L'AMOUR

 

n olmayan şairin 

      yazılmayan şeirisən,

Sən qədər uca tut

Tanrı verdiyi vədi.

Ümidsizə sən elə

sonsuz ümid yerisən                 

əlçatmazsan əbədi.

Gecə işıqlarında          

kəhkəşan su sayrışır,

Gölməçələr yağışla   

sevişir damla-damla.

Heç xəyalıma gəlmir                 

nəinki yaxın düşüm,

Axan bir ulduz kimi                   

atan dırnağın olmaq.                  

Dünyaca sevənlərə              

dünyada iki yaş var,

"Yalnız ikicə yaş var,               

yalnız: həyat və ölüm”.

Sən elə, elə varsan               

səninçün ölən yaşar,

Mən həyat yaşındayam,               

səndə neçədi, gülüm?

 

Qardaşxan

 

Ədəbiyyat qəzeti  2024.- 24 fevral, ¹7.- S.25.