Bir bürkülü iyul
axşamı
Qonşumuz Əhməd atası ölən gün
qızdırmadan yananda,
başının üstündə
nənəsi ağlayanda,
Qonşumuz Əhməd yerindən
dikəlib
məzlum-məzlum baxanda,
baxıb-baxıb
qara yaylıqlara axıb-axıb:
"Məktəbə gedəndə,
uşaqlar atamı soruşanda,
xar tut dəyəndə,
köynəyim bulaşanda,
Alagöz
itəndə,
yonca bitəndə
bu qədər camaata nə deyəcəm?"
- Qonşumuz Əhməd hönkürəndə
bayatıların səsi batanda
bir bürkülü iyul axşamıydı.
Bir bürkülü
iyul axşamıydı,
iyul axşamıydı lap bürkülü.
Qonşumuz Əhmədin istidən
öldüyü,
atasının eləcə öldüyü
iyul axşamıydı.
Elə axşamıydı, elə...
Bağda
meyvənin yaxşı
vaxtı,
ən yaxşı vaxtı,
lap yaxşı vaxtı öldü qonşumuz Əhmədin atası.
Qonşumuz Əhməd sübh
çağı -
atasının vida vaxtı
Bağa
tərəf boylanıb:
"Meyvənin bu vaxtı adam da ölər?"
- dedi, ağzında şirəni tamsınıb,
əriyi
tamsınıb,
gilası
tamsınıb,
ağzının dadının son axşamıydı.
Qonşumuz Əhməd qızdırmadan
yananda,
Əriyin
yanağı qızaranda
sübh
çağı qara rəngdə açılanda
Bir bürkülü iyul axşamıydı.
Küknar meşəsindən düşmüşdü
axşam,
düşməmişdi,
hardansa gətirib salmışdılar
qonşumuz Əhmədin atası
ölən axşamı.
Hava dayanmışdı,
su dayanmışdı,
Allah da dayanmışdı.
Ayaq saxlamışdı küçədən
keçənlər.
Əlini
əlinə vurub elə hey deyirdilər:
"Yazıq Əhməd, yazıq Əhməd..."
Yetim qaldı qonşumuz Əhməd
Bir bürkülü iyul axşamı.
Sərçələrin iyunu
Günəş
pərdəni ram edib
şığıdı yazı masasına.
Hardasa bir qoca
baxarkən əsasına
hovuza tullanan uşaqlar
əl elədi səmaya.
Yuxarı
mərtəbədəki qonşu
eyvana çıxıb palaz çırpanda
radiodakı nəğməyə səs verdi.
Gurultuyla
gələn leysan
tez səngidi.
Kim isə çağırır
kimsəni,
Kim isə salam verir
əvvəlkindən daha tez.
İndi səhər tələsir,
yubanır gecə.
Xəzri
əsir...
İyundu.
Qaldırımlar rəngini dəyişir,
Tut boyayır səkini.
Küçələr məst,
insanlar sərməst,
günlər, saatlar xoş.
Payıza
qalmayan toyların səsi
təzə ayın bağrından
qopur.
Açıq havadakı çayxanalar
söhbətgaha çevrilir.
Fatmayi bağlarında sayrışır
meynələr.
Gözləyir qonağını dənizkənarı
restoranın
gənc,
yaraşıqlı
universitetin qiyabisində oxuyan
ofisiantı.
Fəvvarələrin ecazkar fontanı
çiləyir damcılarını öz kölgəsinə.
İyundu.
Sərçələr
tut ruzisini dadıb cikkildəşir,
Boğazlarını qamaşdırır
şirə.
Sərçələr gölməçələrdə
çimişir,
elə yaraşırlar şəhərə...
Sərçələr yad ölkələrdən
qayıdan quşları
doğma
nəvazişlə qarşılayır;
daimi sakin kimi...
Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.
İyun
sərçələrin iyunudu,
hər yer sərçələrin...
