Birinci Ümumittifaq Türkoloji Qurultayın proqramını incələyərkən...

 

Bu yaxınlarda arxivimi qaydaya salarkən kiçik bir kitabça, "Birinci Ümumittifaq Türkoloji Qurultayının Proqramı" diqqətimi çəkdi. Proqram iki dildə - rus Azərbaycan türkcəsində çap olunmuşdu. Maraqlıdır ki, Proqramın Azərbaycan türkcəsi həm latın, həm ərəb əlifbalarında verilmişdi.

1917-ci il Oktyabr çevrilişi sonrakı dövrlərdə bolşeviklərin ən yayqın etkili tezislərindən biri "Əzilmiş Rusiya İmperiyası xalqlarına azadlıq" çağırışı olmuşdur. Onlar hakimiyyəti ələ keçirdikdən sonra sovet rejiminə demokratik sistem görünüşü vermək məqsədilə ilk vaxtlar ölkədə söz düşüncə azadlıqlarının gəlişməsinə göz yumurdular. Həqiqətən, XX əsrin 20-ci illərindən, 30-cu illərin əvvəlinə qədər sovet məkanında elm, mədəniyyət, ədəbiyyat sahələrində yüksəliş görülməkdə idi.

O dövrdə Moskvada təhsil alan Rusiyada ictimai-siyasi, mədəni alanlarda gedən proseslərin şahidi olan Nazim Hikmət xatirələrində yazırdı: "20-ci illərdə Moskvada fəaliyyət göstərən ədəbi, poetik cərəyan məktəblərin sayı futbol komandalarının sayından çox idi. Politexnik Muzeyində simvolistlər, akmeistlər, konstruktivistlər, imajistlər, realistlər, futuristlər, ekspressionistlər başqaları ilə görüşlər keçirilir, şairlər şeirlərini oxuyur, daha sonra müzakirələr olurdu".

İyirminci illərdə ölkədə humanitar alanında da müəyyən işlər görülməkdə idi. Türk xalqlarının elm təhsil sahəsindəki acınacaqlı duruma çarə axtaran Sovet iqtidarı, 1926-cı ilin 26 fevral-5 mart günlərində Azərbaycanın baş şəhəri Bakıda Birinci Ümumittifaq Türkoloji Qurultayının keçirilməsini dəstəkləmişdi.

Birinci Türkoloji Qurultaya Rusiyadan - 48, Azərbaycandan - 23, Özbəkistandan - 11, Tatarıstandan - 10, Gürcüstandan - 5, Krımdan - 5, Başqırdıstandan - 5, Türkiyədən - 4, Türkmənistandan - 4, Qazaxıstandan - 4, Almaniyadan - 4, Ermənistandan - 2, Macarıstandan -1, İrandan - 1 alim dəvət olunmuşdu. Onu da qeyd edək ki, Qurultayın işində akademik V.V.Bartold, akademik N.Y.Marr, akademik S.F.Oldenburq, professorlar - S.E.Malov, N.İ.Aşmarin, V.A.Qordlevskiy kimi dünyaca ünlü rusiyalı türkoloqlarla bərabər, xarici ölkələrdən - Almaniyadan professor Mensel, Macarıstandan professor Maysoroş, Türkiyədən professor Mehmed Fuad Köprülüzadə başqa tanınmış alimlərin aktiv iştirakları Qurultayı beynəlxalq səviyyəyə yüksəltmişdi.

Aradan 98 il keşməsinə baxmayaraq Birinci Bakı Türkoloji Qurultayı, nəinki SSRİ-, hətta dünyada türkologiya elminin formalaşmasında, inkişafında önəmli rol oynamış bu gün oynamaqdadır. Qurultayda ən çox müzakirə olunan məsələlərdən biri, türk xalqlarının latın qrafikası əsasında hazırlanmış əlifbaya keçmələri, eyni zamanda orfoqrafiyanın, imlanın, elmi terminologiya  sistemlərinin yaranması ilə bağlı idi. Sovetlər Birliyində yaşayan türk xalqlarının yeni əlifbaları orfoqrafiyalarının elmi əsasları A.N.Samoyloviç, B.Çobanzadə, Y.D.Polivanov, N.F.Yakovlev başqa türkoloqlar tərəfindən hazırlanmışdı.

Uzun elmi dartışmalardan, fikir alış-verişlərindən sonra türk xalqlarının əlifbalarının latın əlifbasına keçirilməsini dəstəkləyən Qurultayın qərarı, həqiqətən, tarixi hadisə idi. Maraqlıdır ki, Azərbaycan 1926-cı ildə, qurultaydan bir neçə ay öncə latın qrafikasına keçmiş, hətta qurultayın Proqramını latın əlifbası ilə çap etmişdir. Azərbaycandan sonra 1928-ci ildə Türkiyə başqa türk xalqları da latın qrafikası əsasında hazırlanmış əlifbanı rəsmən qəbul etdilər.

