Xeyir Şərin inanca çevrilməsi haqqında

 

İnsanlıq tarixi oddan qabaq, ona milyon illər sonra da təsir edəcək vacib bir nəsnəni kəşf etmişdi: Dini. Qorxu inancı, inanc dini yaratmışdı. Təsadüfən, ya da gələcəyin zəruriyyətindən. Əlbəttə, dini düşüncə tərzinin təməlində mifologiyanın iki ana sütunu olan Xeyir Şər dayanırdı. Bəs ilk insanlar Xeyir Şəri necə tanımışdılar?

İlk insan mağarasına girən, onu talan edən, öldürən heyvan Şər idi. Belə qəbul edilirdi. Skandinav mifologiyasında ova getmək Şərin ordusuna qarşı hücuma keçməklə eyni tutulurdu. Türklərin qədim mifoloji sistemi şamanizmdə isə ov müqəddəs hesab edilirdi. Çünki ovun hansı nəticə verməsi bütün qəbilənin gələcəyinə təsir göstərirdi. Şər, yəni yırtıcı heyvanlar, ya qəbilənin bütün kişilərini parçalayacaq, ya da əksinə, qəbilənin "müqəddəs ordusu" - ovçular Şəri mağaraya qənimət olaraq gətirəcəklər.

Xeyirdən əvvəl insanlar Şərlə tanış olmuşdular. Onları bu yırtıcının əlindən qurtaracaq təbii bir qüvvə yox idi. Qədim, lap qədim insanlar üçün soyuq da, şaxta da, yırtıcı heyvanlar bitkilər , təbii fəlakətlər Şərin təcəllası idi. Elə ki onlar odu kəşf etdilər, elə ki soyuq mağaraları qızındı, elə ki yırtıcılar ocaqdan qorxub onlara hücum etmədi, bişmiş ətin qoxusu, dadı insanları tənbəlləşdirməyə başladı, Xeyir anlayışı meydana çıxdı. İnsanları təbii Şər qüvvələrin əlindən alacaq təbii Xeyir qüvvə onları tapmışdı.

Xeyir Şərin təbii mübarizəsi mifoloji mətnləri yaratdı. Ağıllı insan dünyanı, burada olmağının səbəblərini, gəldiyi gedəcəyi ünvanı axtarmağa başlayanda hekayələr qurdu. Yer kürəsinin dörd bir yanında minlərcə müxtəlif yaradılış hekayələri danışılırdı. İndi həmin mətnlərə baxanda, əslində, hamısının eyni şeyi danışdığını görürük. Əlbəttə, bütün mifologiyalar Babil Maya mifologiyasının deformativ hallarıdır. Müqəddəs torpaqlar adlandırılır həmin ilk mifoloji mətnlərin yarandığı yerlər. Qüds, Mesopotomiya, Afrikanın üfüqsüz, sarı torpaqları Latın Amerikasının mistik Maya coğrafiyası.

Mifologiyaların dinlərə necə çevrilməsini görmək üçün yenidən Xeyir Şərin ibtidai mübarizəsinə baxmaq lazımdır. Yuxarıda qeyd etdiyim kimi, homosapiens odu kəşf etdikdən sonra Xeyir anlayışını da kəşf etmiş oldu. Xeyiri qoruyanlar, yəni odu mühafizə edənlər ova getmirdi. İlk vaxtlar bu xüsusi tapşırıq qadınlara həvalə edildi. Onlar odu qoruyur, onu müxtəlif məqsədlər üçün bölür, hücuma keçən Şər qüvvələrə qarşı daha yaxşı istifadə edirdi. Bu xüsusi dərəcəli insanlar tarixin sonrakı səhifələrində kahinlər adlandırıldı. İlk kahinlər qadınlar idi. Buna görədir ki, magiyaya daha yaxşı hakim olan cins elə bu günün özündə qadınlardır. Kahinlər qəbilə başçılarından sonra ən yüksək statusun daşıyıcıları idi. Ölən kəsləri onlar dəfn edirdi, doğulan kəslərin qədərini onlar deyirdi, inanc qorxu müstəvisi üzərində var idisə, məhz onlar müzakirə edir yekdil qərar verirdi. Həmin kahinləri növbəti səhifələrdə peyğəmbərlər adlandıracağıq. Məncə, Quranda bəhs edilən yüz iyirmi dörd min peyğəmbərin sayının bu qədər fantastik olmasının səbəbi qədim kahinlərin bu statusda qiymətləndirilməsidir. Müqəddəs kitablardakı beş səmavi peyğəmbər isə seçilmiş kahinlərdir. Onlardan, sadəcə, birinin gerçək həyatını bilirik: sonuncu peyğəmbər Məhəmmədin.

