Bir az mənəm
İştah
açdı gördüyümə,
Surumu var dərdiyimə?
Halal olsun
verdiyimə,
Bir az sənsən, bir az mənəm.
Ayrıla
bilmədik bizdən,
Mayamız tutulub sözdən.
Gələn
o üzdən, bu üzdən
Bir az sənsən, bir az mənəm.
Cütləşdik, bir cütük nədi?
Xəyalımnan ötdük nədi?
Məbəddik, ya Bütdük nədi?
Bir az sənsən, bir az mənəm.
Öz dərdimnən
özüm öldüm,
Öz dərdimə özüm "güldüm".
Aldım
böldüm,verdim böldüm,
Bir az sənsən, bir az mənəm.
Hələ ki
Mən eşqimin əndazəsin
aşmışam,
Burasını buraxmışam, çaşmışam?
Köpüklənib
öz bətnimnən daşmışam,
Sədasını bəyənmişəm hələ
ki.
Yazı
yaydan ayırmadı, ayırdım,
Çınqısını yerdən göyə
sovurdum.
Eşqimi
öz daxmasında qovurdum,
Ədasını bəyənmişəm hələ ki.
"Ürəyimlə
vurulmuşam" deyirsə,
"Öz
suyumda durulmuşam" deyirsə,
"Məhəbbətdən
yoğrulmuşam" deyirsə,
Nidasını bəyənmişəm hələ ki.
Naz eyləyir,
naznazıymış bu gözəl,
Qışdan
gələn öz yazıymış bu gözəl,
Rubabımın
saz - sazıymış bu gözəl,
Odasını bəyənmişəm hələ ki.
Azar verir, azarını görəmmir,
Alış-veriş
bazarını görəmmir,
Dəmir
boyda yazarını görəmmir,
Qadasını bəyənmişəm hələ ki.
Bilmirəm
Daraşan
daraşıb yenə başıma,
Alnımın tərini yığa bilmirəm.
Getdiyim
yollar da düşüb tərsinə
Yönlənib sola, ya sağa, bilmirəm.
Qalmışam gecəylə
gündüz arası,
Mən
baxtı qaranı de, kim sorası?!
Sən mənim
ömrümün təkcə parası,
Sənə Xan deyim, ya Ağa, bilmirəm?!
Üz
tutdum göylərə, sədam gəlmədi,
Mən
can verib öldüm, ölən ölmədi.
Sözümü
Allaha dedim, bilmədi,
Yaxşı ki dözdüm bu dağa, bilmirəm.
Verdiyi
ağrılar çıxmır canımnan,
İnsafsız bir kərə ötmür yanımnan.
Zülmünü
çəkirəm gedən anımnan,
Kim gələr-gəlməz, o çağa, bilmirəm.
Buludlar
bulanıb, ağlaşma qurub,
Şimşək
hədələyib, ildırım vurub,
Yolumun
üstündə xeyir-şər durub,
Deyirəm, bəlkə gün doğa, bilmirəm?!
Aranı
qaranlıq görürəm daha,
Dərdimin çarəsi satılır baha.
Məəttəl
qaldım bu boyda günaha,
Mətərisim hara sığa, bilmirəm.
Gəldim
Sən tək sənə sənnən baxdım.
Halalın gözümə tıxdım.
Sıyrıldım,
özümnən çıxdım,
Qılınctək qınına gəldim.
Xavər
vardı, Gövhər vardı,
Hər kəsdə
bir gövhər vardı,
Məni
sevən-sevər vardı,
Adına, sanına gəldim.
Yerişimi
ütülədim,
Kəsərini itilədim.
Tez-tələsik
ütülədim,
Bu eşqin sonuna gəldim.
Qohumsunub
qanıxmışdım,
Sınağında sınıxmışdım.
O üzdən
də yanıxmışdım,
Susadım, yanına gəldim.
Hələlik
Öz
ağrımı mən özümnən almışam,
Ağrı-acı içindəyəm hələlik.
Qayğılarım
nə çoxuymuş, bilməzdim,
Əkən olub, biçimdəyəm hələlik.
