Jak PREVER

(1900-1977)

 

 Fransanın tanınmış şairi, nasiri kinossenaristi olub. Sürrealizm simvolizm tərzində əsərlər yazmasına rəğmən, solçu kommunist sənət xadimlərinin yaxın dostu imiş.

1933-cü ildə o, Fransa Kommunist Partiyası nümayəndə heyətinin tərkibində Sovet İttifaqını ziyarət edib, ölkəni gəzib, irimiqyaslı quruculuq işlərilə tanış olub. Ölkəni tərk etməzdən əvvəl fransalı qonaqlara səmimi dəvət üçün ölkə lideri İ.V.Stalinə təşəkkür məktubunu imzalamaq təklif olunub. Hamıdan əvvəl Prever birmənalı şəkildə bundan imtina edib nümayəndə heyətinin digər üzvləri bu məsələdə onu dəstəkləyiblər.

250 səhifəlik ilk şeir toplusu "Sözlər"i o, ədəbi imzasının yetərincə məşhur olduğu bir vaxtda, yəni 1946-cı ildə, həm dünyanın istənilən şairinin həsəd aparacağı bir tirajla çap etdirib - 3 milyon nüsxə! Həmin kitaba şair könlünün diktəsilə yazdığı, lirik olduğu qədər ziddiyyətli etiraf müşahidələrin ağlasığmaz qarışımından ibarət mətnləri salıb. Qələmə alarkən, o, bunları vaxtsa çap etdirəcəyini heç ağlına da gətirməyib. Elə bu səbəbdən müharibədən çıxmış Fransada səmimiyyətdən yoğrulan bu şeir kitabı görünməmiş bir maraqla qarşılanıb qısa müddətdə tiraj tükənib. 

Çağdaşlarından Jan-Pol Sartr Jak Preverə dərin heyranlıq duyub, onu "şeirdə gözüqara islahatçı" "anarxist xülyalı biri" adlandırıb. Digər nobelçi yazar Alber Kamyu isə şairi "özünü Qoyya kimi aparan lirik təlxək" sayıb.

Soydaşlarının bu cür ziddiyyətli yanaşmalarına hər hansı məhəl qoymayan Prever sərbəst şeirdə qafiyədən ümumiyyətlə imtina eləmişdi. Onun üçün şeirdə ən vacib məqamlar daxili ahəng misraların əsrarəngiz melodiyası idi.

O deyirdi:

"Yazacağım mövzu ilə bağlı seçdiyim sözləri mən sərbəst şəkildə ortaya qoyur, onların hansı intonasiya ilə necə oxunacağını heç kəsə diktə eləmirəm. Qoy hər kəs şeirlərimlə sərbəst davransın, onlardakı daxili ovqata uyğun intonasiyalar tapsın".

Preverin ssenariləri əsasında çəkilən 12 bədii film geniş tamaşaçı kütləsi tərəfindən kifayət qədər rəğbətlə qarşılanıb. Bunların sırasına "Cənab Lanjın işlədiyi cinayət" (1936), "Qəribə dram" (1938), "Gün başlanır" (1939), "Cənnət uşaqları" (1945), "Paris Notr-Dam kilsəsi" (1956), "Balaca əsgər" (1948), "Kral quşcuğaz" (1980) digərləri daxildir. 

Şairin önəmli kitabları isə bunlardır: "Ailə xatirələri ya Qoruyucu mələk" (1930), "Torpağa sancılmış süngü" (1936), "Hadisələr" (1937), "Əhvalatlar" (1946), "Nağıllar" (1947), "Tamaşa" (1951), "Yağış vedrə" (1955), "İzisin sirki" (1965).

 

 

Azad YAŞAR

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.5.