Qürbət gülləri
Sevirəm gülləri,
tər çiçəkləri,
Vardır ürəyimdə
onların yeri.
Hər dəfə
yurduma gələndə
bahar
Nərgizlər, reyhanlar ruhumu oxşar.
Laləli çöllərə
yolum düşəndə
Dərib gətirmişəm
güllərdən mən
də.
Kövrək bənövşələr
Heç vaxt,
heç zaman
Çıxmaz xatirimdə, çıxmaz
yadımdan.
Vətəndən uzağa düşəndən
bəri
Açmır ürəyimi qürbət
gülləri.
Qürbətdə rəngbərəng gözəl
güllər var
Laləli çəmənlər,
yaşıl çöllər
var
Açıb qırmızı gül, ağ gül, sarı gül
Oxuyur eşq
ilə bağçada
bülbül.
Yenə bənövşənin
əyridir boynu
Bu halı
pərişan eyləyir
onu
Səfərə çıxıbdır qışı
dağların,
Gül-çiçək doludur döşü dağların.
Bu halı
pərişan eyləyir
onu
Səfərə çıxıbdır qışı
dağların,
Gül-çiçək doludur döşü dağların.
Vətəndən uzağa düşəndən
bəri
Açmır ürəyimi qürbət
gülləri.
Sevincim, fərəhim
qalıb vətəndə
Salıb itirmişəm
bura gələndə.
Şirin gülüşlərim
fikrə dalıbdır
Xəzər sahilində lövbər salıbdır
Yerişim, duruşum
əvvəlki deyil,
Bir özgə
adamam indi elə bil.
Gəncədə, Oğuzda bitən güllərtək
Qürbətdə ətirli deyil gül-çiçək.
Ürəyim qalıbdır Azərbaycanda
Hər gün
gözəlləşən güllü məkanda
Onunçün könlümün gülmür
telləri
Oxşamır ruhumu qürbət gülləri.
Şüarım mənim
Vətəndən uzaqlara düşüb güzarım mənim,
Çıxmır bir an yadımdan Bakım, Ucarım mənim.
Qəlbimdə yuva salmış
Oğuz, Quba, Qəbələ,
Qazaxdır, Lənkərandır əhdim,
ilqarım mənim.
Səsli-küylü Gəncədən
könlüm ayrı düşəli,
Daim gəlir
yadıma Göygöl,
Qoşqarım mənim.
Gül-çiçəkli Ağdamı röyalarda görürəm,
Görən səndən harda var Şəkim, Qusarım mənim?
Füzuli,
Şuşa üçün qəlbin
göynəyir, Simax,
Laçındır, Kəlbəcərdir dildə
şüarım mənim.
Qocaldım
Eşq sazını çala-çala
qocaldım
Yar qadasın
ala-ala qocaldım.
Yola saldım gəlib keçən illəri,
Saç ağardı, bala-bala qocaldım.
Tale məni ayrı saldı vətəndən,
Xəyallara dala-dala qocaldım.
İlk eşqimi - o nazənin dilbəri,
Hər gün yada sala-sala qocaldım.
Simax Şeyda, hər qışın bir yazı var,
Qürbət eldə qala-qala qocaldım.
Nə olar
Bilirəm ki, sevirsən, sev məni aşkar,
nə olar,
Çıxginən aşiqinə ürəkdən
qəmxar, nə olar.
Mən ki, sənin yolunda bülbülü şeyda kimiyəm,
Qoyma ki, eşqimizə əl qatsın əğyar, nə olar.
İzin
ver pərvanətək
dönüm-dolanım başına,
Yanım-yanım dağ olum, ay qoynu bahar, nə
olar.
El bilir, oba bilir,
yanarlar yaşar həyatda,
Bizim də ulduzumuz qoy yansın
par-par, nə olar.
Simaxa, dəryalarda çox üzdü Nuhun gəmisi,
Sənin də qoy yaşasın
yazdığın əşar,
nə olar.
Çal aşıq
Telli sazı gəl əlinə al aşıq,
Səsinə qat bir az şəkər,
bal aşıq.
Oxu aşıq Ələsgərdən,
Abbasdan,
Dörd
bir yana
xoş bir hava sal aşıq.
Bu gün yarla çıxacağam gəzməyə,
Görəcəyəm al yanaqda xal, aşıq.
Atacağam subaylığın daşını,
Verəcəyəm sənə tirmə, şal aşıq.
Yol verəcək bizə meşə, dağ, dərə,
Neçə-neçə gül-çiçəkli yal,
aşıq.
Simax Şeyda, məhəbbətdə
gücə bax,
Çal başına dönüm sənin, çal aşıq.
Düşmüşəm
Ana vətən, əfv et məni, bağışla,
Baxma mənə
başqa gözlə,
baxışla.
Yola düşüb bir gün qarla, yağışla
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Yoxdur sözüm havasına qürbətin,
Cana olan cəfasına qürbətin
Oğuzumun hey çəkirəm xiffətin.
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Azərbaycan! Qəlbimdəsən hər zaman,
Əziz adın çıxmaz heç vaxt yadımdan.
Od götürüb isinirəm
odundan
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Bu yerlərin qışı
qışda, yayı
yay
Gül-çiçəkli bağlarına olmaz tay.
Gündüz günəş oxşar məni, gecə ay.
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Gözüm seçir daim pisdən yaxşını,
Qəlbim sevməz hər nadanı, nəşini.
Atmaq üçün xəstəliyin
daşını
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Simax Şeyda, vətən eşqi müqəddəs,
Qürbət eldə Bakı,
Gəncə deyib gəz,
Ay Şahdağı, gözəl
Göygöl, Xan Kəpəz
Gəlib
səndən uzaqlara düşmüşəm,
Görmədiyim torpaqlara düşmüşəm.
Qürbətdəyəm, qürbətdə
Düşdüm vətəndən uzaq
qürbətdəyəm, qürbətdə,
Çəkirəm qüssə, fəraq, qürbətdəyəm, qürbətdə.
Daim düşür yadıma Azərbaycan torpağı,
Neçə yurd, neçə ocaq, qürbətdəyəm,
qürbətdə.
Hacıkəndin, Göygölün havasına
həsrətəm,
Hardasan, ay
Xoşbulaq, qürbətdəyəm,
qürbətdə.
Lənkərandan, Göyçaydan, Oğuzdan
yox xəbərim,
Çıraq qala, Dəli dağ qürbətdəyəm,
qürbətdə.
Səfalı Qubadandır ismi pünhanım mənim,
Canımdır o gülyanaq, qürbətdəyəm,
qürbətdə.
Simax vətən
həsrəti çəkə-çəkə
qocalır,
Yazmaqdan qalmır
ancaq qürbətdəyəm,
qürbətdə.
Simax Şeyda
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.15.