Ovum-ovum ovulub
Ovum-ovum
ovulub,
Bircə çimdik toz olmuşam.
Gülüm,
gəl "Xəlvət"ində
gizlət
məni.
Vətən
bütövlənəndə
Qatarsan Araz suyuna.
***
Yolumun
üstündə çiçək bitirdin,
Bütün çiçəklərdən çox
sevdim onu.
Adımı
çiçəyin adına qoydun,
Çox sevdim adımı, çiçək adında.
***
Gördüm
darıxıram,
Sarıldım boynuna xatirələrin.
Göyə
çəkilmişdi Yerin insafı,
Hörümçək toruna düşmüşdü
canım.
Yusifin
quyusu gəldi gözümə
Yerdən də, göydən də üzüləndə
əl.
Ümid göyərdərmiş, quru dənəni.
Dağıtdım
telini şəkillərində,
Öpdüm gözlərindən, gülüşlərindən.
Ümid
çoxalırdı,
Dan
sökülürdü...
Göy Yerin telini sığallayırdı.
***
Bəndi-bərəni
bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Qoyma
solub, saralmağa,
Yol ver, yar gəlsin, yar gəlsin.
Çıxıb
gedirəm dünyadan,
Bilirsən,
könlüm sınıqdı,
Sınıq
könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
Yarıma
qurban olaram,
Darayıb telin yan gəlsin.
Dəyməsin
qara xalına,
Gözləri alam qoy, gəlsin.
Havamı
çal, yana-yana,
Zilə qalxma, aşıq qardaş.
Ehmal-ehmal,
yavaş-yavaş,
Asta-asta qoy, təb gəlsin.
Mən
sevdiyim bir mələkdir,
Yerdə
gəzmə, göydə ara.
Günəşdən,
Aydan soraqla,
Dolansın göyləri, gəlsin.
Bəndi-bərəni
bağlama,
Yol ver, yar gəlsin, yar gəlsin.
Sınıq
könlümü almağa
Yol ver, yar gəlsin, yar gəlsin.
***
Sən də bilirsənmi?
Hələ
də anasının qucağında
əsir
düşən bir qız ağlar
Kor ocağın başında.
Özü
açar, özü bükər, kimsə görməz dərdini...
Yağıların
daldasında
anasının qucağında əsir düşən bir qız
ağlar...
Yaddaşından
silə bilmir o gecəni...
Gecə deyər, gündüz ağlar öz dərdini.
Şeytanların
yuvasında,
Hörümçək
torunda
Qarışqalar,
cücülər ağlar ...
Gözümüzdə
gillənən yaş tökülər bacasından,
İlimiz
on iki ay
göyə açılan ovcuna qar yağar...
Gavır
yıxan o yuvanın
Xarabalığında
bayquşlar ağlar,
Ümidi
ölür o qızın
Qoyma,
Allah!
***
Xeyirə
yozuram səni
Qorxulu
yuxular kimi
Suya
danışıram səhər
Yuvasını
azan bala qarışqalar
Yuvasını gəzib tapa.
Kobud,
köntöy, saymaz adam,
Yaxşıya
yozuram səni,
Salamı
almayan adam.
***
Dəymə
xatirəmə
Bir insaf
eylə,
Ovulub,
tökülər,
Çilik-çilikdir.
O da
yaralanıb namərd əliylə
İnləyir, yarası təzədir hələ.
Sınıq
saxlamazlar
Adətə görə.
"Düşəri düşməzi olur" deyirlər.
Üstünü
toz bassa,
Solsan,
saralsan,
Səni
saxlayacam ölənə kimi
Ay boynu
qısılı,
sınıq xatirəm.
Geridə nəyim var?
Bir quru
adım,
Bir də
dolu sandıq
Xatirələrim...
Bir
gün yalınayaq çıxıb gedəndə
Dünya,
əziz saxla,
sənə əmanətdir
Xatirələrim...
***
Dağıldı
sərhədlər
Dirəklər
öldü...
Qulağına
pıçıldamağa ürək etmədiyim
hər
şey yerbəyer oldu.
Minsifətlər
Aya qaçdı,
Ayın
kölgəsi yox oldu,
Adəmlə Həvva günahlarını yudular.
***
Udur qara
torpaq əjdahanı da,
Qarğa
da, sərçə də
Bir ömür yaşar.
Kiminsə
ömrünü kəssə də kimsə
O
ömrü ömrünə calaya bilmir.
Var-dövlət
çoxalıb başdan aşsa da,
Ömür
başdan aşmır,
Bir yumaq misalı
Başa açılır.
Yumağım heç ələ gəlmir, İlahi.
Ayağı başına yaman dolaşıb.
Əl at, düyünləri aça bilmirəm.
Gedirəm, sonuma çata bilmirəm.
***
Quş
görmüşəm yuxumda...
Danışsam, yozan olar?
Bir
çimir almamışdım,
Gəldi
şirin yuxuma...
Dolandı,
cövlan etdi,
tapammadı yuvasın..
Çırpınırdı
zavallı...
Düşmüşdi
biçarə quş
Taleyin tərs əlinə.
İtirmişdi
yuvasın,
Yuvasında
balasın...
Bir nainsaf kəsmişdi ağacları gecəli.
Dünyanın
faniliyin kim anlamış,
Kim bilmiş?
Quş
ağlının kəsdiyin
Kəsməmiş insan ağlı.
Xəlvətdə,
aşkarada
kəsəndə ağacları,
Özünə
ev tikəndə
Bu adam bilməmiş ki?
Yıxır
quşların evin...
***
Götür
apar məni, hara istəsən,
Təki dərdlərimdən aralı düşüm.
İtim
ilim-ilim, tapan olmasın,
Ta mən
itiyimi tapana kimi.
Nə
ahım yetişir, nə də fəryadım,
Gecəli gündüzlü, ha yol gedirəm.
Dağ aşsam, çay keçsəm,
Nə dərdim olar?
Eləcə düzəngah uzanıb gedir.
Girəvə
gəzirəm, qaçım əlindən,
Yayınım gözündən taleyin, bəxtin.
Axtaran
tapmasın,
Ya qeybə
çəkilim, ya daşa dönüm,
Ta mən
itiyimi tapana kimi.
***
Dost
hanı, yar hanı?
Dərd çəkən ortada, dərd verən hanı?
Allah, mələkləri soraqlayıram.
Can verən
ortada, can alan hanı?
Min sual
eylədim,
Bir cavab aldım.
Çəkil
bir hücrəyə,
Yorma yolları.
Axtaran
tapmayıb,
İstəyən
alıb
Allahın
yanında
axtardıqların.
***
Necə
xoşbəxt olum...
Sən gülməyəndə.
Sevinə
bilim...
Beş
barmağım qızıla dönsə,
Bal
tökülsə dilimdən
Canım necə əziz olar?
Həyat necə şirin olar?
Sən
olmayanda...
Azadə Novruzova
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, ¹25.- S.25.