YUBİLYARLA GÖRÜŞ
Fevralın 10-u AYB Lənkəran Bölməsinin təşkilatçılığı
ilə Lənkəran Mərkəzləşdirilmiş
Kitabxana sisteminin akt zalında tanınmış şair,
publisist, "Ədalət" qəzetinin baş redaktorunun
birinci müavini, respublikanın əməkdar jurnalisti
Əbülfət Mədətoğlunun 65 illik yubileyi
münasibətilə oxucularla görüşü və imza
günü keçirildi.
Tədbirdə
bölgənin çoxsaylı yazarları,ziyalılar və
oxucular iştirak etdilər.
Tədbiri giriş sözü ilə bölmənin
sədri,yazıçı publisit Qafar Cəfərli
açaraq yubilyarın həyat yolu haqqında ətraflı məlumat
verdi. Əbulfət Mədətoğlunun təhsilindən,
jurnalist olaraq müxtəlif mətbuat orqanlarında, xüsusən
son 22 ildə
çalışdığı, böyük nüfuza və çəkiyə malik “Ədalət” qəzetindəki
fəaliyyətindən,şair olaraq sözə olan sevgisi və
məsuliyyətindən, xarici
ölkələrdə nəşr olunmuş kitablarından, əsərlərinin
müxtəlif dillərə tərcümə olunmasından,
görkəmli elm və söz
adamlarının onun
yaradıcılılğına verdikləri qiymətdən,
layiq görüldüyü təltif və mükafatlardan, həmçinin
şeirlərinə bəstələnmiş mahnılardan
danışıb 65 illik yubileyi münasibətilə onu təbrik
etdi.
Əbülfət Mədətoğlunun
yaradıcılığı haqqında Bölmənin ədəbi
məsləhətçisi, şair Ağamir Cavad məruzə
etdi. Məruzəçi Ə. Mədətoğlunun
çoxşaxəli yaradıcığından söz
açaraq onun həm publisist, həm də şeir
yaradıcılığı barədə ətraflı
çıxış etdi, ona həsr etdiyi essesini oxudu.
Tədbirin
aparıcısı Qafar Cəfərli sözü
iştirakşılara verdi. Məxsusi olaraq tədbirə qatılmaq
üçün Bakı şəhərindən gəlmiş gənc və istedadlı
şair Ülkər Nicatlı;
"Sözün işığı" qəzetinin baş
redaktoru, şair Ədalət
Salman; "Zərban"TV-nin təsisçisi və baş
redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar
Eldar Tahirov, Əlizadə Əsədov və Qurban Əhməd; şairlərdən
Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd
Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar
Əliyar; Əməkdar məşqçi
İdrak Dadaşov, Qarabağ müharibəsi veteranları
ictimai birliyinin Lənkəran bölməsi üsrə sədr
müavini Saleh Dostiyev, rayonun tanınmış
ziyalılarından Fəxrəddin Canıyev, Teyyub Rzayev,
Ağadadaş Əliyev çıxış edərək
yubilyarın yaradıcılığının müxtəlif
məqamlarına toxunmaqla onu təbrik etdilər, peşəkar
jurnalistik fəaliyyətində və bədii
yaradıcılıqda uğurlar arzuladılar.
Gənc
şair, LDU-nun tələbəsi Aytəkin Əziz, şair
Əyyub Türkay və yazıçı Qurban Əhməd
yubilyarın şeirlərindən nümunələr ifa etdilər.
Söz
şair-publisist Əbülfət Mədətoğluna verildi.
Yubilyar öz həyat yolu, yaradıcılıq
məramları haqqında danışıb tədbirin təşkilatçılarına
və çıxış edərək ünvanına
xoş sözlər deyən hər kəsə minnətdarlığını
bildirdi, iştirakçıların çoxsaylı
suallarını cavablandırdı.
Sonda Əbulfət Mədətoğlu nəşr olunmuş
kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə
etdi.
Tədbiri
bölmənin sədri Qafar Cəfərli
yekunlaşdırdı. Xatirə şəkilləri
çəkildi.
Tədbir cənub bölgəsində
uğurla fəaliyyət göstərən “Zərban” internet
televizyası tərəfindən lentə alındı.
Qafar Cəfərli
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, ¹6.- S.29.