Şeirlərindən nümunələr
Sənə qalan sadəcə, xatirələr
Bu gün
11 eylül, yaşım
əlli beş,
Keçmişin kölgəsi düşmüş
önümə.
İçimdə yanırmı hələ də atəş?
Tərəddüdlə sordum kəndi kəndimə.
Küllərin altında köz bulamadım,
Həyatdan geriyə
nələr qaldı ki?
İllərin içində gün çalamadım,
Hamsı mənim
olmalıydı, halbuki.
Ömür ilərlərkən,
həyat gerilər,
Yer üzü
daralır, səccadə
olur.
Əllərinə bir pusula verilər,
Göy üzü
açılır, yol
caddə olur.
Düşünürsən:
kim məndən nə çalmışdır?
Ürəyini yaralarmı? Yaralar.
Hər kəs
səndən aldığını
almışdır,
Sənə qalır,
sadəcə, xatirələr.
Mən səni sevirəm
Mən səni
sevirəm,
Məcnun kimi
degil.
Kimsəyə bənzəmədən
Mən səni
sevirəm.
Mən səni
sevirəm,
sadə və
düpədüz.
adını qoymadığım bir eşq
alabildiginə.
Mən səni
sevirəm,
Ama nə
günəşimsən, nə
də ayım.
Nə də
gülsən və ya çiçək.
Heç bir
şeyə bənzətmirəm.
Səni sevirəm,
qüruba qarşı,
Xəyalımda degil, yanımda ol,
Mutluluğu toxunaraq
yaşa.
Mən səni
sevirəm,
dünya gözəli
olmasan da.
sadəcə, sevirəm,
gərəkcə, uydurmadan.
Mən səni
sevirəm,
sevə bildiyim
qədər.
və kəndimi
aşiq sanıram.
İnsan ol
Kim yarına
saxlamış ki ömrünü?!
Səninlə yarını xəyal edəməm.
Yeni gün
doğmadan, sakın, ayrılma,
Yoxsa, haqqımızı
halal edəməm.
Acılar kimsəyə
qədər olmasın,
Nəsib, qismət
sən var ikən gözəldir.
Düşünmə! Vaxtımız hədər
olmasın,
Könül işə yarar ikən gözəldir.
Zənn etmə
ki, başqasını
bulursan,
Mən sənə
məhkumam, sən mənə məhkum.
Eşq olmadan inan, unudularsan,
Eşq şan qazanır, gerisi məlum.
Bir ovuc torpaqsa bizi
bəkləyən
Ən dəgərli
zaman yaşadığındır.
Qarmaşıktır deyə sevilir orman,
sarmaş-dolaş bir eşq adsız dügündür.
Çıxar cəkətini, yağmurda
islan,
Qışın titrə, yazın tərlə, insan ol.
Çocuq kimi istə, isyan et, nazlan,
Ciddiliyi burax, pür həyəcan ol.
Deyirlər ki, hər şey bitər beyində,
Bitən degil, yaşanan mənə lazım.
Yetər,
gəzdigin xəyal göylərində,
Mələk istəməm, insan mənə lazım.
Türkmaneli sızlamağı
Sən gedəni il
oldu,
Yanan ocaq kül oldu.
Qəbrin
üstə gül oldu,
Adına qurban, balam.
Adın
Alidən gəlir,
Türkmanelidən gəlir.
Deməyin, gedən gəlir,
Adına qurban, balam.
Türkmanın kədəridi,
Ömrümün hədəridi.
Betərin betəridi,
Adına qurban, balam.
Kərkük
Sənə gəldim qəlbimdəki
atəşlə,
Xoyratınla söndür bu atəşimi.
Sənə gəldim, gözlərim
dolu yaşla,
Sil, qucaqla,
ovut, oxşa başımı.
Göstər məzarını şəhit
dayımın,
Göstər yıldızını göydə
ayımın.
Ver daşını yıxılmış
sarayımın,
Ürəyimdə daşıyım mən daşımı.
Dört divarın cəsətmi örülüdür?
Ya gök kübbən həsrətmi
örülüdür?
Aramızda bir sədmi örülüdür?
Səndə yaşayamıram mən düşümü.
Sən olmasan, yer-göy mənə dar gəlir,
Bir ovuc soyumuş kül qədər gəlir.
