Döyüşən ruhlar
Qapıbir
qonşudur ölümlə həyat,
Gəlişi-gedişi yerli-yerində.
O buna
möhtacdır, bu ona - heyhat,
Canı birindədir, ruhu birində.
Nə
verib ölümə, sevildiz belə
Şəhidlik dadını odamı bildi?!
Sizin əlinizdən
tutanda hələ -
Görəydiz, diz çöküb necə əyildi.
Mənzili
tükənməz siz gedən yolun,
Sıldırım qayalar, meşələr durur.
Daha
torpaqlardan arxayın olun,
Kişinin yurdunda kişilər durur.
İllər
boyu ayrılığı, həsrəti
Qoymadılar qala qışa, oğullar.
Sizdən
aldı cəsarəti, qeyrəti,
Ölməz ruhunuzla qoşa oğullar.
Vətən
torpağında səfərbərdilər,
Səmada qartialtək yaşadı ruhlar.
Qırıb
yağıları yerə sərdilər,
Bu gün Xankəndidi, Şuşadı ruhlar.
Ölümü
cismiylə yarı bölənin
Ürəyi döyüşən biləyindədi.
Döyüş
meydanında qalib gələnin
Ruhu
beşiyində, bələyindədi!
Dan üzünə
Üzü
dan üzünə açılan eşqin
Üzünün abırı tökülüb daha.
Sən
orda, mən burda baş girləyirik,
Deyəsən, bizimki qalıb Allaha.
Sən
orda olubsan eşqin dəlisi,
Başının altında ağıl duası.
Mənim
xəyalımda eyniləşibdi
Güllənin mənası, gülün mənası.
Qocaman
arzular ömrə tuş gəlir,
Qəbir evciyimiz bizə tanışdı.
Bu gecə
səngərdə Əzrayıl babam
Bilmədim
nə dedi, nədən danışdı?!
Getdi baharımız, qışa nə qaldı?!
Yamyaşıl sevgimiz payıza döndü.
Torpaq həsrətiylə
yanan ürəyim
Səninlə yaşadı, sənlə
döyündü.
Qəlbimdə
güllələr yuva qursa da,
Xəyalın yoluma işıq salacaq.
Qələbə
sevinci sənin olsa da,
Xatirən ömürlük mənim olacaq.
Ata kölgəsi
Taybatay
açılsın dərd qapıları,
Gözümdə ərisin dağların qarı.
Kürüyün
dibindən bu çəmənzarı,
Nə bülbül ağlasın, nə çiçək
solsun.
Fələk məni, mən fələyi neynirəm?
Aramızda bu kələyi neynirəm?
Ağrımırsa, bəs ürəyi neynirəm?!
İstərəm, ağrısı sinəmə dolsun.
Gördüyüm
yuxunu xeyirə yozun,
Atamın
adını ömrümə yazın,
Qəbrimi
ayağı altında qazın,
Kölgəsi yenə də üstümdə olsun.
Yağış yağacaq...
Ay
batır İlahi eşq sevgisində,
Kim qalacaq batanlar ölkəsində?!
Bir səs
qalıb ildırımın səsində,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Bu
damcı su üçün çatlayacağam,
Əzabın
dizini qatlayacağam,
Gecə də,
gündüz də yatmayacağam,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Nə
yaxşı ki, torpaq məni götürsə,
Nə
yaxşı ki, şam ağacı bitirsə,
Başım
üstə anadil quş ötürsə,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Bilirəm
ki, məndən küsməyəcəklər,
Ömrümü-günümü
üzməyəcəklər,
Hər
zaman yolumu gözləyəcəklər,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Üst-başımda
tor quracaq hörümçək,
Dost-tanışlar
bizə qonaq gələcək,
Kələ-kötür
yöndəmim düzələcək,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Yağılar
yurdumda yağmalanacaq,
Mələklər
gözümdə sığallanacaq,
Süni
çiçəklər də ağıllanacaq,
Şimşəklər deyir ki, yağış
yağacaq.
Hər
işim olacaq öz qaydasında,
Daha
ölməyəcəm yar sevdasında,
Duracam bir
eşqin daş libasında,
Şimşəklər
deyir ki, yağış yağacaq...
Salam verib...
Qərib
durna qatarına baxıb mən
Bir qəriblik gətirmişəm ömrümə.
Dərdi,
qəmi gözlərimə yığıb mən,
Duz basmışam bu yaralı səbrimə.
