Nizami Gəncəvinin mərhəmət
- sosial dövlət anlayışı
"Yeddi gözəl" məsnəvisinin
"Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti"
adlı bölməsinin şərhi
(Əvvəli burada)
"Yeddi gözəl" məsnəvisinin "Bəhramın
mərhəmət - sosial dövlət anlayışı"
adlı bölməsi (bu, şərti addır) əlli iki
beytdir - tərcümədə əlli altı beyt var, istifadə
etdiyimiz orijinal mətndə bu dörd beyt
olmadığından onları şərh etmədik, ancaq
sonda tərcümədəki beytləri verəcəyik.
Nizami Gəncəvi
məsnəvidə mərhəmətlə - sosial dövlətlə
bağlı bu ölçüləri qoyub:
- Mərhəmət
dövlət idarəçiliyinin əsaslarından biridir -
Nizaminin dövlət idarəçiliyi
anlayışının yeddi dayağı var: mərhəmət,
ədalət, cəsarət, əhliyyət və ləyaqət,
məsləhət, həqiqət - azadlıq, rifah;
- Nizami
sosial-mərhəmətli dövləti müdafiə edir;
- Ədalət
mərhəmətin meyvəsidir;
- Hər
sıxıntı, hər xəstəlik (sosial, siyasi,
bioloji...) ziddi ilə sağalar - zülmün ziddi ədalət,
acımasızlığın ziddi mərhəmətdir;
-
Şükürsüzlük qıtlığa yol açar;
- Maddi, mənəvi
qıtlıq əxlaqı pozar, insanları vəhşiləşdirər;
- Ədalətin
əsası tarazlıqdır - hər kəsə, hər
şeyə layiq olduğunu verməkdir;
- Dövlətin
imanı mərhəmət və ədalətdir;
-
Allahın yaratdığı varlıqları (insan,
çiçək, böcək, heyvan, su, ağac...)
düşünmək, dəyər vermək, haqlarını
qorumaq mərhəmətin əlamətləridir;
- Səxavət
mərhəmətin meyvəsidir;
- Mərhəmət
güvənə, ümidə yol açır;
- Mərhəmətli
olanın insanlarla bağlı gözəl arzuları, xəyalları,
məqsədləri, saleh əməlləri olar, o çalışar,
paylaşar, ümid verər, əldən tutar, göz
yaşını silər, inkişafa yol açar;
- Mərhəmətli
insanın ünsiyyət mədəniyyəti var, dinləyər,
anlayar, gözəl sözlər seçər, sözləri
yaralı qəlblərə şəfa, ümid, cəsarət
verər;
- Mərhəmət
ümidsizliyi yox edər;
- Hər
imtahanda (çətinlikdə) iki şey var:
sıxıntı, fürsət;
- Mərhəmət
fitri duyğudur, toxumdur, Allaha iman və saleh əməllər
ona süd verir, böyüdür, yaşadır, qoruyur;
- Mərhəmət
diri, sağlam, fəal ağılın, vicdanın, qəlbin,
iradənin əməlidir;
- Mərhəmət
hər kəsin şərəfli, güvənli, hüzurlu
yaşamaq haqqı var anlayışıdır;
- Təməl
insan haqlarından biri mərhəmətdir;
- Mərhəmət
siyasi dəyərdir, siyasi ifadə biçimi sosial dövlətdir;
- Mərhəmət
iqtisadi dəyərdir, iqtisadi ifadə biçimləri
bunlardır: hər kəsə aş, az işlə, çox
qazan, sağlam iş mühiti, qısa iş saatı, az vergi,
maaşın əməyə, ehtiyaca uyğunluğu, bolluq,
ucuzluq, rifah, fərdi, ailəvi inkişafa, istirahətə
zaman, əmək, qaynaq ayırmaq imkanı;
- Mərhəmət
sosial dəyərdir - kimsə kimsəyə möhtac olmayacaq,
dövlət özəl yardıma ehtiyacı olanları himayə
edəcək, güvənliyin təmin olunması dövlətin
işidir;
- Mərhəmət
insani dəyərdir - dayaqları paylaşmaq,
yardımlaşmaq, dəyər vermək, anlamaq, qayğı
göstərmək, zaman ayırmaq, fədakarlıqdır;
