Xuraman Muradova türk dilinin zənginliyini özündə
ehtiva edən, insanın özünüdərkinə,
Tanrıya bağlılığına, mənən kamilləşməsinə
həsr olunan, dərin məzmunlu,
düşündürücü şeirlərin müəllifidir. İlk qələm təcrübələrindən
başlayaraq süni pafosdan, təsvir və təhkiyə bəsitliyindən
uzaq dayanan Xuraman xanım nəğməkar şeirləri,
lirik yaradıcılığı ilə çağdaş
türk ədəbiyyatına mövzu, ideya, məzmun və
forma orijinallığı ilə səciyyələnən
yeni nəfəs, yeni ruh gətirmişdir. Xuraman
xanımın yaradıcılıq dünyası
bütövlükdə zəngin daxili aləmin, sistemli bədii
təfəkkürün, dünyagörüşün
güzgüsüdür. Şeirləri
psixoloji-fəlsəfi dərinliyi ilə respublikamızın
hüdudlarından kənarda, Türkiyə,
Qırğızıstan, Özbəkistan kimi qardaş
türkdilli ölkələrdə böyük oxucu
auditoriyasının və ədəbi-elmi ictimaiyyətin
sevgisini, rəğbətini qazanmışdır.
Xuraman xanım gördüyü bütün işlərdə
böyük fədakarlıqla ədəbiyyatımızın
və mədəniyyətimizin inkişafına, eləcə də
qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə
söykənən misilsiz hizmətlərdə bulunmuşdur.
Ötən
il Türk Dünyası Beynəlxalq Elmlər
Akademiyasının fəxri professoru seçilmiş və həmin
Elmlər Akademiyasının Türk dünyası
"Altın yıldız" medalına layiq
görülmüş, həmçinin "Humay
mükafatı laureatı seçilmişdir. II
Türk dünyası Ədəbiyyat festivalında Türk
dünyası "Onur" medalı ilə
mükafatlandırılmışdır. "Vektor"
Elmlər Akademiyasının fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin və
Türkiyə Yazarlar Birliyinin üzvüdür.
2021- ci ldə Azərbaycanda "Sənə məktub
yazacam..." adlı ilk kitabı, 2023-cü ildə Türkiyənin
Ankara şəhərində "Ay Laçın, can
Laçın" adlı ikinci kitabı işıq
üzü görüb.
2023-cü
ilin oktyabrında Türkiyənin Elazığ şəhərində
keçirilən beynəlxalq "Xəzər şeir
axşamları" şeir festivalında Azərbaycanı
yüksək səviyyədə təmsil etmiş, Türk
Ədəbiyyatı Vəqfinin "Türk ədəbiyyatına
Hizmət" beratına layiq görülmüşdür.
2023-cü ilin oktyabrında İraq Respublikası Mədəniyyət
Nazirinin "Hizmət ödülü"nə və Kərkük
Kültür Dərnəyinin "Türk şeirinə hizmət"
ödülünə layiq görülmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin
general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Hikmət
Mirzəyev tərəfindən, 44 günlük Vətən
Müharibəsi dövründə şəhid ailələrinə,
qazilərə rəhbəri olduğu "Milan Hospital"
özəl klinikasında təmənnasız xidmətlərinə,
müalicə dəstəyinə görə Fəxri Fərman,
Fəxri döş nişanları və "Vətənim,
Bayrağım, Şərəfim" mükafatına layiq
görülmüşdür.
Cənab İlham Əliyevin siyasətini dəstəklədiyinə,
qazilərə və şəhid ailələrinə təmannasız
müalicə və xeyirxahlıq işlərinə görə
Azərbaycan Silahlı Qüvvələrinin
general-leytenantı Mais Barxudarov tərəfindən Fəxri Fərmanla
təltif olunub.
