Qələbəmizin  sözü sözümüzün  qələbəsi

 Nazilə GültacınŞəhid atasıkitabına ön söz

 

Hamı kimi, indiyəcən, mən də Nazilə Gültacı şeirlərindən tanıyırdım, özəlliklə də, torpaqlarımızın yadellilər tərəfindən zamanla bölünməsi, yüzillər boyu azala-azala getməsi ilə bağlı ümummilli tarixi taleyimizi əks etdirən "Azərbaycan xəritəsi" şeirindən. Bu şeir, hətta ən tələbkar ədəbiyyat uzmanlarının belə təqdiredici rəyinə səbəb olurdu. bu üzdən, N.Gültac çapa hazırladığı nəsr kitabının materiallarını verəndə ki, oxuyum, tərəddüd elədim. İndi dəbdir, axı, hamı elliklə, kollektiv surətdə şeirdən nəsrə keçir, fikirləşdim ki, Nazilə çox düşünüb-daşınandan sonra, palaza bürünüb ellə sürünmək qərarına gəlib (məncə, insan fərdiyyətini aradan qaldıran, onu kollektiv hay-küy içində yoxa çıxaran, əridən hər varsa, qeyri-məqbuldur. Söhbət bədii yaradıcılıqdan gedəndə, bu fərdiyyətçilik, özünəməxsusluq, şəxsi mövqe, özəl yanaşma xüsusilə, önəmli bir şeyə, az qala, qeyd-şərtsiz ehkama çevrilir) İlk baxışdan tərəddüdlə, ehtiyatla yanaşdığım, sonra get-gedə maraqla tanış olduğum materiallar, özəlliklə , kitabda əsas yer tutan "Şəhid atası" povesti bir az tələsdiyimi göstərdi indi bu sözləri yazanda, "əvvəlcə elə bilirdim, sonra gördüm ki, belədir" kimi ənənəvi, klassik "tanıma" dramı qurmaqdan çox uzağam, nəyi necə varsa, elə yazıram.

Kitabdakı ən yaxşı hekayələr povestdə uzun illərdir həkim işləyən, saysız-hesabsız, maraqlı faktlar, fərqli xarakterlərə malik insanlarla üzləşən müəllifin birbaşa, canlı həyati müşahidələrindən doğan qənaətləri öz əksini tapıb bu amil, məncə, bədii ədəbiyyat üçün çox önəmlidir. İndi ədəbiyyat öz mənbəyini hansısa başqa bir kitab, nəsə bir film, bəzən, nəinki ikinci, hətta üçüncü, dördüncü... əldən götürməyə başlayıb. Belə yaxşıdır, ya pis, söhbət bundan getmir, olsun ki, sinqulyarlıq çağı, simulyakr erası, yapay zəka dönəminin tələbi kimi bu, qaçılmazdır elə belə olmalıdır. Odur ki, bu sözlərlə bütün yeni görünmək çabalarına baxmayaraq, spesifik nimdaşlıq qoxusuyla burnumuzu qıcıqlandıran "second hand" yazarlarını qınamaq fikrindən uzağam. Demək istədiyim odur ki, hələ ilkin mənbəyə, bulağın gözünə, həyatın gerçəklərinə sadiq qalan, öz ilhamını, stixiyasını birinci əldən alanlar da var N.Gültacın yazdıqlarını da bu qəbildən sayıram. İxtisasca həkim olmasından, yoxsa, sadəcə, fitri mental-psixoloji özəlliyindənmi irəli gəlir, bilmirəm, bu, son dərəcə şəfqətli, həssas, kövrək bütün bunlarla ilk baxışdan əsla uyuşmayacaq qədər inadkar yazıçı qarşıda onu nələr gözlədiyinin əsla fərqinə varmadan, öz balaca qayığı ilə açıq okeana çıxan qayıqçını xatırladır. Okean isə tufanqabağı sakitlik dönəmini yaşayır...

