dayanır".
Filologiya elmləri üzrə fəlsəfə
doktoru Salatın Əhmədli də, tanınmış şair
Balayar Sadiq də onun poetik
səmimiyyətini məhz
bu yöndən dönə-dönə qeyd
edirlər.
Bu
fikirlər isə görkəmli yazıçı
Səyyad Aranın onun 60 illik yubileyi
və "İkinci addım" adlı şeirlər kitabının
imza günündə
dilə gətirdikləridi:
"Dayandurun insanlığı,
əxlaqı, tərbiyəsi
çox yüksəkdir.
Elə bir insan, elə bir dostdur ki, ona hər vaxt
güvənmək olar.
Böyük məsuliyyətlə
deyə bilərəm
ki, onun "Azərbaycan
bayrağı" şeiri
ən yaxşı bayraq şeirlərindən
biri kimi dərsliklərə düşməyə
layiqdir. Dayandur nədən yazmağından
asılı olmayaraq səmimi yazır, ürəkdən yazır.
Onun ictimai məzmunlu şeirləri də özünəməxsusdur".
Bu özünəməxsusluğu onun xarakterinə də şamil etmək olar. Təsadüfi deyil ki, Xalq yazıçısı,
AYB-nin sədri Anar da D.Sevginin
60 illik yubiley məclisindəki çıxışında
dərin qədirbilənliklə
diqqətə çatdırmışdır
ki, o, bir insan və şair kimi nail olduğu sevgi və hörməti
ilk növbədə özünün
gözəl xasiyyəti,
istedadı, xoş rəftarı ilə qazanıb. Unudulmaz Xalq şairi Fikrət Qoca D.Sevginə zəhmətkeş,
hər zaman gənclik
eşqi ilə yazıb-yaradan şair kimi dəyər verirdi. Yazıçılar
Birliyinin birinci katibi, xalq yazıçısı
Çingiz Abdullayevin bu fikirlərə əlavəsi belədi ki:
"Dayandur Sevginin şeirlərinin hər biri ürək yanğısından, səmimi
hisslərdən yoğrulub".
Təbii bu fikirlər ömrünün
40 ildən artıq bir dönəmini yazıb-yaratmağa sərf
edən, eyni zamanda gözəl dost, səmimi insan olan Dayandur Sevginin yaradıcılığını
və şəxsiyyətini
dəyərləndirmək baxımından çox qiymətlidir. Ancaq bütün hallarda yaradıcı insan ömrünün dəyərini
mədəniyyət müstəvisində
müəyyən edən
ilk növbədə onun
yaradıcılığı, təqdim etdiyi əsərlərdi. Bu baxımdan
D.Sevginin yaradıcılığı onun
haqqında yetərincə
və obyektiv şəkildə söz açmağa geniş imkan verir.
Təkcə aşağıdakı
misraların iç dünyasına hakim kəsilən
mətləbin belə
yığcam və təsirli şəkildə
ifadə edilməsi Dayandurun şair obrazını bütöv,
boyaboy ortaya qoya bilir:
Mən elə tələsdim hər işə, qardaş,
Qaçmağı öyrəndim
yerişdən qabaq.
"Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub düzəldik yola". Səyyad Aran, Qəşəm Nəcəfzadə,
Murad Qoçuoğlu, Mən,
Valeh Bahaduroğlu, Səvaxət Talıblı
və bir də əlbəttə
ki, Dayandur Sevgin...
Yenə o yoldayıq.
O yollara gedirik. Arzular, istəklər ha ayırsa da, bağlayır
xatirə bağları
bizi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.
– 2024. – 3 fevral, ¹ 4. – S. 25.