Milli Kitabxanada görkəmli mütəfəkkir yazıçı, alim, publisist ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə kitab sərgisinin açılış mərasimi keçirilib

 

23 fevral tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar kitab sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tanınmış elm mədəniyyət xadimləri iştirak ediblər.

Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın Elmi işlər kitabxana-informasiya xidməti  üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova  XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış şəxsiyyətlərin Əli bəy Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirərək onuQafqaz müsəlmanlarının atasıadlandırdıqlarını qeyd edib. Əli bəyin Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin maarifçilik ideyalarını davam etdirdiyini "Həyat" qəzetində çalışarkən türkçülük haqqındaTürklər kimdir”, “Biz tat deyilik, biz türkük s. geniş məqalələr dərc etdirdiyini diqqətə çatdırıb. Ədibə İsmayılova Əli bəy Hüseynzadənin ideyalarının daim müasir olduğunu bugünkü günümüzlə səsləşdiyini söyləyib.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova tədbir iştirakçılarını salamlayaraq Əli bəy Hüseynzadənin Azərbaycan  bütövlükdə Türk dünyasının milli özünüdərkində, Türk dünyasının formalaşmasında müstəsna xidməti olan şəxsiyyət kimi xarakterizə edib. Əlavə edib ki, Əli bəy Hüseynzadə zamanın böyük düşüncə adamı olub, Avropa fəlsəfəsinin doğurduğu modernləşmə ideyalarını  birləşdirərək  XX əsrin əvvəllərində Azərbaycan türkçülük ideologiyasının bünövrəsini qoyub.

Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin müasir modern rəssamlığının banisi olduğunu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının yaradıcısı, eyni zamanda  Türk dünyasında ilk dəfə "Türklər kimdir və kimlərdən ibarətdir" sualına  cavab verən pərdənin arxasındakı adam olduğunu qeyd edib.

Ədəbiyyat İnstitutu Erkən realizm yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli  çıxışında Əli bəy Hüseynzadənin "Füyuzat" məcmuəsində çap etdirdiyi ədəbi-bədii, elmi məqalələrindən danışıb. O, Əli bəy Hüseynzadənin böyük siyasətçi, jurnalist, ideoloq, filosof olmaqla yanaşı, rus, avropa, alman türk ədəbiyyatını mükəmməl bilən şair, tərcüməçi, həm həkim olduğunu qeyd edərək ədibin zəngin, çoxcəhətli fəaliyyətindən bəhs edib.

Nizami adına Ədəbiyyat İnstitutundaUşaq ədəbiyyatışöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova Əli bəy Hüseynzadənin publisistikasından danışaraq, qeyd edib ki, Əli bəy həm uşaq ədəbiyyatı yönündə bir xiridar, mücadiləçi  olub.  Əsası 1908-ci ildə qoyulmuşSəadətməktəbində onun uşaq ədəbiyyatı dərslikləri ana dilli kitabları, oxu nümunələrinin necə olmağını, necəliyini yazdığı məqalələrində ortaya qoyduğunu nəzərə çatdırıb. Elnarə Akimova onu da əlavə edib ki, bu gün Zəngəzur dəhlizinə gedən yolda bizə yalnız yalnız Əli bəy Hüseynzadənin ideyaları işıq tuta bilər.

Əlyazmalar İnstitutunun "Şəxsi arxivlərin tədqiqi" şöbəsinin böyük elmi işçisi Aytən İmanova Əli bəy Hüseynzadənin siyasi fəaliyyətinə toxunub, Əli bəyin İstanbul Tələbə Cəmiyyətinə Avropa ədəbiyyatını tanıtmağından bəhs edib.

Sonda Milli Kitabxananın hazırladığıBöyük maarifçi Əli bəy Hüseynzadəadlı virtual sərginin təqdimatı Əli bəy Hüseynzadə -160”  adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub, xatirə şəkilləri çəkilib.

 

 Ədəbiyyat qəzeti  2024.- 24 fevral, ¹7.- S.17.