-
İnsan özünə qarşı mərhəmətli
olmalıdır;
- Mərhəmətin
varlığının əlaməti insan haqlarının
qorunmasıdır;
- Mərhəmətli
(sosial) dövlətin dayağı bu anlayışdır:
dövlət, hakimiyyət, sərvət, hüquq insan
üçündür, hər işin mərkəzində
insan var;
- Mərhəmət
sadəcə söz deyil, işdir - saleh əməllərdir;
- Mərhəmət
bir arada yaşamağı təmin edir;
- Mərhəmət
ac qarınları yeməklə, ölmüş qəlbləri
ümidlə doyurar;
- Mərhəmətli
(sosial) dövlət halal qazancın yollarını açar,
insanların harama bulaşmasına imkan verməz;
- Zülmə
qarşı çıxmaq mərhəmətdir;
-
Seçici olan - bəlli bir qrupa aid edilən mərhəmət
əxlaqsızlıqdır, dövlət hər kəsə mərhəmət
ölçüsü ilə hərəkət edər;
- Mərhəmət
olsa, irqçilik olmaz;
- Mərhəmət
dəyər qazandırar, insanı Allaha və insanlara
bağlayar;
-
Analığın, müəllimliyin əsası mərhəmətdir;
-
Böyüklüyün, o sıradan siyasi
böyüklüyün ölçüsü mərhəmətdir;
-
Böyük, güclü, əxlaqlı dövlət mərhəmətli
dövlətdir;
-
Böyük, güclü, əxlaqlı lider mərhəmətli
liderdir;
- Mərhəmətli
olmağın üç nəticəsi var: xalqın sevgisi,
ilahi riza, böyüklük;
- Mərhəmət
insanı dinləmək, anlamaq, ona dəyər verməkdir;
- Mərhəmət
başqalarının acısını hiss etməkdir;
- Mərhəmət
insana xeyirli zaman ayırmaqdır;
- Mərhəmət
məsuliyyətə yol açar - Allaha, yaratdıqlarına
borcun var;
- Mərhəmətli
insan çox dua edər, duanın gücünə inanar;
- Cəmiyyətin
mənəvi, sosial, mədəni sığorta sistemi mərhəmətdir;
-
Allahın sınırsız mərhəmətinin əlamətlərindən
biri də budur: yaratdığı hər varlığın
ruzisini də yaradır;
- Nizami məsnəvidə
Allaha dua ədəbini öyrədir: Bəhram tək dua edir,
üzünü göyə tutur, əllərini açır,
öncə Allahı tanıdır - O, yaratdığı
heç bir şeyə bənzəməz, tək olmaq ancaq
Onun haqqıdır, ehtiyacsızdır, əbədidir, sonra
acizliyini dilə gətirir, insan Allaha möhtacdır, kimdən,
necə, niyə, nə istədiyini bilir, inanaraq dua edir, kimsəni
ittiham etmir, məsuliyyəti öz üzərinə
götürür;
-
Duanın qəbul şərti səmimiyyətdir,
düşüncə, söz, əməl birliyidir;
- Mərhəmətli
dövlət bağışlamağı çox sevər;
- Yalan,
haram, rüşvət, məsuliyyətsizlik mərhəmətsizlikdir;
- Mərhəmət
səmimiyyətə yol açar;
-
İnsanlığın ölçülərindən biri mərhəmətdir;
- Dəlilli
(doğru) danışmaq mərhəmətdir;
- Allah
insanın gözəl niyyətinə də dəyər verir
- yalvarmaq Allahdan inanaraq istəməkdir;
- Nizami
deyir ki, öncə insan addım atmalıdır, sən mərhəmətli
ol ki, Allah da rəhmət yağışı
yağdırsın;
- Qənaət
mərhəmətdir;
- Mərhəmət
dünyanı xilas edər;
- Mərhəmət
vicdanı dirildir, ümid, cəsarət verir, insanı həyata
bağlayır;
-
Allahın rəhmət, xeyir, bərəkət
yağışı içində ədalət, mərhəmət
olan ölkəyə, vicdana daha çox yağar;
- Allah
ömrünü mərhəmətə həsr edənin
adını unutdurmaz;
- Mərhəmət
dəyərdir, dəyərli qılar;
- Mərhəmət