Səndən uzaq qalmaq mənə ar gəlir,
Zəhirlər ruhumu, suyum, aşımı.
Demiştim, ya canımı
istə Kərkük,
Onu bəxş et bir eşə, dosta Kərkük.
Sənə gəldim çiyinlər
üstə Kərkük,
Aç toprağını, qucaqla
nəşimi.
Daşın da ürəgi var
Daşın da ürəgi var,
Titrər yer titrəyəndə.
Daşın da ürəgi var,
Damar-damar
qabarar
Güllər mor titrəyəndə.
İnsana
bənzəməz, hardan
baxsan, bax,
Daşdı, tək üzlüdü.
Dili yoxdu ağzında dolandırsın,
tək sözlüdü.
Gözü yoxdu,
ama coşar ürəkdən
boğazı yox, burnu yox nəfəs
alsın.
yaşar ürəkdən.
Selə
qarşı, yelə qarşı durub dayanır,
ağlı yoxtu, qaçmaq bilsin,
ağlı yoxtu, hesab etsin,
seçmək bilsin
karı, ziyanı.
Yerdə
sürünəni sevməz
nifrət edincə
dağ olur.
sevdiysə, ürəkdən
sevər,
bir qoxusuz çol gülü üçün
ovulur, torpaq olur.
biz daş için savaşırıq,
biz ölərig, daşa nə olur.
düşər bin baş,
daş qalı, daş.
qanımızı süzə-süzə
ruhumuza vətən olur.
Daşın da ürəgi var,
bənzəməsə də bizə,
Qucağında yaşırığ,
Qucağında ölürüğ.
Daşın da ürəgi var,
daş demə ürəksizə.
Mosul
Bu toprak susamış canan istəyir,
Bu toprak vəfalı
qurban istəyir.
Tozunu qoparan, daşını dələn
Yavuz atlılara
dövran istəyir.
Kükrə, Gurgurbaba, yax siyah suyu,
Dağıt bu düzəni, poz bu pusquyu.
San pis petrol degil, saf qan gərək,
Hər Türkmanın
qəlbində aç
bir kuyu.
Dəclənin suları ağlasın
artık
Nuh tufanı
kimi çağlasın
artık.
Teləfər səsiylə oxunsun
əzan,
Xoyrat ürəkləri
dağlasın artık.
Bu toprak susamış canan istəyir
Nurəttin Zəngidən fərman istəyir.
Atabəylər bəklər Qarasarayda,
Süleyman kimi bir sultan istəyir.
Sadun Köprülüyə ağı
Bu gün yenə xatirəni anarkən,
Dügümlənir boğazımda hecələr.
Qəlbində Gürgür qədər
günəş varkən,
Nasıl oldu erkən çökdü gecələr?
Bəlkə də tam zamanında
ayrıldın,
Tərtəmiz qaldın, kirlənmədi
adın.
Gettin də, dürüstlük
getti səninlə,
Bulanıq sularda yaşayamadın.
Bu gün göyə həsrət dolu baxarkən,
Say, say bitməz ayları, günləri də.
Sizlər
haqqa vardınız çox erkən,
Bir yarıştı,
bizlər qaldıq geridə.
Daha nə istəyirsən?
Həyatımı dilədin,
Həyatım sənin olsun.
İstədin boşluğumu,
Qoy sənə
dolsun.
Gözlərimi bəyəndin,
Gözlərinə ərməğan.
Yerişim də xoş idi,
Dizlərinə ərməğan.
Tanrı
sənin yerinə
Yorsun həmişə
məni.
Uydum diləklərinə,
Daha nə istəyirsən?
Qarabağ
Şahlanır qıratlar, ulur
bozqurdlar,
Qurtulur Qarabağ, qurtulur Turan.
Allahdan əmanət bizə bu yurdlar,
Kimsə
set hörəcək, kim zəncir vuran.
Qarabağdan qopar bir çığlıq səsi,
Sədasına qarışır Kərkükün
səsi.
İstanbuldan yüksəlir Türklük
səsi
Tək deyil, yalnız deyil Azərbaycan.
Mustafa Ziya
Ədəbiyyat
qəzeti 2024.- 24 fevral, №7.- S.18 –
19.