Sofokl Evripiddən tutmuş, ta çağdaşlarımıza qədər dünyanın bütün yazarları, ya "insan belə olmalıdır", ya da "belədir" metodundan çıxış edirlər N.Gültacın yazılarında ikinci amil daha aparıcıdır. Məsələn, ədəbi ictimaiyyətin , oxucuların da marağına səbəb olan, Dastanoğlu Fondunun təşəbbüsü ilə keçirilən Yusif Səmədoğlu adına nəsr yarışmasında birincilik qazanan "Şəhid atası" povestində biz Vəlinin timsalında ekran efirdən, ədəbiyyat mətbuatdan tanıdığımız ənənəvi şəhid atası obrazı, idealizə olunmuş insan tipi ilə deyil, adidən-adi, sadədən-sadə bir adamla rastlaşırıq. Müəllif şəhid atası olduğu üçün onun ayaqları altına postament qoymur, onu pyedestal üstünə qaldırmır, ondan göy qübbəsini öz çiyinlərində saxlayan Atlant, bir sözlə, müsbət qəhrəman idealı yaratmır, özünün zəif güclü yönləri ilə inandırıcı, canlı, hərtərəfli insan obrazı təqdim eləyir kiçik adam gözümüzdə, sanki müəllif iradəsindən kənar, öz-özünə böyüyür. Qarajda usta işləyən, nimdaş əyin-başı həmişə mazut qoxuyan, maddi çətinlik içində yaşayan bu sakit, fağır, amma mərdanə kişi özündə ata-babalarından qalan gizli bir qəhrəmanlıq daşıyır bu qəhrəmanlıq onun oğlu, valideynlərinin xəbəri olmadan, könüllü surətdə cəbhəyə gedərək şəhid olan Yusifdə üzə çıxır. Qıvrımsaçlı, qarayanız, çəlimsiz, orta məktəbdə , peşə məktəbində dəcəlliyi, şuluqluğu ilə seçilən gənc Yusifin timsalında, həm bir həqiqət öz təsdiqini tapır - qəhrəmanlıq tədris olunmur, o ən kritik məqamda, ən gözlənilməz yerdə zahir olur. Povestin razılıq doğuran yönlərindən biri odur ki, müəllif istər şəhid, istərsə , onun atasının obrazlarını bədii cəhətdən ümumiləşdirir, onları xalqın daxilində on illərlə mürgüləyən qəhrəmanlıq potensialının gizli daşıyıcıları kimi təqdim eləyir.

Povestdə köməkçi personajlar - şəhidin xəstəxanada xadimə işləyən, şəxsi taleyindən narazı, daim əsəbi, xəstəhal anası Qaratel, belindən şalı, boğazından muncuğu əskik olmayan sadəlövh, amma qürurlu nənəsi Zəhra, kobud ərinin tənə-təhqirlərinə dözməyib ailəsindən ayrılan, kafedə qabyuyan işləyən bacısı Təranə onunla birlikdə bir parça çörək dalınca Türkiyəyə üz tutan şəhid arvadı, utancaq, həyalı Sevda, Vəlinin baməzə həmyerlisi, sürücü Kamil, öz itini kasıblardan üstün sayan varlı, qudurğan, zəhmli, cüssəli Kərimov, peşə məktəbinin dilinin altına nitroqliserin qoya-qoya yaşayan xəstə, pedant direktoru İsrafil müəllim digərlərinin portretləri , həm zahirən, həm daxilən parlaq boyalarla rəsm edilir. Hər biri bəlli bir yaş, cins, sosial kəsimi təmsil eləyən, real olduqları qədər rəmzi-simvolik səciyyə daşıyan bu obrazların cəmindən bütöv Azərbaycan sosial-demoqrafik kaleydoskopu alınır. Bu kaleydoskopda hər kəs öz yeri, rolu ilə aydın görünür, heç kəs mətnə təsadüfən düşmür, hər obraz başlıca müəllif ideyasının açılmasına xidmət göstərir, vahid ansambla öz zəruri əlavəsi ilə daxil olur ümumi işə öz vacib töhfəsini verir.  

