Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında

 

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə MərkəzininAzərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdəlayihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmişPoçt qutusuhekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber alman dili mütəxəssisi Cəfər Cəfərovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı şairlərin yaradıcılığına yer ayırır.

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 13 iyul, ¹26.- S.24.