Yazıçı-publisist Sabir Şahtaxtının
"Nisgil" romanı
haqqında - Türkiyədə
magistr üzrə dissertasiya yazılıb
Qars Qafqaz Universitetinin professoru Çulpan Zaripova
Çətinin elmi rəhbərliyi ilə bu təhsil ocağının magistr
üzrə
tələbəsi Minə Çətinin
yazıçı-publisist Sabir Şahtaxtının "Nisgil" romanı haqqında yazdığı dissertasiyanın elmi müdafiəsi keçirilib.
Əvvəlcə, müdafiəyə aid toplantını giriş sözü ilə açan Ardahan Universitetinin professoru Şureddin Memmedli "Nisgil" romanının Qərbi Azərbaycan və Naxçıvanın
qurtuluşu mövzularını
birlikdə ehtiva etdiyini diqqətə çatdıraraq əsər
barədə fikir və düşüncələrini
bölüşüb. Professor bildirib ki, mühüm tarixi proseslər və ideoloji məsələlər,
həmçinin türk
dünyasının varlığı
və bütövlüyü
naminə fəaliyyət
göstərən dahi
şəxsiyyətlərə dair məlumatların romanlaşdırılması xüsusi
istedad tələb edən yaradıcılıqdır.
Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürk, Azərbaycanın ümummilli
lideri Heydər Əliyev, böyük komandan Kazım Qarabəkir paşa, Behbud bəy Şahtaxtinski kimi dahi və görkəmli
şəxsiyyətlərin tarixi missiyalarını obrazlı şəkildə,
olduğu kimi oxucuya çatdırmaq ümumilikdə türk dünyasının milli dövlətçilik anlayışına
ən düzgün yaradıcı yanaşmadır.
Professor Çulpan Zaripova
Çətin və doktor Aykut Yaşar
Kotançı "Nisgil"
romanı və iddiaçının elmi işi barədə fikir və düşüncələrini
bölüşüblər. Alimlər qeyd
ediblər ki, yazıçının romanda
toxunduğu proseslər
ümumtürk milli maraqlarını ehtiva edir.
Çıxışlarda qeyd olunub ki, kitabın
Araz Türk Cümhuriyyətinin 100 illiyinə,
Naxçıvanımızın bu günümüzədək
yaşamasına səbəbkar
olan Ulu ruhlara ithaf olunması
əsərin ümumtürk
romanı olması barədə mühakimə
əsaslı girişdir.
Əsərinə müraciət olunduğu
üçün Qars Qafqaz Universitetinin rəhbərliyinə, elmi
rəhbər, opponent və iddiaçıya minnətdarlığını ifadə edən Sabir Şahtaxtı bildirib ki, Minə
Çətin əsərin
dərin qatlarındakı
siyasi və ideoloji məqamları eninə və dərininə doğru ciddi araşdırmağa nail ola bilib.
İddiaçı diqqətə çatdırıb
ki, əsər XX yüzilliyin əvvəllərindən
başlayaraq, yüzillik
boyu erməni vəhşiliyinin qurbanı
olaraq böyük məşəqqətlər yaşayan
bir azərbaycanlı nəslin faciələrindən
bəhs edir. Əsərdə epizodik fraza ilə ümummilli lider Heydər Əliyev şəxsiyyətinin
ucalığı və
müdrikliyi, Azərbaycan
xalqının ümummilli
lideri, türk dünyasının böyük
oğlunun xilaskarlıq
missiyası tərənnüm
olunub.
İndiki Ermənistandan 1948-1953-cü illərin deportasiyası ilə məlum olmayan coğrafiyaya sürgün edilməkdənsə,
qaçaq yolla Təbriz və yaxud İğdır bölgələrinə köçməyə
üstünlük verən
Məşədi Cavad
hamilə həyat yoldaşı və qoca anası ilə ağır bir yolçuluq həyatı yaşayır. Naxçıvan bölgəsində əkiz
doğulan qızlarından
birinin itməsi ailəyə ağır zərbə olur. Ertəsi gün anasını ilan çalır. Beləliklə,
anasını Naxçıvanda,
köhnə qəbiristanlıqda
dəfn edib, bir qızı ilə Arazın o tayına keçən Məşədi doğma Vətənin həsrətini
ömrünün bütün
anlarında yaşadır.
Qızı Nisgil Təbrizi tanınmış
həkimdir. Lakin ata bilmir ki,
doğuşdan sonra itkin düşən ikinci qızının da adı bir
təsadüf nəticəsində
Nisgil qoyulub və tanınmış bir həkim olaraq Nisgil Şuşalı
kimi vətənin müdafiəsindədir.
Nəhayət, 1989-cu il dekabrın
31-də, əsərdə baş
verən hadisələrdən
düz, 40 il sonra Azərbaycanı iki yerə ayıran
Arazın sahilindəki
tikanlı məftillərin
sökülməsi çox
həsrətliləri qovuşdurduğu
kimi, məşəqqətlər
yaşayan bir ailənin həyat dramının kölgəsində
də tarixi sirləri açır. Üzə çıxan acı həqiqətlər
oxucuya bir ailənin deyil, böyük bir xalqın qarşılaşdığı
ədalətsizlik kimi
təqdim olunur.
Hadisələr yüksək əxlaqi dəyərlərə, tərbiyə
və intellektə malik dörd gəncin əzablı həyat yolunu işıqlandırır. Müəllif ədəbi ustalıqla dünyada gedən siyasi proseslərin Azərbaycana təsirini, böyük dövlətlərin
Yaxın Şərqlə
bağlı amansız
siyasətinin ağır
nəticələrini, ən
güclü xəfiyyə
təşkilatlarının öz maraqları üçün tətbiq
etdikləri amansız
metodları, o cümlədən, XX əsrdə
yaşadığımız bəlaların səbəblərini
qələmə almışdır.
Ədəbiyyat qəzeti 2024.- 10 fevral, №5.- S.29.