Azərbaycanın
ərazi bütövlüyü uğrunda aparılmış
Vətən müharibəsi dövründə vətən
qarşısında vətəndaşlıq borcunu layiqincə
yerinə yetirdiyinə və misilsiz əməyinə görə
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu
komandanının general-leytenantı Fazil Ağalarov tərəfindən
Fəxri Fərmanla və eləcə də bir çox hərbi
hissələr tərəfindən çoxlu sayda
mükafatlarla təltif olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik
siyasətini təbliğ etdiyinə görə
Parlamentinsesi.az xəbər portalı tərəfindən
"Şərəfli ömür" fəxri media
mükafatına, Dünya Azərbaycanlıları Diaspor Təşkilatının
"Buta" mükafatına və Azərbaycan Sahibkar
Qadınlar İctimai Birliyi tərəfindən
"Xurşidbanu Natavan" mükafatına layiq
görülüb.
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət
xadimi, yazıçı, rejissor
Ay Laçın, can Laçın!
Aramızda
otuz ilin nisgili,
Aramızda illər qaldı, ay Laçın.
Bu namərdlər,
bu xainlər, xəbislər,
Bizi səndən ayrı saldı, ay Laçın.
Can
Laçın...
Bir
dünyalıq həsrət oldun gözümdə,
Bitdin
dodağımda, bitdin sözümdə,
Zülmətə
çevrildi hər gündüzüm də,
Həsrət saçlarımı yoldu, ay Laçın.
Can
Laçın...
Şəhid
haraylndan göyərən daşın,
Dərddən
nalə çəkib ağaran başın,
Hər
daşında, hər qayanda göz yaşın,
Ürəyimdə qara xaldı, ay Laçın.
Can
Laçın...
Baba yurdum
səndə qalıb, qocalıb,
Sanki
dünya ömürümdən öc alıb,
Daha qəm-kədərim
arxada qalıb,
Gözlərim sevincdən boldu, ay Laçın.
Can
Laçın...
Qurbanlar kəsdim
ki, arzuma yetəm,
Çiçək
olub Laçın qayanda bitəm,
Gül
qoxulu yamaclarında ötəm,
Xoş bu günün, xoş bu halın, ay
Laçın.
Can
Laçın...
Duydun
azadlığın xoş nəfəsini,
Eşitdin
zəfərin şən nəğməsini,
Xuraman səsinə
qatıb səsini,
Sevincindən qanad çaldı, ay Laçın.
Can
Laçın...
Səcdənə gəlmişəm,
Şuşam!
Həsrətdən
üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm,
Şuşam.
Neçə
baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.
Mərmi
gülüşlərin göz dağım olub,
Hər
damla göz yaşın bulağım olub,
Sənsiz
kaş bilsəydin nə çağım olub,
Dərdinlə
can verib ölmüşəm, Şuşam.
Anamtək
sinəmə bağladım səni,
Hər
gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm,
Şuşam.
Qarlı
dağlarına çökən duman-çən,
Mənim
ürəyimə çökmüşdü nədən,
Ruhumu
özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm,
Şuşam.
Olub
keçənləri unudaq daha,
Bağışla,
deyəsən batdım günaha,
Bilsəydin
açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm,
Şuşam.
Xoşdur
azadlığın, xoşdur bu sədan,
Səni
gözlərimdə yaşatdım hər an,
Səcdənə
durubdur qızın Xuraman,
Səni
candan artıq sevmişəm, Şuşam...
Şəhidlər xiyabanı
Şəhidlər
xiyabanı...
Hər
yer sükut içində...
Sanki burda
məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə.
Uzaqdan bir
səs gəlir...
Bir ana
layla deyir
Ürək yandıran ahla.
Salamlayır
gecəni
Açılmayan
sabahla...
Gah
coşğun, gah da həzin,
gah da
harayla deyir.
Bir ana
xiyabanda
oğluna
layla deyir...
Oğlunun
baş daşını
öpərək qucaqlayır.
Ana elə
göynəyir,
ana elə
ağlayır....
Deyir
hardasan oğul,
niyə
geri dönmədin?
Sənsiz
sönüb ocağım,
Boş qalıbdı qucağım.