insana vaxt ayırmaq, ona dəyər vermək, onu anlamaqdır;
- Mərhəmət
xalqa iş imkanı, ruzi vermək, onun nazını çəkmək,
qayğı göstərməkdir;
- Dövlət,
hakimiyyət, sərvət, insan mülkiyyət deyil, əmanətdir;
- Mərhəmətli
şah xilaskardır;
- Mərhəmət
həddini bilmək, seçim haqqını, fərqliliyi qəbul
etmək, yaraları sağaltmaqdır;
- Mərhəmət
qurucu dəyərdir: xeyirli insan, sosial dövlət, birlik,
qardaşlıq, sevgi, ümid inşa edir;
- Mərhəmət
hər kəsi qucaqlayan anlayışdır;
- Mərhəmətli
dövlət vergini azaldar, ehtiyac olsa, bir müddət ləğv
edər;
- Mərhəmət
olsa, insanlar ölkəsini tərk etməz - insan
köçü olmaz;
- Mərhəmətsizlik
zülmdür;
- Mərhəmət
olsa, əhalinin sayı artar, ölkə varlı olar;
- Hakimiyyət
nemətinin şükrü bunlardır: sosial dövlət, hər
kəsə mərhəmət, hər kəsə ədalət,
hər kəsə güvənlik, hər kəsə rifah;
- Mərhəmət
ictimai barışın əsaslarından biridir;
- Zülm
öldürür, mərhəmət dirildir;
-
Savaşların bir səbəbi də mərhəmətsizlikdir;
- Mərhəmətli
dövlət vətəndaşını kimsəyə
möhtac etməz;
- Mərhəmətin
mayaladığı, onunla qohum olan anlayışlar - dəyərlər
bunlardır: güvən, ədalət, əmək, bolluq, bərəkət,
zənginlik, genişlik, ruzi, ümid, barış, sevgi,
hüzur, sevinc, bayram, bağışlama, birlik,
qardaşlıq, maddi, mənəvi paylaşma, fədakarlıq,
təvazökarlıq, səmimiyyət, səxavət, sosial
dövlət;
- Mərhəmət
qoruyucu dəyərdir, immun sistemidir, olmasa, köləlik,
qorxu, qıtlıq, zülm, yoxsulluq, darlıq, savaş, kin,
nifrət, qarışıqlıq, kədər, yaş, təkəbbür,
parçalanma, didişmə, xəsislik, ikiüzlülük,
ümidsizlik olacaq;
- Mərhəmətli
dövlətin iş cədvəli belədir: işçi
iş üçün deyil, iş işçi
üçündür, iş saatı azdır, sağlam
iş şəraiti var, işçi istismar olunmayacaq,
işçinin maaşı əməyinə, ehtiyacına
uyğundur, əmək haqqı vaxtında veriləcək,
işçi günün yarısını işləyəcək,
yarısını istirahət edəcək, işçinin
istirahət günü olacaq, fərdi, ailəvi inkişafa
zaman, əmək, qaynaq ayırmaq imkanı var, işçi
kimsəyə möhtac deyil, az işlə, çox qazan,
dövlət, hakimiyyət, sərvət insanın xidmətçiləridir;
- Mərhəmət
qəmi azaldar;
-
Rüşvət almaq, haram yemək, insanları
süründürmək mərhəmətsizlikdir;
- Mərhəmət
bayrama yol açar;
- Nizami
bayram mədəniyyəti inşa edir: bayram birləşdirir,
hamıya aid olur, insanın/xalqın sevinmə ehtiyacını
təmin edir, bayramda sevinmə, sevindirmə, təmizlik, ləzzətli
yeməklər, gözəl geyimlər, təbriklər,
gülər üz, məclislər, gəzmək, rənglər,
əyləncə, oyun, musiqi, ziyarət, paylaşma var, bayram
böyük saleh əməli xalqın yaddaşına, tarixə
yazan, onun unudulmasına imkan verməyən, onu örnəyə
çevirən, minnətdarlıq, şükür, sevgi
duyğularını oyaq tutan, sağlam düşüncə,
tarix şüuru inşa edən, duaya yol açan, qoruyan, ənənəyə
bağlı nəsillər yetişdirən, mərhəməti