Əsərin qabarıq nəzərəçarpan əsas bədii məziyyəti zahirən öz komizmi ilə gülüş doğuran olayların ardındakı faciə bu iki amilin sintezinin yaratdığı tragikomizmdir. Cəlil Məmmədquluzadə yaradıcılığı, özəlliklə görkəmli ədibin "Danabaş kəndinin əhvalatları" povesti üçün səciyyəvi olan bu ağlar güləyənlik insanlar hadisələrə münasibəti birqatlı, bəsit realizm çərçivəsindən çıxarır, olaylara ikibaşlı ironiya səciyyəsi verir, onların çoxmənalı izahına yol açır. İkibaşlı ironiya povest müəllifinin eyni mövzuda yazılmış əsərlər üçün səciyyəvi olan iki əsas təhlükə - birmənalı tərif çılpaq tənqid, açıq ittiham pafosundan yan keçməsi, kəskin sosial konflikti bir qədər yumşaldaraq təqdim eləməsi, başlıca sualı bir qədər komik vurğu altına salmasına yardımçı olur. Amma hansı vurğu altına salınması, hansı tonda səslənməsindən asılı olmayaraq, sual öz qüvvəsində qalır - doğrudanmı, vətənin nemətləri ancaq öz itini kasıblardan üstün tutan kərimovların nəsibi, şəhadət isə ancaq üstü mazutlu vəlilərin övladlarının qismətidir?!

Povestin birinci hissəsinin "Qismət", ikincinin "Qiymət" adlandırılması da təsadüfi olmayıb, kasıblığı insanın alın yazısına çevirən tale qəhrəmanlığa qiymət verməyi bacarmayan topluma qarşı yazıçı etirazının bədii ifadəsinə çevrilir. "Şəhid atası"nın ən ağrılı, aktual problemlərimizdən biri ilə səsləşən, minlərlə söz oyunu nümunələri arasından sıyrılıb çıxaraq, sözün həqiqi ciddi anlamında, ədəbiyyat faktına çevrilməsinə səbəb olan yönlərindən bir(incis)i, məncə, məhz budur.

Povestdə hadisələrin gedişi keçmişə dair xatirələrlə tez-tez kəsilir xarakterlərin köklərinə işarə edən bu xatirə-dönüşlər əsərin, sadəcə, xronotopunu zənginləşdirməklə qalmır. Yusifin babası Məhərrəm kişi, özəlliklə , onun ermənilərə vaxtilə meydan oxuması ilə bağlı epizod məhz nəvədə üzə çıxan "gözlənilməz" qəhrəmanlığın babadakı tarixi köklərini bəlirləyir bütövlükdə xalqın ölməz qəhrəmanlıq ruhunu rəmzləşdirir. Ayrı-ayrı səhnələr öz realizmi, inandırıcılığı, həyatiliyi ilə oxucunu güldürür, kədərləndirir düşündürür. Olaylar şiddətli gülüş doğuran, zil komik ovqatla başlayıb, tragikomik epizodlarla inkişaf eləyir finalda şəhidin gətirilməsi ilə ən qatı tragizm həddinəcən yüksəlir. Oxucunu dərindən həyəcanlandıran, gözləri yaşarıncaya qədər kövrəldən nəticə etibarilə estetik orqazm həddinə çatdıran final epizodunun milli-bədii nəsrimizdə, məncə, analoqu yoxdur. Bu epizod, bütövlükdə povest göstərir ki, bədii əsərin uğrunda həlledici önəm daşıyan onun həcmi, yaxud müəllifin məşhurluq dərəcəsi deyil, gerçəkliyə sədaqətdir: "Tabuta sarılmış bayrağı açıb, Vəliyə verdilər. Birdən elə bil ki, möcüzə baş verdi. Oğlunun ətrini aldı ata! Bayraqdan Yusifin ətri gəlirdi! Üçrəngli bayraq oğlunun üstünə qan çilənmiş göylü, yaşıllı köynəyi idi, sanki! Bayrağı göz yaşları içində öpüb köksünə sıxdı!

Başını dik tutmuş şəhid atasının qəhərdən boğula-boğula, az qala, pıçıltı ilə dediyi sözləri hamı eşitdi:

Vətən sağ olsun!"