Məzarına
gəlmişəm
deyiləsi sözüm çox,
Bura son
ümid yerim,
Gediləsi
yerim yox...
Ana boynunu
büküb
için-için sızlayır.
Oğlunun
baş daşını
həsrətlə qucaqlayır.
Birdən
ah cəkib susur,
Şəhid
oğul önündə
sanki səcdəyə
durur...
Ahı
göyü yandırır,
ahı
yeri yandırır...
Oğulun
səsi gəlir...
Ana bir an dincəlir,
ilmə-ilmə sökülür,
ilmə-ilmə incəlir...
Ağlama,
can ay ana,
Şəhid
anasısan sən!
Bu
torpağın, bu yurdun
enməz
Qalasısan sən!
Oğlun
şəhiddir ana,
şəhidlər ölməz axı!
Onların
cənnətidir
yaradanın dərgahı.
Bir
başını qaldır sən,
vətən göylərinə bax.
Şəhidin
gülümsəyir,
ordan sənə
baxaraq
Sevinclə
o göylərdən
səni
müjdələyəcək
Son nəfəsində
səni
cənnətə götürəcək...
Şəhidlər
xiyabanı...
hər
yer sükut içində.
Sanki burda
məzarlar
hamısı bir ölçüdə,
hamısı bir biçimdə...
Uzaqdan bir
səs gəlir,
Bir ana
layla deyir,
gah
coşğun, gah da həzin
Gah da harayla deyir.
Ay ana...
Ay ana, sənsizlik
sıxır qəlbimi,
Yenə yollarına dikilib gözüm.
Həsrətin
qəlbimi elə göynədir,
Dilimdə bir anlıq dolaşır sözüm.
Yoxluğun
buz kimi üşüdür məni,
Sanki baharımda qışa dönmüşəm.
Sızlayır
qəlbimin sən olan yeri,
Ümidi göyərmiş daşa dönmüşəm.
Unuda
bilmirəm sənli günləri,
Ana, varlığımın nişanəsisən.
Gözümdə
həsrətin donub qalıbdı,
Ay ana,
eşqimin pərvanəsisən.
Kaş
körpən olaydım ana, ay ana...
O
şirin laylanı duyaydım yenə.
Yaşayıb
doyunca sənli illəri,
O cənnət
ətrini alaydım yenə.
Mən sənin
parçanam, sən mənim özüm,
Bu dünya evimin çırağı ana.
Donmuş baxışına, ruhuna qurban.
Ömrümün mənası, varlığı ana.
Yağır
ürəyimə həsrət yağışın,
Anasız qəlbimin evi islanır.
Boy
atır içimdə sənli arzular,
Ümidim,
xəyalım od tutub yanır.
Bizi tərk
eyləyib getdiyin gündən,
Bağçamız, bağımız eh...qardı, ana.
Sənin
yaşadığın fəsillər, illər,
Özüntək yazıydı, bahardı, ana.
Sənə məktub yazacam...
Nəğmə
Sənə
məktub yazacam...
Yazacam şirin dillə.
Könlünü
ovunduran -
Yazacam, üç-beş cümlə.
Sənə
məktub yazacam...
Yağışın yağmasından.
Küləyin
əsməsindən,
Günəşin
doğmasından...
Nə
bilim daha nədən,
Yazılası
çox şey var...
Amma
yazmayacam mən,
Sənə
olan sevgimdən...
Sənə
məktub yazacam,
Ya bu
gün, ya da sabah.
Əsas
odur yazacam,
Amma oxu, sən Allah.
Sənə
məktub yazacam,
Xatirəmdəki izdən.
Sənə
məktub yazacam,
Yerdən, göydən, dənizdən.
Sevdiyim nələr
varsa
Yazacağam ondan mən.
Xəyallarda
baş alıb
Gedən ümidlərimdən.
Sənə
məktub yazacam,
Səndən uzaq yerlərdən.
Sənə
məktub yazacam,
Sənsiz keçən günlərdən.
Amma
yazmayacam mən
Sənə olan sevgimdən.
Xuraman Muradova
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.22.