Əli bəy Hüseynzadə –
160
Əfsanəvi Əli bəy dünyanın bütün
dillərini, elm və
fənlərin hər
növünü, ədəbiyyat
və incəsənətin
hər şöbəsini
tamamən əhatə
etmiş və tətbiqə müvəffəq
olmuş bir fövqəlbəşərdir.
Yusif Akçura
...Ədibi-xəluq Əli
bəy Hüseynzadə...
Düha...
...Böyüksən, ən böyüksən, bizlərə
ustadi-əkrəmsən...
Məhəmməd Hadi
Əli bəy,
sakit, mütəfəkkir
haliylə, əsrarəngiz
vəzi-uzlətpərvəranəsiylə
(rahatlıq və sükun dolu öyudləriylə) üzərimizdə
bir rəsul təsiri icra edərdi. Əvət o rəsul-Allah deyildi,
fəqət bir rəsulül-həqq idi.
Haqqa, həqiqətə
pərəstiş və
mərbutiyət hissi-büləndi
(uca, ali
duyğuları) onu Türkiyəyə mürsəl
qılmışdı.
Abdulla Cövdət
Əli bəy Hüseynzadənin üçlü düsturu
bütün türk dünyasında yeni üfüqlər açdı...
Ziya Gökalp
Məlum olur ki, bu
cür asan "Molla Nəsrəddin" dilini də yazmağı bacarmalıdır. Necə ki,
bu sözü mən ilk dəfə ədibi-möhtərəm Əli
bəy Hüseynzadədən
eşitdim. Əli bəy
Bakıdan axırıncı
dəfə Türkiyəyə
köçüb gedən
vaxt Tiflisə gəldi ki, buradan Batuma getsin. Tiflisə idarəmizə də
təşrif gətirdi.
Xoş-beş... Söhbət
dildən düşdü
və möhtərəm
ədibimiz mənə
belə dedi: "Yaxşı yazırsınız".
Mən Əli bəyə ərz etdim ki, onun tək
bir şəxsdən eşidilən bu sözü mən "havayı" danışılan
sözlərin cərgəsinə
qoya bilmərəm.
Çünki Əli bəy
Hüseynzadə kimi bir yazı ustadı
mən tək bir cavan yazıçıya
yazı barəsində
dediyi sözü mən ciddi bir söz hesab
edəm gərək.
Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə
adət etdiyi kimi, başını aşağı salıb guya öz-özünə
genə dedi: "Açıq yazmağı
da bacarmaq lazımdır".
Cəlil Məmmədquluzadə
Əli bəy
o vaxta qədər bir beyt belə
yazmamış olan Hadini dilləndirdi.
Abdulla Şaiq
Sabir kimi nəhəng şairin də ilk müəllimi Əli bəy Hüseynzadə olmuşdur.
Mehdi bəy Hacinski
Hüseynzadə girmədiyi, qarışmadığı,
fikir işi yapmadığı hürriyət
qovgası qalmamışdır. Renessansın
büyük mütəfəkkirləri
kibi o da hər düşüncəyə uyğun
erudit bir kafa, orkestral bir ruhdur: Doktor,
ihtilalçı, rəssam,
ədib, qəzetəçi,
dilçi, türkçü,
cildiyəçi, cərrah,
qəzetə müdürü,
professor, şair, riyaziyyatçı,
mühərrir, mütərcim...
hər şey, hər şey... O doğrudan-doğruya
bir İsadır. Dadlılıq, yumşaqlıq üçün
yaradılmış bir
İsa. Fəqət mistik
İsa deyil, layiq bir İsa, bir renessans İsası qədər açıq üzlü bir İsa...
İsmayıl Haqqı Baltaçıoğlu
İttihadçılar zamanında, onlara yol göstərən fikir cərəyanları,
sonrakı dövrlərə
nisbətən daha çox, daha ahəngli idi. Bu adamlar nə etmək istədiklərini,
nələr edəcəklərini
yaxşı bilirdilər.
Bu baxımdan birinci səfin arxasında fikir və düşüncə
aşılayan elə
insanlar vardı, günün birində bunların tarixi hizmətləri bəlkə
meydana çıxa bilər; fəqət üzləri insan olaraq, dost və arkadaş olaraq həmən həp məchul qalacaqdır! İştə bu insanlardan biri də babamın, bu bəyaz saqqallı,
pəmbə üzlü,
gözəl gözlü,
şair, rəssam, musiqişünas, filosof, qəzetəçi... professor, doktor,
qafqazlı arkadaşıydı...
Xeyr, xeyr, mübaliğə etmirəm; babamın bu arkadaşı bütün bir dövrün həqiqətən
gizli həyat qaynaqlarından biri olmuşdur.
***
Dövrünün böyük mürşidi
Ziya Gökalpa
"İslam ümmətindən, qərb mədəniyyətindən,
türk millətindən
olmaq" tezini Əli bəy Hüseynzadə ilham etdi.
Səməd Ağaoğlu
Bayrağımızdakı üç rəngin üçünün də
rəssamı Əli bəydir. Milli gerbimizdəki boya
simvolikası da onun türkləşmək, islamlaşmaq,
avropalaşmaq" - düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir.
Şübhəsiz, söhbət
yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından,
dəmir özüldən
gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında
qövmi özünüdərkin,
istiqlal düşüncəsinin
təkcə rəssamı
deyil, həm də memarıdır... Nəinki Məhəmməd Əmin
və Nəriman Nərimanov, üstəlik,
Ziya Gökalp və Kamal Atatürk də
Əli bəy Hüseynzadədən başlayır.
Yaşar Qaraev
Ədəbiyyat qəzeti 2024.- 24 fevral, ¹7.- S.16.