“Xəzər” dünya ədəbiyyatı
jurnalının yeni nömrəsi nəşr edilib.
“Xəzər” dünya ədəbiyyatı
jurnalının yeni nömrəsi nəşr edilib.
Jurnalın bu nömrəsində maraqlı mövzular əksini
tapıb. Belə
ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin
felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və
onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi,
Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de
Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun
müsahibəsi və “Üz-üzə” povesti yer alıb.
Bundan
başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss”
yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi,
Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun
“Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur”
romanının davamı və digər əsərlər ilə
də tanış ola biləcəklər.
Ədəbiyyat qəzeti 2024.- 24
fevral, ¹7.- S.25.