Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr olunan ədəbi-bədii gecə
- təşkil edilib
Beynəlxalq Muğam Mərkəzində
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) 90 illiyinə
həsr olunan ədəbi-bədii gecə
təşkil olunub.
Müxtəlif ölkələrin tanınmış
qələm adamlarının,
Azərbaycanın görkəmli
şair və yazıçılarının iştirak etdiyi tədbirdə əvvəlcə
Dövlət Himni səsləndirilib, ərazi
bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yubiley gecəsini
giriş nitqi ilə AYB-nin katibi, şair, tərcüməçi Səlim
Babullaoğlu açıb.
O, AYB-nin XX əsr Azərbaycan tarixində misilsiz rolundan danışıb, qurumun yubileyinin ilk dəfə bütöv Azərbaycanda keçirilməsini
tarixi hadisə adlandırıb.
AYB-nin fəaliyyətinin
Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək
qiymətləndirdiyini deyən
Səlim Babullaoğlu
birliyin onun qarşısına qoyulan missiyanı böyük uğurla yerinə yetirdiyini bildirib.
AYB-nin sədri
Xalq yazıçısı
Anar çıxış
edərək 1937-ci il
repressiya qurbanlarının
xatirəsini yad edib, onların nakam talehlərindən söhbət açıb.
AYB-nin 90 illik keşməkeşli və
şərəfli tarixi,
yazıçı-şairlərimizin fəaliyyəti, ədəbiyyatımızın
inkişafı barədə
fikirlərini bölüşən
Xalq yazıçısı
Anar müstəmləkəçilik
dövründə Azərbaycan
dilinin yaşadılmasında,
təbliğində yazıçı-şairlərin
böyük rolunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı
Prezident İlham Əliyevin ölkəyə
rəhbərlik etməyə
başladığı ilk
günlərdən ədəbiyyatımıza,
mədəniyyətimizə xüsusi diqqət və qayğı göstərdiyini deyib.
Xalq yazıçısı
Anar AYB-nin yubileyi ilə əlaqədar ölkəmizə
müxtəlif türk
dövlətlərindən qonaqların təşrif buyurduğunu söyləyib,
qonaqlarla birgə ötən üç gün ərzində Şuşadakı səfərin
təəssüratını bölüşüb. O, Ali
Baş Komandanın və şanlı Ordumuzun şücaəti nəticəsində Şuşanın,
bütöv Qarabağın
azadlığının böyük
tarixi səadət olduğunu vurğulayıb.
AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli isə çıxışında AYB-nin keçdiyi yola nəzər salıb, qurumun ölkəmizdə ədəbiyyatın
və ədəbiyyatşünaslığın
inkişafında, eləcə
də yazıçılar
nəslinin yetişməsində
müstəsna xidmətləri
olduğunu bildirib.
Akademik İsa
Həbibbəyli qeyd edib ki, Azərbaycan
Yazıçılar Birliyi
daim azərbaycançılıq
ideologiyasına şərəflə
və məsuliyyətlə
xidmət edib və xalqımızın
ən görkəmli yazıçıları bu
quruma rəhbərlik ediblər. Sovet hakimiyyətinin ən sərt illərində belə AYB ədəbiyyatımızı,
milli kimliyimizi, ana dilimizi qorumaq
üçün əsl
qəhrəmanlıq nümayiş
etdirib.
Xalq yazıçısı
Anarın Azərbaycan
Yazıçılar Birliyinə
sədrliyini yüksək
qiymətləndirən akademik
İsa Həbibbəyli
onun AYB-ni öz fəaliyyətində
yeni mərhələyə
qaldırdığını, Azərbaycan ədəbiyyatının
keşiyində dayandığını,
eləcə də yazıçı və şairlərimizin yeni nəslinin yetişməsində
mühüm işlər
gördüyünü vurğulayıb.
O, həmçinin AMEA ilə
AYB-nin arasındakı
sıx əlaqələrdən
bəhs edib.
Daha sonra
mədəniyyət nazirinin
müavini Fərid Cəfərov nazir Adil Kərimlinin adından yazıçı
və şairləri
90 illik yubiley münasibətilə təbrik
edib, xoş arzularını çatdırıb.
Nazir müavini tədbirdə türk dövlətlərindən gələn
qonaqların iştirakını
ədəbi-mədəni əlaqələrin
inkişafı baxımından
yüksək qiymətləndirib.
AYB-nin birinci
katibi Xalq yazıçısı Çingiz
Abdullayev indiyə qədər birliyin sədri olmuş görkəmli şəxsiyyətlərin
üzləşdiyi haqsızlıqlardan
danışıb. O, həmçinin
Birinci Qarabağ savaşında övladı
şəhid olmuş
11 yazıçı-şairin xatirəsini ehtiramla yad edib.
Tədbirdə Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova,
TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, məşhur türk şairi Ataol Bəhramoğlu, Türkiyənin
“Elm və Ədəbiyyat Əsəri
Sahibləri” İctimai
Birliyinin (İLESAM) sədri
Mehmet Nuri Parmaksız, “Türk Ədəbiyyatı” dərgisinin
baş redaktoru İmdat Avşar, qırğızıstanlı şair
Joldokbek Monoldorov, Özbəkistan Yazıçılar
Birliyinin sədr müavini Minhaciddin Mirzo, AYB-nin Ağsaqqallar şurasının
sədri Xalq şairi Nəriman Həsənzadə, Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru akademik Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin
katibi yazıçı
Elçin Hüseynbəyli
çıxış edərək
təbriklərini çatdırıblar.
Yubiley tədbirində
AYB-nin katibi İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Milli Məclisin Mədəniyyət komitəsinin
eksperti Əkbər Qoşalı şeirlərini
səsləndiriblər.
AYB sədrinin müşaviri, şair Sayman Aruz o taylı-bu
taylı ədəbiyyatımızın
ağrılarından, Araz
boyda həsrətin ədəbiyyatımızdakı inikasından, Azərbaycanda
yazıb-yaratmış güneyli
yazıçı-şairlərdən bəhs edib.
Tədbir əbədi-bədii hissə ilə davam edib.
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.2.