Vətənimin
qara daşı olmuşam,
Mən
ölümlə yol yoldaşı olmuşam,
Ömrüm
boyu başı daşlı olmuşam,
Boyun əyib taleyimin əmrinə.
Ovsunlayıb
göz yaşımı gülmüşəm,
Ürəyimi
ay-ulduza bölmüşəm,
Öz
ömrümü yaşamamış ölmüşəm
Salam verib şəhidlərin qəbrinə.
Zəfər yaraşır...
Qayasında
gül bitirən
Sərvətə Zəfər yaraşır.
Səmadan
ulduz götürən
Qüvvətə Zəfər yaraşır.
Tarixi ilə
öyünən...
Adına
qaçqın deyilən,
Otuz il haqqı yeyilən
Möhnətə Zəfər yaraşır.
Yurdu-yuvası
dağılan,
Ürəyinə
qan sağılan,
İllərdən
bəri yığılan
Zillətə Zəfər yaraşır.
Haqqı
görüb, haqq danışan,
Qəzəb
hissiylə alışan,
Gecə-gündüz
aşıb-daşan
Nifrətə Zəfər yaraşır.
Güllənin
üstünə qaçan,
Baxışıyla
ölüm saçan,
Al
qanıyla cığır açan
Qeyrətə Zəfər yaraşır.
İgidinə
yol göstərən,
Namərdin
başın əzdirən,
Çiynində
qəbir gəzdirən
İsmətə Zəfər yaraşır.
Xalqla
yatıb, xalqla duran,
Sözlə
dəmir yumruq vuran,
Belə
Komandanı olan
Millətə Zəfər yaraşır.
Bir şair yaşayırdı...
Şair dostum Tabil
Qasımlının
əziz xatirəsinə
Üzündə
nur vardı, gözlərində qəm,
Otruşu-duruşu, özü bir aləm.
Dövləti
bir kağız, bir də ki qələm,
Bir
şair yaşayırdı...
Düşmən
mərmisini yağdıran vaxtı,
Vətən
haray çəkib bağıran vaxtı,
Onu
köməyinə çağıran vaxtı
Bir
şair yaşayırdı...
Yükünü
çiynində mərd daşıyırdı,
Şəhər
daşıyırdı, kənd daşıyırdı,
Şeir
ha yazmırdı, dərd daşıyırdı,
Bir
şair yaşayırdı...
Çox
yanmışdı keçmişlərin qoruna,
Üz
tutmuşdu sevgisinə, yarına,
And
içmişdi kişilərin goruna,
Bir
şair yaşayırdı...
Səbiri-dözümü
tanımayırdı,
Səngərdə
özünü tanımayırdı,
Yorğanın
üzünü tanımayırdı,
Bir
şair yaşayırdı...
Ruhu bədənində
diriydi onun,
Məqsədi,
amalı biriydi onun,
Əlində
qələmi sirriydi onun,
Bir
şair yaşayırdı...
Bir adam deyildi adi, sıradan,
Şair
yaratmışdı onu Yaradan,
Peyğəmbər
yaşında köçdü dünyadan,
Bir
şair yaşayırdı...
Ölmədi,
Tanrının qaldı yadında,
Mələklər
apardı öz qanadında,
Soyadı
Qasımlı, Tabil adında
Bir
şair yaşayırdı...
Şairlər
Tapıb
yarpaq altdan göbələk kimi,
Bir misra üstündə əsir şairlər.
Altını
üstünə çevirib gedir,
Daha şeir yazmır əsl şairlər.
Daha
şeir yazmaq istəmirəm mən,
Yazdığım şeirlər qəbrimi qazır.
Daha
şeir yazmaq gəlmir əlimdən,
Ən böyük şeirimi Allahım yazır.
Şairlər
Allahın bəlası imiş,
Sözləri cütləyib yaza bilirlər.
Kim deyir,
şairlik Allah vergisi,
Alın yazısını poza bilirlər?!
O qədər
özünə yıxılacaq ki,
Dərdi olmayacaq şair millətin.
Şairlər
o qədər çoxalacaq ki,
Evini yıxacaq şeir millətin.
Dilini lal
eylə, haqqın sözünü
Ölümün üstünə göndər də
deyir.
Daha
şeir yazmır əsl şairlər,
Şairlər sözünü səngərdə
deyir.
Mustafa Rasimoğlu
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.25.