SONETLƏR
5-ci sonet
Gah gözbağlıcayla, gah
da tilsimlə
Tovlayıb, güldürər bizləri
zaman.
Göz-könül oxşayan şux
nemətləri
Tez də alıb-gedər həyatımızdan.
Durmadan axdıqca saatlar, günlər
Qışa yenik düşər yay fəsli yenə.
Yarpaqsız ağacın şirəsi
donar,
Torpaqsa... bürünər
bəyaz kəfənə.
Təkcə çiçəkləyən güllərin ətri
Qalar - qorunarsa, şüşə
qablarda:
necə nəfis yaylar gördüyümüzü
Bizə xatırladar sazaqda, qarda.
Güllər itirsə də
təravətini,
Öz nəcib
ruhunu qoruyar yəni.
19-cu sonnet
Aslanın caynağını, fələk,
sən özün korşalt,
Pələngin damağından qopart sivri dişini.
Hökmünlə qoy kül olsun bütün canlı məxluqat,
Öz qanında
yax, qovur ölməz Simurq quşunu.
Əs, gurla, fəsillərin sırasını da unut,
Göz yaşını
gülüşlə dəyiş,
gülüşü - ahla.
Sən mənə, bu dünyaya nə divan tutursan, tut,
Yenə də əfv edərəm səni, tək bu günahla.
Təki
dostun alnında, lalə yanaqlarında
Kələ-kötür qırışlar açma
küt iskənənlə.
Qoy o, örnək sayılsın
lap bu gün də, yarın da
Misilsiz hüsnü
ilə neçə nəsilə hələ.
Hətta
desən, dəyəri
yoxdur sənin gözündə,
Şeirim ondakı hüsnü hifz eyləyər özündə.
23-cü sonet
Ağlını itirən dəli
görürsən...
Elə söz püskürür, ha yığın-yığın.
Roluna ən düşkün
artist də bəzən
Səhv salır sözlərin ardıcıllığın.
Sanma ki mən elə,
lal-mat duranda
Soyuqluq könlümə
kəsilir qənim.
Yox, bu dil-dilçəyə qıfıl vuran da
O ucsuz-bucaqsız sevgimdir mənim.
Qoy, onda bu dilsiz-ağızsız
kitab
Mənim əvəzimə danışsın
sənlə.
Düşsün ayağına, yalvarsın
bitab,
Qoy özün
ovutsun ədalətinlə.
Oxusan, titrərmi
könlünün simi?
Gözlərin duyarmı görən... səsimi?
66-cı sonet
Mən ölməyə hazıram
- təkcə ölümdür
çarə,
Heysiyyəti olan kəs dilənməz
qapı-qapı.
Yetər
ki, dəyərləri
düşən görməyim
yerə,
Zər-xaraya bürünən görməyim
hər əclafı.
Görməyim necə sınır
aqillərin mənliyi,
Saflığı bir axmaqlıq sayan hər cür qoduğu,
Görməyim... başda duran
ləyaqətsiz təlxəyi,
Mərdin ağciyərlərə necə
əsir olduğun.
Necə
yumulur haqq söz deyən ağız, bəzən də,
Necə
müdrik sayırlar niqab taxmış sarsağı,
Düzə düz deyən
kəslər necə qalıb düzəndə,
Möminlərin şeytana necə
maşa olmağın...
Hər şey hədsiz iyrəncdir... axı bu vurhavurda
Mən necə qoyub-gedim səni, əziz dost, burda?!
71-ci sonet
Bir gün kilsə zəngləri şairin ölümünü
Xəbər versə, əzizim,
sən də o an bat qəmə:
Bil, dəyişmişəm... alçaq
insanlar aləmini
Qurd, soxulcan
qaynaşan o yeraltı
aləmə.
Bu soneti oxuyub, qəmlənmə dərin-dərin,
"Bunu yazan kəs ölüb" söyləmə dönə-dönə.
Heç
vaxt istəmərəm
ki, sevdiyim o gözlərin
Şux rəngi
zərrə qədər
sola, ya kölgələnə.
Niyə sarsıtsın səni misralarda donan səs?!
Niyə məni anasan, qəlbin çarpsın, döyünsün?!
Bu köksümdən sevginlə
çıxan sonuncu nəfəs
Yetər ki, bir rüzgarla
qəfil qaralıb, sönsün.
Necə
rəva görərəm
öz qüssənlə
düşəsən
Qara camaat içrə bir gün dildən-dişə
sən?!
97-ci sonet
Səni
görməyəli, ah, əziz
dostum,
Sanırdım soyuqlar düşübdür,
qışdır.
Güclü şaxta, sazaq sarıb dörd yanı,
Dekabr heç
belə sərt olmamışdı.
Bir də ayıldım ki, yay sona çatıb,
Payıza taxtı-tac veribdir fələk.
O da yırğalanıb, keçir
ömürdən
Sancısı başlanan dul bir arvad tək.
Sanırdım yetişən hər
bir bəhərin
Bəxtində yetimlik var yaranışdan.
Sən qürbətdəsənsə,
neylərəm yayı?!
Cəh-cəh də ummaram oxuyan quşdan.
Ürkək vıyıltılar qopsa
bir yerdən
Qışdan qorxan yarpaq tez
düşər dərdə.
Uilyam Şekspir
Dahi ingilis
şairi və dramaturqu, İngiltərənin
milli şairidir.
Dünya ədəbiyyatının
ən böyük dramaturqu sayılır.
Dilimizə çevirdi:
Azad Yaşar
Ədəbiyyat qəzeti 2024.- 17 fevral, №6.- S.32.