Şair Qulu Ağsəsin
yaradıcılığına həsr olunmuş kitab çap olunub
Tanınmış şair,
“Ulduz” jurnalının
baş redaktoru Qulu Ağsəsin yaradıcılığına həsr
olunmuş “Adı soyadını eşidən
şair - Qulu Ağsəs” adlı kitab işıq üzü görüb.
"Təhsil" nəşriyyatında
çap olunan kitabın müəllifi Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudovadır.
Kitabın məqsədi
müasir Azərbaycan
poeziyasının görkəmli
imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini,
estetik görüşlərini,
bədii dillə ifadə etdiyi aksioloji dəyərlər
sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi
bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə
çəkmək və
əsərlərini oxucuya
yaxınlaşdırmaqdır.
Kitab geniş oxucu auditoriyasına - filoloqlara, jurnalistlərə,
ali və orta təhsil müəssisələri müəllimlərinə,
tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı,
mədəniyyəti ilə
maraqlananlara ünvanlanıb.
Kitabın redaktoru
Sevinc Nuruqızı, dizayneri Firuzə İbrahimova, korrektoru Günel Məmmədovadır.
Üz qabığında
rəssam Ədalət
Həsənin "Qulu
Ağsəsin portreti"
əsərindən istifadə
edilib.
“Adı soyadını eşidən
şair – Qulu Ağsəs” adlı kitabın rəyçiləri
filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır.
Ədəbiyyat qəzeti. - 2024. - 3 fevral,
¹ 4. - S. 31.