Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib
Fevralın 22-də Xalq yazıçısı
Mövlud Süleymanlının
Bakıda yaşadığı
evdə vida mərasimi keçirilib.
Mərasimdə
mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, mərhumun yaxınları,
dostları, mədəniyyət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı
Mövlud Süleymanlı
öz vəsiyyətinə
uyğun olaraq, Şamaxıda anasının
yanında dəfn ediləcək.
Qeyd edək
ki, Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il
mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq
kəndində anadan olub.
Mövlud Süleymanlı
əmək fəaliyyətinə
1968-ci ildə Аzərbаycаn Radiosundа başlayıb. 1992–2009-cu illərdə
Аzərbаycаn Dövlət
Telerаdiо Şirkətinin
rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib.
O, həmçinin “Azərbaycanfilm”
kinostudiyasında, “Ulduz”
və “Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə
çalışıb.
Ədəbi yaradıcılığa lirik
şeirlərlə başlayan
M.Süleymanlının “Əllərim”
adlı ilk şeiri 1964-cü ildə
"Azərbaycan gəncləri"
qəzetində dərc
olunub. Daha sonra müəllifin şeirlərindən ibarət
"Bir ünvan" adlı kitabı işıq üzü görüb.
Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət
qazanan yazıçının
“Qar”, “Yanğın”,
“Şanapipik”, “Şeytan”,
“Dəyirman” əsərlərindən
ibarət “Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin
diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman
janrına müraciət edən yazıçının “Köç”,
“Ceviz qurdu”, “Səs” əsərləri
həmin dövr üçün Azərbaycan
romançılığının inkişafında ayrıca
mərhələ kimi
səciyyələndirilib.
M.Süleymanlının bir sıra əsərləri
tamaşaya qoyulub (“Kökdən düşmüş
piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər
(“Çətirimiz buludlardır”,
“Bəyin oğurlanması”
və s.) çəkilib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
inkişafında xidmətləri
yüksək qiymətləndirilən
yazıçı “Əməkdar
incəsənət xadimi”
və “Xalq yazıçısı” fəxri
adlarına, “Şöhrət”
və “Şərəf”
ordenlərinə layiq
görülüb. 2008-ci ildən
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü
idi.
Allah rəhmət
eləsin!
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, №7.- S.2.