Qurultayda eyni zamanda ana dilinin tədrisi ilə bağlı məsələlər müzakirə edilmiş, bu sahədə görüləcək işlərin proqramı təsdiq olunmuşdur.

Bakı Qurultayında ələ alınan ikinci, ən önəmli məsələ gəlişməkdə olan çağdaş Türkologiya elminin prinsiplərinin, arealının, məqsədinin, inkişaf yollarının təsbit edilməsi ilə bağlı idi. Bu problemlər dövrün tanınmış alimləri, türkoloqlarının məruzələrində öz əksini tapmışdı. Maraqlıdır ki, müzakirəyə çıxarılan önəmli problemlər bir neçə alim tərəfindən hazırlanmışdı. Akademik Bartold, professor Borodin, dosent Abdulinin birlikdə hazırladıqları "Türk xalqları tarixinin tədqiqi ilə bağlı işlərin hazırkı vəziyyəti yaxın vəzifələri", professor S.Rudenko, Meysoroş (Macarıstan), Çorsinin "Türk xalqlarının etnoqrafi cəhətdən tədqiqinin vəziyyəti qarşıda duran vəzifələr", akademik Marr, professor Çobanzadə, Poppenin "Türk dillərinin öz aralarında Moğol, Tonquz , Fin-Uqor, Yafəsi dilləri ilə qohumluq əlaqələri (kovmi rabitələri)", professor Samoyloviç, professor Malov, professor Aşmarinin "Türk dillərinin incələnməsinin hazırki vəziyyəti qarşıda duran vəzifələri", professor F.Köprülüzadə, Hakimovun "Türk xalqlarında ədəbi dilin inkişafı" mövzularındakı konseptual məruzələri, onların ətrafında aparılan ciddi dartışmalar Türkologiya elminin yol xəritəsini cızmışdır. Məruzələrin adlarından da görüldüyü kimi, Qurultay, Türkologiyanın keçmişdən günümüzə qədər türk xalqlarının dillərini, ədəbiyyatlarını, tarixlərini, etnoqrafiyalarını, folklorlarını, maddi mənəvi mədəniyyətlərini kompleksli şəkildə öyrənən bir elm olduğunu vurğulamış türk bilimi elmini bu yöndə inkişaf etdirməyi türkoloqlara tövsiyə etmişdir.

Həqiqətən, Bakı Türkoloji Qurultayından sonra türk dünyasını incələyən, araşdıran əsas elm olan türkologiya Türkiyədə, SSRİ-, Avropada başqa yerlərdə yenidən formalaşaraq inkişaf etməyə başladı. Yazıqlar olsun ki, Stalinin diktatorluq rejiminin XX əsrin 30-cu illərinin ortalarında, özəlliklə 1937-1939-cu illərdə sınanmış "Parçala hökm sür!" prinsipinə qayıdaraq başlatdığı repressiyanın əsas qurbanlarından biri Türkologiya elmi türkoloq alimlər, o cümlədən, Bakı qurultayının bir çox nümayəndələri olmuşdur. Onların əksəriyyəti türkologiya ilə məşğul olduqlarına görə həbs olunmuş, işgəncələrə məruz qalmış, Sibirə sürgün edilmiş, bir çoxları isə güllələnmişdir. Güllələnənlərin arasında Birinci Türkoloji Qurultayın aktiv iştirakçıları olan A.N.Samoyloviç, B.V.Çobanzadə, Q.S.Qubaydullin, X.S Hocayev, F. Baytursunov başqa tanınmış alimlər vardı. Akademik V.M.Alpatov, professorlar F.D.Aşnin D.M.Nasilovun hazırladıqları "Repressiyaya məruz qalmış türkologiya" ("Repressirovannaya turkologiya". Moskva. "Vostoçnaya literatura." 2002) kitabında, XX yüzilin 30-cu illərindən başlayaraq, 50-ci illərin ortalarına qədər sovet rejiminin türkologiya elminə türkoloqlara qarşı törətdiyi cinayətlərdən geniş şəkildə bəhs edilməkdədir.

1953-cü ildə Stalinin vəfatından N.S.Xruşşovun hakimiyyətə gəlməsindən sonra onun partiya qurultayında dediyi, "Şərq dünyası oyanır, bizdə isə Şərqşünaslıq İnstitutu yatmağa davam edir", sözləri SSRİ- şərqşünaslıq elminin onun bir qolu olan türkologiyanın yenidən dirçəlməsinə təkan vermiş, ən önəmlisi, 50-ci illərin ortalarında ölkənin bir neçə şəhərində, o cümlədən, Bakıda Şərqşünaslıq fakültələrinin yenidən fəaliyyətə başlamasına səbəb olmuşdur.

İki ildən sonra, 2026-cı ildə Bakı Türkoloji Qurultayının 100 ili tamam olacaq. İnanıram ki, bu böyük elmi hadisə, yubiley ən yüksək, beynəlxalq səviyyədə keçiriləcəkdir.

 

Tofiq Məlikli

 

Ədəbiyyat qəzeti  2024.- 10 fevral, №5.- S.3.