Povestin diqqəti özəl çəkən yönlərindən biri, onun canlı xalq dili ilə ədəbi-bədii nəsr dilimizin sintezindən ibarət oxunaqlı, sirayətedici, rəvan dilidir. Təkcə qəhrəmanların nitqi deyil, müəllif təhkiyəsi üçün ənənəvi, trafaret ədəbi-bədii dil ştampı səciyyəvi deyil, amma bu, yazıçının loru danışıq ədasına düşməsinə gətirib çıxarmır. O nədə hara qədər getməyi duyur nəticədə, sadəcə, oxunan deyil, həm səslənən, povestin birnəfəsə mütaliəsinə səbəb olan bir dil yaranır. Biz ümumi səs-küyün içində istər qəhrəman personajlar, istərsə təhkiyəçinin nitqini aydın eşidir, hətta bircə epizodda görünən obrazların da tembrini seçib ayırır, ən başlıcası, dil dərsliklərindən yaxşı tanış olduğumuz standart cümlələrlə deyil, təhkiyənin öz havasında, birbaşa mətnin yaranması prosesində formalaşan sintaksislə rastlaşırıq.

Söhbət kitabda toplanmış hekayələrdən gedəndə, canlı dilə söykənən bu özünəməxsus təhkiyə üsulu tragikomizmdən eyni qətiyyətlə danışmaq mübaliğə olardı. Müəllif bu hekayələrdə hələ öz dili üslubunu axtarış yolundadır. Lakin bu, təhkiyə üsulu dil baxımından kitabdakı hekayələrin önəminə kölgə salmır. İstər oxucunu gözütoxluğa, həyatda bəzən ən adi görünən faktlara belə dəyər verməyə, mənəvi saflığa, xeyirə, işığa, yaxşılığa, düzlüyə, halallığa, təmiz məhəbbətə, ailə dəyərlərini qorumağa səslədiyi "İki limon", "Murad futbola baxırdı", "Avtobus kəndə qayıdırdı", "O o", "Eşqdən şərqi deməyin", istərsə , fiziki sağlamlığımızı qorumağa çağırdığı "Son layla", "Sərxoş sərçə", "Orqanların şikayəti", "Virusun intiharı" digər hekayələrində müəllif maraqlı süjet dalınca qaçmır, çox vaxt əsas ideyanı öz düşüncə kamerasının bir küncü vasitəsilə, sanki ikinci dərəcəli bir şey kimi verir ki, bu da uzun illərin yaradıcı təcrübəsindən doğan professionalizm kimi anlaşılır. Yəni N.Gültacın istər "Şəhid atası" povesti, istərsə , hekayələri göstərir ki, ilk kitabını dərc etdirməsinə baxmayaraq, müəllif bədii nəsr sahəsində onilləri adlayan bir yol keçib, sadəcə, təvazökarlıqdanmı, vaxt məhdudluğundanmı, yaxud yalnız özünə məlum olan hansısa səbəbdənmi, əsərlərini üzə çıxarmağı indiyə qədər lazım bilməyib.

Oxuyacağınız bu kitab təkcə Qarabağ zəfərimizdən bəhs eləmir, həm müəllifin uzun illərdən sonra axır ki, özünün özü üzərində qələbəsini göstərir. Müdriklərdən kimsə deyib ki, ən çətini ilk addımı atıb, özünə qalib gəlməyi bacarmaqdır. "Şəhid atası" kitabının müəllifi belə bir qələbəni, həm bu mənada, həm Dastanoğlu Fondunun təsis elədiyi Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibi kimi artıq qazanıb. Amma, məncə, bu, gələcəkdə bir nasir kimi onu gözləyən daha böyük uğurların, sadəcə, başlanğıcıdır. Müəllifi maraqla oxuyacağınıza şübhə eləmədiyim, stolüstü kitabınıza, səmimi həmsöhbətinizə çevriləcək bu yeni kitabının işıq üzü görməsindən dolayı ürəkdən qutlayır, gələcək yaradıcılığında ona daha böyük başarılar diləyirəm.

 

Əsəd CAHANGİR

 

     Ədəbiyyat qəzeti. – 2024. – 3 fevral, ¹ 4. – S. 26-27.