Milli Kitabxanada “Professor

Asif Rüstəmliadlı kitab sərgisi açılıb

 

Fevralın 16-da görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada professorun yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, tərcümə etdiyi, rəy ön söz yazdığı kitablar, tərtibçi redaktoru olduğu ədəbiyyatlar nümayiş etdirilir.

Sərgi bir həftə ərzində ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, Asif Rüstəmli 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak macar dillərində çap olunub. Ssenariləri əsasındaGünəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminəsənədli filmləri çəkilib, MoskvanınKinoproduktStudiyasının çəkdiyiƏfsanənin əks üzüseriyasından “26 Bakı komissarısənədli filminin elmi məsləhətçisi olub filmdə yer alıb.

1992-1996-cı illərdə Azərbaycan Televiziyasında yayımlananYaddaşTarix bizə deyirverilişlərinin ssenari müəllifi aparıcısı olub.

 

Ədəbiyyat qəzeti.- 2024.- 17 fevral, №6.- S.31.