İraq-Türkman şairləri silsiləsindən - Mustafa Ziya

 

Şair-alim, Dr.Mustafa Ziya haqqında bilgi Dr.Şəmsəddin Kuzəçinin ikicildlik "Kərkük şairləri" (Ankara, 2006-2007) kitabı əsasında əlavələrlə tərtib etdiyim, professor Qənirə Paşayevanın Ön sözü, akademik İsa Həbibbəylinin redaktəsi ilə çap etdirdiyim "İraq türkman poeziya antologiyası" kitabından (Bakı, "CBS-PP", 2021, səh.246-247) götürülmüşdür.

Mustafa Ənvər oğlu Ziya 1959-cu ildə Kərkükdə doğulub. İbtidai orta təhsilini Kərkükdə başa vurandan sonra Süleymaniyə Universitetinin Geologiya fakültəsinə daxil olub. Məzun olduqdan sonra elmi işlərini davam etdirib. Magistr təhsilini Mosul Universitetində alıb. Doktora tezini müdafiə etdikdən sonra Mosul Universitetində müəllim işləyib.

Mustafa Ziya ədəbiyyata çox gənc yaşlarından maraq göstərməyə başlayıb. Güclü axıcı dili ilə gözəl şeirlər yazmağa başlayıb. 14 yaşındaykən "Altun çiçək" (Kərkük, 1973), Daha sonra "Könül nəğmələri" (Bağdad, 1976), "Nəsillər" (Bağdad, 1988) kitabları çap olunub.

Mustafa Ziya İraq-Türkman-Azərbaycan ədəbi əlaqələrinə töhfələr verən şair-alimdir.

Əli Bəndəroğlu ilə birgə çox maraqlı "Xoyratlar bayatılar" (Bağdad, 1989, 382 səh.) yazmışdır.

Mustafa Ziya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. O, eləcə Türkiyə İraq Ədəbiyyatçılar Yazarlar Birliyinin üzvüdür.

O, uzun illər Ankarada İraq Türkmaneli Kültür Mərkəzinin Başqanı kimi xalq qarşısında böyük xidmətlər göstərib. Təkcə onu demək kifayətdir ki, türkmanların İraqda türk dilində oxuduğu 250-dən artıq məktəbin kitab dərs vəsaitləri ilə təmin olunmasında Dr.Mustafa Ziyanın əməyi olub. Hazırda Ankarada Türkmaneli Vəqfinin baş müşaviridir.

Tərtibçidən: Azərbaycanlı yazar alimlər Mustafa Ziyanı keçən əsrin sonlarından tanıyırlar.

1994-cü ildə 128 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Füzulinin 500 illik yubileyinə İraqa gedəndə İraq tərəfindən təşkilatçılıq işinə Əbdüllətif Bəndəroğlu Dr.Mustafa Ziya cavabdeh idi.

Kərkükdə qocaman ədəbiyyatşünas Əta Tərzibaşını ziyarət etmək Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim etmək üçün Anar, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı məni Əta bəyin görüşünə Mustafa Ziya apardı.

O, bizim yaddaşımızda gözəl ziyalı kimi qaldı. Sonralar İraqda Azərbaycanda görüşlərimiz zamanı onun əsl ziyalı olduğunun şahidi olduq.

Azərbaycan-İraq-Türkman ədəbi-elmi əlaqələrinin inkişafında xidmətləri olan Mustafa Ziya mənim tərtib edərək çap etdirdiyim "İraq türkman nağılları" (Bakı, 2014, 432 səh.) "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (Bakı, 2016, 264 səh., Ankara, 2017, 214 səh.) kitabıma Ön söz yazmışdır. Dr. Mustafa Ziya, eləcə Əta Tərzibaşının 13 cildlik "Kərkük şairləri" 3 cildlik "Ərbil şairləri" kitabları əsasında tərtib çap etdirdiyim "İraq türkman poeziya antologiyası" (I kitab (Bakı, "Elm təhsil", 2019, 464 səh.) kitabıma da Ön söz yazmışdır.

Mustafa Ziya verdiyimiz nümunələrdən görəcəyiniz kimi, həm heca vəznində, həm sərbəstdə uğurla şeirlər yazır.

Onu da qeyd edim ki, Mustafa Ziyanın Dr.Şəmsəddin Kuzəçinin "Kərkük şairləri", II cild (Ankara, 2006) kitabında yer alan, şairin əsasən, gənclik illərində yazdığı, poetik cəhətdən qənaətbəxş olmayan şeirləri əvəzinə, onun ahıl çağında yazdığı, məna, məzmun cəhətdən oxucunu düşündürmək gücündə olan, şairin "Balam Kərkük (Ankara, 2017) "On dörd Temmuzda eşq" (Ankara, 2021) kitablarında toplanan şeirlərinə üstünlük verdik.

 

Qəzənfər Paşayeva

 

Ədəbiyyat qəzeti  2024.- 24 fevral, №7.- S.18.