Üç səmavi dindən başqa kiçik, lakin hələ adətləri ənənələri, ritualları yaşayan xırda dinlər meydana gəlmişdi. Tarix onların hər birini Musanın, İsanın Məhəmmədin qarşısında məğlub etsə , izlərini günümüzə qədər gətirib çıxardı. Ölkəmizdə İslama uduzmuş həmin xırda dinlərdən birinin - Zərdüştlüyün (Atəşpərəstliyin) ritualları, tabuları, ənənələri, kəlamları hələ yaşayır. Məsələn, biz hələ zərdüştlər kimi işığa, ocağa and içirik, hələ manilər kimi yolun haqqına güvənirik hələ əcdadlarımız şamanlar kimi "göy haqqı", "torpaq haqqı" axtarırıq. Bu qədər müxtəlifliyin səbəbi isə yaşadığımız coğrafiyanın dini düşüncə tərzinə hegemonluq etməsidir. Bu gün bu coğrafiyanın iqtisadi, siyasi mədəni qarışıqlığının səbəbi təkcə fontan vuran neft quyuları, kömür yataqları deyil. Qərbin altşüurunda hələ Səlib yürüşlərinin yarımçıq intiqam hissi yatır. İsa Yaxın Şərqdən Avropaya dini, Məhəmməd isə bütün dünyaya sonuncu əxlaq kodekslərini daşımışdı (İsa Məhəmmədin inandığı, təlqin etdiyi din eynidir, şübhəsiz).

Bütün peyğəmbərlərin ölümündən sonra yaymaq istədikləri dinlər parçalandı, xırdalandı. Həm məzmun, həm inanclı kəslərin sayı cəhətdən. Xristianlıq (bu, İsaya tapınmağın yaratdığı modern bütləşdirmə idi, din deyildi) ortodokslara, katoliklərə, pravoslavlara, protestantlara bunlar kimi onlarla yeni qayda-qanun sisteminə bölündü. İslam şiəlik sünnilik məzhəbinə, həmin məzhəblər yüzlərlə müxtəlif təriqətlərə ayrıldı. Dinlərin bu qədər aktiv parçalanmasında, sadəcə, dini düşüncə tərzinin müxtəlifliyi səbəb göstərilə bilməz. Həm təriqətlərin toplumların mövcud olduğu coğrafiyaların iqtisadi sosial, siyasi mədəni münasibətlərindən təsirlənirdi.

Əbəs yerə bu gün müqəddəs kitabların mətnləri ilə mifologiya müqayisə edilmir. Mifoloji qəhrəmanların birəbir müqəddəs kitablara transformasiyası, hekayələrin birəbir eyniliyi ən əsası, təhkiyənin oxşarlığı yuxarıda sadaladığımız ardıcıllığın təsadüfi olmadığına inandırır bizi. Lakin belə bir sual var: Mifologiyamı dini unutdurmuşdu, yoxsa dinmi mifologiyanı? Yumurta-toyuq məsəli. Tarix insanlıq tarixinin sirrini tam aça bilmədiyi üçün inancın da tarixi beləcə məchul qalır. Bütün hallarda razılaşmalıyıq ki, əgər mütləq həqiqət varsa, o tamamilə rasional deyildir.

 

Rəvan Cavid

 

Ədəbiyyat qəzeti.- 2024.- 3 fevral, № 4.- S. 31.