TURAL CƏFƏRLİNİN “DAHİLƏRİN HƏYATI VƏ AFORİZMLƏRİ” ADLI YENİ KİTABI

 

Azərbaycan Dillər Universitetinin əməkdaşı, Fəlsəfə araşdırmaçısı, tərcüməçi, tanınmış yazar Tural Cəfərlinin “Dahilərin həyatı və aforizmləri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda dahi şəxsiyyətlərin həyatları, yaşam fəlsəfələri, müdrik kəlamları yer alıb. Məşhur filosofların, yazıçı və rəssamların bir-birindən fərqli, düşündürücü və ibrətamiz düşüncələri önə çəkilib. “Mücrü” nəşriyyatında çap olunan kitab müəllifin sayca üçüncü kitabıdır.

 

Tural Cəfərli

 

Ədəbiyyat qəzeti  2024.- 6 iyul, ¹25.- S.15.