dövlət idarəçiliyinin, ictimai münasibətlərin
əsasına qoymağın xeyrini göstərən, sevinmə
mədəniyyətini öyrədən dəyərdir;
- Hər
bayramda qurtuluş/xilaskarlıq anlamı var;
- Mərhəmət
bacarıqdır, tərbiyəyə ehtiyac var;
- Mərhəmət
ölsə, insanlıq ölər;
- Mərhəmət
qaranlığı - zülmü yox edən Zöhrədir -
nurdur;
Məsnəvidə
bu frazeoloji birləşmələr var:
-
"darlıq/qıtlıq ərzağın yolunu kəsdi";
-
"dünyanın ürəyi daralmaq";
-
"xalqın ruzisini xəzinənin hesabına yazmaq";
-
"ürəyi daralmaq";
- "əlindən
gəlmək";
-
"ölüm uzaq/iraq olsun";
-
"yaddan çıxarmaq";
-
"qılınc satmaq" (savaşı bitirmək);
- "dəmir
zirehi parçalamaq" ("savaşa ehtiyac qalmamaq");
-
"silahı (yerə) qoymaq" ("barış istəmək");
- "qəmin
kökünü kəsmək" / "qəmi kökündən
çıxarmaq";
Məsnəvinin
açar sözləri bunlardır (təkrarlar nəzərə
alınmayıb): il, toxum, dar, dünya, geniş, darlıq,
insanlıq, yük heyvanı, ot/ələf, ürək, cahan,
çörək, izzət, bahalı, qiymətli, daş,
insanlar, canavar, adamyeyən, leş, şah, qədər, dənə,
uca, anbar, qapı, qıfıl, şəhər, namə, azuqə,
əminlər, varlı, nırx/qiymət, dirhəm, nəvaziş,
əyyam, aclıq, afərin, səxavət, saray, dəvə,
mərz/sınır, yad, növbə, yeni, cihad/cəhd, xəzinə,
çarə, iş, dörd, bar/bəhrə, əkin, ruzi,
xalq, yazmaq, böyüklük / hakimiyyət, padşahlıq,
hamısı, can, tən/bədən, ölmək,
kişi/insan, binəva, qəmli, su, solğun, üz, əziyyət,
Xoda/Allah, üzr, təqsir, canlı, qüdrət, Allahlıq,
çox, az, ahu, səhra, doyurmaq, bərat, qələbə,
günah, hesab, xəbər, mən, o, fayda, təzərro/yalvarış,
hatif, avaz, Yəzdan, niyyət, zəiflik, dörd, mənşur,
diyar, ölüm, uzaq, böyüklər/yaşlılar,
mülk, kiçik, fərrox, nemət, naz, rəiyyət,
doğulmaq, gəlir/qazanc, xərcsiz, yaradılmışlar,
dolu/çox, imarət, çöl/səhra, dağ,
Sefahan/İsfahan, Rey, ev, toxumaq, qamış, dam, kor, hədis,
aydın, öhdə, ravi, nemətyeyənlər, əminlik,
işrət, dəstə, sıra, fərsəng/fərsəx,
iki, bərbət, rübab, çəng, hovuz, mey, arx, məclis,
ara, məhəllə, qılınc, zireh, zərxara, biryolluq,
silah, hamı, ox, eşrət, eyş, rifah, imkan/zənginlik,
buyruq/fərman, bəxt, xoşnud təyin etmək, iş,
gün, bazar, buyurmaq, hissə, yarısı, içmək,
yeddi, vergi/xərac, atmaq, kök, yetmiş, illik, qəm,
qoparmaq, altı min, usta, dastan, musiqiçi, rəqqas,
kuklaoynadan, toplamaq, ətraf, bölgə/yer, xeyir, geyim,
xoş, dövr, zaman, tale, öküz, sahib, Zöhrə, hara,
kəndxuda;
İstifadə etdiyimiz orijinal mətndə
olmayan beytlər bunlardır:
Xurma ağacının qol-budağı təzə-tər
olanda,
O
ağacın barı da bol olar.
Xalq az olduqca ərzaq da az olar,
Adamların çoxluğundan gəlir də çox
olar.
Varlılardan
kim kasıblasa idi,
Şah ona öz xəzinəsindən dirhəm verərdi.
Ləyaqətinə
münasib hər kəsi,
İş və yeməklə təmin etməyi buyurdu.
Siracəddin Hacı
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.16;17.