Şəhid anası gəlir
Bu yurdun
igidləri
Sipər
etdi özünü,
Vətənə
qurban getdi
Heç qırpmadan gözünü.
Öz
qanıyla tarixə
Yazdı Zəfər sözünü.
Qarabağda
Bayrağım
Əzəmətlə yğksəlir.
Ehtiramla
baş əyin,
"Vətən
sağ olsun!" - deyən
Şəhid
anası gəlir,
Şəhid
atası gəlir!
Qarabağım
məkrlə
Əlimdən alınmışdı.
Neçə
yüz min soydaşım
Doğma
yurd-yuvasından
Didərgin salınmışdı.
Malı,
mülkü, sərvəti
Talanıb çalınmışdı.
Farsa, rusa
gğvənib
Ağnayırdı
yurdumda
Erməni ulaqları.
Otuz ildi
kar idi
Dünyanın qulaqları.
Eşitmirdi
səsimi
Haqq-ədalət
adından
Danışan o ölkələr.
Otuz ildi
yurdumun
Başı
üstə gəzirdi
Qara-qara külgələr.
Daha bizi
üzmüşdü
Boş vədələr, bəlkələr.
Fəqət,
haqqın Günəşi
Dağıdaraq
buludu,
Doğdu
Qarabağımda!
Cəngavər
igidlərim
Erməni
faşistləri
Qovdu
itiqovantək,
Boğdu
Qarabağımda!
Əsarətdən
qurtuldu
Neçə kəndim, şəhərim.
Yenə
gğldğ ğzğmə
Qarabağda səhərim.
Qəhrəman
şəhidlərim
Əyilməyə
qoymadı
Millətimin qğrurun.
Yaradan da
onlara
Pay
vermişdi öz nurun.
Qarşısında
diz çökün,
Dağlar,
salama durun!
Şəhidləri
xalqımın
Hamı baş tacı bilir.
Şəhidlər
qanı hopmuş
Al
Bayrağa bürünüb
Şəhid
anası gəlir,
Şəhid
atası gəlir!
Məmməd Araz mizanı
Niyə belə korşalıbdı söz
silahımız?!
Kürsülərdən şeirimizin gəlmir harayı.
Kimlərinsə
ucaltdığı imarətlərin
Kölgəsində yoxsa, qalıb şeir sarayı?!
Həyat
sıxır niyə halal, düz adamları,
Saf qəlblilər niyə belə hörmətdən
düşür?
Gündən-günə
unudulur söz adamları,
Şeirimiz də gündən-günə qiymətdən
düşür.
Günahkarıq,
oxucumuz düşübsə küskün,
Unutmayaq, yaxşı şeirin hər vaxt acı var.
Şerimizin
şah vüqarı əyilib bu gün,
Məmməd Araz mizanına ehtiyacı var.
Qış duyğuları
Zərif
bir gözəllik dünyasıdı qış,
Onda gözəlliyi duya biləsən.
Səma
ilmə-ilmə, yer naxış-naxış, -
Çətin ki, seyrindən doya biləsən.
Dağlar
qış kürkünü atıb çiyninə,
Saçına dən düşmüş qocaya bənzər.
Təpələr,
örpəkli gəlin düzlərin
Ovcunda örtüklü xonçaya bənzər.
Yoxsul dərələrin
varı qardımı,
Yoxsa, xurcununa gümüş pul yığıb?!
Yol
üstdə ağaclar yolçulardımı,
Qışa ehtiyatı yadından çıxıb?!
Lövhə
çələngi var hər qarış yerin,
Hər xırda naxışda min bir məna gəz.
Bura yeri
deyil ürəksizlərin,
Zövqsüzlər
lövhəni oxuya bilməz!
Laqeyd
ötməyə könlüm qoymayır,
Düşmüşəm gözəllik toruna yenə.
Baxdıqca,
seyrindən gözüm doymayır
Rəssam təbiətin qış sərgisinə.
Təbrizli şairə
Şeirlərin
ünvanıma çatıbdı,
Hər misrası ürəyimə yatıbdı.
Təbin
sözə şəhdi-şəkər qatıbdı,
Şerin
mənə olub könül sirdaşı,
Ey təbrizli
şair Elman Dadaşi!
Dəydi
sərin Təbriz mehi üzümə,
Oxuduqca, işıq gəldi gözümə.
Sözlərini
məlhəm bildim özümə,
Yanağımdan
axdı həsrət yağışı,
Ey təbrizli
şair Elman Dadaşi!
Kimlər
böldü iki yerə xalqımı,
Kimlər yedi görə-görə haqqımı?
Sarılmağa
həsrət qollar bağlımı,
Dayanmışıq
niyə uzaq, yanaşı,
Ey təbrizli şair Elman Dadaşi?
Urmu
gölü ölüm hökmü alıbdı,
Bəzz qalasın çəpərə yad
salıbdı.
Qardaş
yolu niyə bağlı qalıbdı,
Qoy
oyansın yurdumun qan yaddaşı,
Ey təbrizli
şair Elman Dadaşi!
Savalanda
yatanlarım oyanır,
Haqq deyənlər niyə qana boyanır?
Qovuşmayır,
Araz üstə dayanır,
Vətənimin
o başıyla bu başı,
Ey təbrizli
şair Elman Dadaşi!
Şəhriyarın
ruhu şadmı, a şair,
Ölməyibdi, ürəklərdə yaşayır.
Onun
adın bu gün balam daşıyır,
Sən də
onun kiçik şair qardaşı,
Ey təbrizli
şair Elman Dadaşi!
Dur sən
ordan, mən də burdan hayqıraq,
Aradakı tilsimləri hey qıraq.
Sərhədsiz
bir Azərbaycan gəl, quraq,
Xalqımızın axsın sevinc göz yaşı.
Ey təbrizli
şair Elman Dadaşi!
Xudafərin
olmaz sərhəd körpüsü,
Nə ayrılıq, nə də xiffət
körpüsü.
Olar daha
xoş ünsiyyət körpüsü,
Fərəhindən
çiçək açar hər daşı,
Ey təbrizli
şair Elman Dadaşi!
Cəlilabad
Ədalət Salman
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.28.