Salam Sarvana məktub
Ey qoca şeirimizin salam-məleyk qapısı,
Nə oldu birdən-birə əcəl buludlarına?!
Yağış yağandan sonra
ətri gələn torpağın
Hər qarışı səsləyər
təbib nəvazişini.
Çağırmaq istəyəndə
ölülərin ruhunu
Köməyə çata bilər
Füzulinin nəfəsi?
Qapını örtənlərin yox
idimi insafı?
Törəyə bilmədilər min budağ
cücərdənlər,
Cücərtdilər baharın ilkin pöhrələrini.
Xatırlamaq ağırdı... hökmü
qəti zamanın
Sərəncamı qurutmaz güllərin
şirəsini.
Seyr elə, zülmə axan yaşların saflığını
inci dənəsi kimi düzümmü çal
zülfünə?
Ey nəzm mülkümüzün
biyaban sərgərdanı,
Hanı
yüyəng yiyəsi,
boz köhlənin cilovu?
Məhəbbət umanların ahı
ərşə ucaldı,
Bu dünya vaxtla deyil, sözlə birgə qocaldı.
Bu vəfadan iraqlar hansımızdan öc aldı?
Belə
olur görəsən,
yaşamağın hesabı?
Bəlkə ümid saxlayaq durnalar qayıdana?
Ki alnımız
açılıb qələmin
hökmü sarı,
Əzəl-əcəl oynunun kimdi astanasında?
Bəs soruşan olmadı könlümüzün fərəhin
-
Uçdu
qanadlarında kəmfürsət
arzuların.
Vida saatımıza inansaydıq
əzəldən,
Nə mənası olardı açılan sabahların?
Nə oldu ki, inandıq ölümün gəlməyinə?
O həmin nəfəs idi - həyatın kandarından
bu qoca kainatı pıçıltısı bürüyən
O həmin qələm idi - öz sivri
ucu ilə
kədəri kölgəsində sonsuzluğa
sürüyən.
Bir şairin ağrısız
yoxmu yaşamaq haqqı?
Adaşım daş
Təkcə adımı həkk etdiyim daş qalıb -
Qalib daş...
Rəngini, duruşunu dəyişməyən
Anam mənə süd verəndə necə var elə,
Qoca nənəm can verəndə
necə var elə,
Atamız
qışqıranda tək
yerini dəyişməyən
-
Qəlib
daş... Dözümlü
daş...
Gedib çıxanda məni salamladı
Məndən sadiq, məndən
vəfalı daş.
Hanı
biz evimizdən çıxanda
Göydən yerə yağan
daş?
Hanı
ölənlərim, olanlarım?
Elə bircə daş sağ qaldı?
Dərd
daşım,
Sirr daşım,
Qardaşım daş, atam daş,
Məni
sinəsində yaşadanım,
Adımı yadında saxlayan
daş.
Gördüyüm ən qonaqpərvər,
ən canıyanan, ən qoçaq.
Vətənə məndən yaxın,
Vətəni məndən çox
sevən
Soy daşım,
Ad daşım,
Məndən vəfalı adaşım.
***
Məni
unudun
Unutmaq istəməyəndə
Məni
unudun.
Guya, heç tanımamısınız.
Unudun, solmuş çiçəklər
kimi,
Sonuncu namaz qılan müəzzin kimi,
unudun məni.
Məni unudun
guya kim imişəm bu hamının içində,
Məni
unudun
hamı
olmayanda, bir mən qalanda
Unudun, kimsəsiz daxmalar kimi,
dükanı bağlayıb səhərə
çıxmayan baqqal
kimi
unudun məni.
Məni
unudun,
səsimi
də siləsiniz gərək,
Məni
unudun,
barmaqlarım gəzən hərflərin
hamısını da.
Unudun, sonsuz adamlar necə unudulursa,
Unudun, bir də qayıtmayan
gedənlər kimi.
