Tolstoy: "Gec-tez qeyri-adi insan olduğum fikrinə alışmalıyam"
Klassik kimi yüksək qiymətləndirilən
və sevilən Lev Nikolayeviç Tolstoy, şübhəsiz
ki, dünya ədəbiyyatının
ən böyük yazıçılarından biridir.
Eyni zamanda publisist, filosof olan L.Tolstoyun
"Hərb və Sülh", "Anna Karenina", "İnsanı yaşadan nədir" əsərləri
realist roman janrının ən
yaxşı nümunələrini
hesab olunur.
L.Tolstoy1853-cü ildə
iyirmi beş yaşında özü haqqında belə bir fikri yazıb:
"Gec-tez qeyri-adi insan olduğum fikrinə alışmalıyam.
Özüm kimi gözəl əxlaqlı,
idealları uğrunda
hər şeyi qurban verməyə hazır olan ikinci adama rast
gəlməmişəm".
Onun təvazökarlıq
göstərdiyini söyləmək
olmaz. Amma qeyri-adilik mövzusunda da yanılmır.
Bu cür əsərlər
sahibi adi insan ola bilməz. Tolstoy hələ yuxarıdakı
fikri söyləməzdən
7 il əvvəl artıq
özü üçün
həyat qaydalarını
müəyyən edib
həyatına tətbiq
edirdi. O qaydalar aşağıdakı kimi
idi:
1. Beşdə qalx
2. Ən gec onda yat
3. Gündüzlər
iki saat yatmaq olar
4. Həddindən
çox yemə
5. Şirin yeməklərdən qaç
6. Hər gün bir saat
gəz
7. Fahişəxanaya
ayda, sadəcə, iki dəfə get
8. Kömək edə biləcəyin adamları sev
9. Cəmiyyətin
məntiqə əsaslanmayan
bütün fikirlərinə
məhəl qoyma
10. Eyni vaxtda, sadəcə, bir iş gör
11. Lazım olmadıqca xəyal qurma
L.Tolstoy bu siyahıya daha sonra bir neçə
maddə də əlavə edib:
12. Hisslərini əsla bəlli etmə
13. Başqalarının
sənin haqqında nə düşündüyünü
vecinə alma
14. Yaxşılıq
edəndə bunu diqqət çəkmədən
et
15. Qadınlardan uzaq dur
16. Arzularını
çox çalışaraq
reallaşdır
17. Özündən
pis vəziyyətdə
olanlara kömək et
Yazıçının əsrlər
əvvəl verdiyi məsləhətlərinə əksəriyyəti,
məsələn, həddindən
çox yemək yeməmək, şirniyyatdan
uzaq qalmaq, gündə yeddi saat yatmaq kimi
qaydalara günümüzdə
də çox rahatlıqla əməl etmək olar.
L.Tolstoy bir müddət sonra bunlara yazma qaydaları
da əlavə edib:
- Öz əsərinizi tənqid etdiyiniz zaman, həmişə
özünüzü ən
zəif qavrayan, bu kitabda sadəcə
əyləncə axtaran
oxucunun yerinə qoyun.
- Ən maraqlı kitablar müəllifin öz baxışını gizlədirmiş
kimi davrandığı,
amma ona yenə də sadiq qaldığı kitablardır.
- Təkrar oxuyun, mətninizi oxuduğunuzda (ağlınıza
gələn fikirlərin
nə qədər gözəl olmağından
asılı olmayaraq) nələrin əlavə
olunmalı olduğunu
deyil, mənanın bütünlüyünü pozmadan
nə qədərinin
atıla biləcəyini
düşünün.
Ömrünün altmış
ilini bədii yaradıcılığa həsr
edən və dünya ədəbiyyatının
zirvəsində yer alan yazıçının
adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər
siyahısına daxil edilib.
Hazırladı:
Nilufər Hacılı
Ədəbiyyat qəzeti.
- 2024. - 3 fevral, ¹ 4. - S. 32.