Gözətçimiz
gözgörəti mürgüdə,
Adətini oğul istər tərgidə.
Quru
başlar paslanıbdı sərgidə,
Dəstələnib köçündəyəm hələlik.
İstilədi,
isitmədi istimi,
Hiss elədi,
eləmədi tüstümü?
Sınağında
sınamışdı şəsdimi,
Var-yoxunun heçindəyəm hələlik.
Aldanmışam
neçə ada adınnan,
Unudulmur, unudulan yadınnan.
Allah
saxlar bədnəzərin badınnan,
Seçən seçir, seçimdəyəm hələlik.
İlişmişəm
qarmağının ucuna,
Dolayıbdı
barmağının ucuna,
Çoxdan
məni götürmürmüş qucuna,
Ürəyinə pərçimdəyəm hələlik.
Bayatılar
Yozulan yol
dar olur,
Yan-yörəsi
qar olur,
Mənim
qada-balamı
Alan elə yar olur.
Mən
aşiq, yara dedim,
Dərdimə
çara dedim,
Gələsiydi,
gəlmədi,
Baxtıma
qara dedim.
O üzdən
gələnə bax,
Bu üzdən
gülənə bax,
Bu bədbəxt
halımı
Dərd bilib bölənə bax.
Mən
aşiqəm, gün gəldi,
Bulud gəldi,
çən gəldi,
Çox
şükürlər Rəbbimə,
Gözlədiyim gün gəldi.
Mən
aşiqəm, gəlinə,
Söz var belə gəlinə?
Qismətimə
tuş gələ,
Fürsət düşə əlinə.
Mən
aşiq, o gələnə,
Gözlərindən gülənə.
Allah
özü qorusun
Mənnən xəbər bilənə.
Mən
aşiqəm, üzünə,
Üzü üzdü, üzü nə.
İstəyi
var gəlməyə
Üzü gəlmir özünə.
Mən
aşiqəm, çölünə,
Qırov düşüb telinə.
Gələn
yarın özüdü,
Çiçək verdim əlinə.
Mən
aşiqəm, xalına,
Dodağında balına.
Özgəsinə
inanma,
Yad yanarmı halına?
Sənsiz
Gecəni
gündüzə qatmışam, oof!
Göydən
tutub, göyə çatmışam, oof!
Əcəlin
tərinə batmışam, oof!
Bu minvalla səni gəzirəm, sənsiz.
Baxanım
baxmadı oysanıb burda,
Oxşayır dərəsi kimsəsiz qurda.
Nəfəsin
dəymir nə vaxtdı bu yurda,
Yaxşı ki, salamat dözürəm, sənsiz.
Gedişin
zülməti ərşə dayanır,
Eşqin harda susub, məndən yayınır?!
Gecələr
gözümün didəsi yanır,
Göydə ulduzları süzürəm, sənsiz.
Hərdən
yuxu gördüm, məhəbbət sayaq,
Can cana möhtacmış, can cana dayaq,
Bu eşqin yığvalın de, hara qoyaq?
"Can"
dediyin kəsi üzürəm, sənsiz.
Hardasan?
O vaxtdan
salmırsan yadına məni,
Tamarzı
qoymusan dadına məni,
Gəl,
qonaq elə o qadına məni,
Mənim
tanıdığım adam, hardasan?
Günahımmı
mənim adam olmağım?
Qalıb sənnən xeyir-dua almağım.
Bəs elədi
mənə sadiq qalmağım,
Mənim
tanıdığım adam, hardasan?
Dağımı yanıltdın, cod adam kimi,
Cismimi
üşütdün, od adam kimi,
Eh!
Əndişələndin, yad adam kimi,
Mənim
tanıdığım adam, hardasan?
Sən
olmayan yerdə əli yalınam,
Bəlkə mən deyiləm, bəlkə yalanam?
Sənin
balacanam, sənin balanam,
Mənim
tanıdığım adam, hardasan?
Dəmir Çeşməli
Ədəbiyyat qəzeti 2024.- 6 iyul, №25.- S.27.