Məni
unudun elə bu saat, bu
dəm,
unudun məni, bütün quruyan nəmlər kimi,
bütün köhnəlməyənlər kimi unudun məni...
Əlisəmid Kürə...
Alnının qırışından,
taleyin qarğışından,
şikəstə oxuyan aşığa
ağlamağından tanıyıram mən səni...
ağla,
Kürüm, ağla,
mən ölüm.
Saçının
ağlığı taleyin
qara oyunu,
dara atların telini,
ara bu ömrün toyunu -
Bir qol qaldır,
çağla, Kürüm, çağla,
mən ölüm.
Torpağımı cadar-cadar
gördüm, böyüdüm,
qarğadım Günəşə,
sonra tez yalvardım Aya,
məni
bağışlasın deyə...
Əllərini cadar-cadar görəndə
əlimi
əlimə vurub
bir şaqqanaq çəkdim
bu nainsaf dünyaya,
bu naqolay gərdişə.
Açdın qollarını əzaba
sarı,
bağla,
Kürüm, bağla,
mən ölüm.
***
Evlər
var, içində ağaclar
bitir,
Evlər
var, tənhadı qovaqlar
kimi.
Evlər
var, içində adamlar
itir,
İtir,
birdən sönən
çıraqlar kimi.
Evlər
var, qapısı kiliddən
qaçır,
Evlər
var, kilidi pasın içində.
İlahi,
bu adam özündən
qaçır,
Min ildi toy qurur yasın içində.
Evlər
var, min yerdən pəncərəsi
var,
Evlər
var, sirri bir, otağı birdi.
Evlər
var, damının rəngi
min cürə,
Soruşsan, dərdinin ortağı
birdi.
Evlər
var, içində ağaclar
bitir,
Evlər
var, dağılır yeri,
yağışdan.
Evlər
var, səs salır ulduza, aya,
Evlər
var, sağ çıxıb
qanlı savaşdan.
Bir doğma hənirti evi isitdi,
Pərdə-pəncərəni bağrına basdı.
Bir işıq min evə şölə saçardı
Xoşbəxtlik körpüsün qurmaq
olsaydı.
Laçın, 2023
Məmməd İsmayıla
Ömrün-günün
bu qovhaqov çağında
bir həkimin bıçağında
qan,
kiminsə isti ocağında
soyuq hənirti olmasın...
şairə deyin, ölməsin...
Əgər sıxsa onu şəhər havası,
ruhunu incitsə ambulans səsi,
neçə dəfə qucaq
açsa
xəstəxana dəhlizi,
o həmin adamdı, qorxu olmasın...
şairə deyin, ölməsin...
özü kəndin yadındadı,
adı kəndin yadında,
misrası dilimin altında...
neçə ürək döyünür
ürəyinin səsiylə,
bir böyük ocaq isinir
şairin
nəfəsiylə...
hicran pəncərəsini örtün,
soyuq olmasın...
şairə deyin, ölməsin...
məni
gözləyənlərdən biri də sən
ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim,
gözlə,
gözünə ehtiyac,
sözünə möhtac,
misrana
ac olanlar var...
gözlə, kimsə naəlac
olmasın...
şairə deyin, ölməsin...
Gəncə, 2023
***
Sağ olun, asta gedin,
doymadım,
gedən
ayağınıza qurban
olardım,
mən siz deyən olmadım, olmadım,
siz də mən deyən olmayın...
Sağ olun, arxaya dönməyin,
görməyim,
görsəm, ürəyim yumşalar,
naçaram,
üzünüzə bağlı qapı açaram, dinməyin,
hardasız bilməyim, bilməyim.
Yuxalmışam, dolmuşam, sərgərdan...
məni
yumşaq bilib yeməyin, ölməyim.
axı ürəyimdə sözüm
çox qalıb,
sizə
necə deməyim, ölməyin?!.
Nadir Yalçın
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.4.