Yük ağır, yol da yoxuş - Abbas Səhhət olmaq

 

XX əsrin əvvəlində yaranmış ədəbiyyat mənəviyyata milli kimlik, milli mənlik ovqatının aşılanması baxımından xüsusi önəm kəsb edir bütün dövrlər üçün görk edilə biləcək səviyyədə ona üz tutulmasına layiqdir. Mənəvi səfərbərlik ruhunun dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı ətrafında birləşdirilməsində XX əsrin əvvəllərinin milli özünüdərk, milli istiqlal idealı ilə yoğrulmuş poeziyasının xidməti əvəzsiz olmuşdur. Bu dövrdə poeziyada nəsrdə tərənnüm milli özünüdərkdən doğan milli ləyaqət şərəfin vəsfi digər mövzu problemləri kölgədə qoymuşdur. Milli triadamızın banisi Əli bəy Hüseynzadənin böyük yurd sevgisinin təzahürü kimi gerçəkləşən ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan "Hali-vətən" nümunəsindən tutmuş "Ey vətən, ey pəriyi-vicdanım/ Səni sevmək deyilmi imanım" kimi - Hadinin vətəni sevməyin düsturunu yaradan misralarına qədər ucsuz-bucaqsız sevgi, sonsuzluq işarəsi...

Vətənə bəslənən müqəddəs sevginin memarları arasında dayanmağa bir şairin haqqı çatır: Abbas Səhhətin! "Vətənin neməti nisyan olmaz/ Naxələflər ona qurban olmaz". Bu şeirin 115 yaşı var 115 ildir ki, yetişən yeni nəsillərin vətənlə bağlı ən munis duyğularının formalaşmasında arbitr rolunu oynamaqdadır. "Azərbaycanda hər kəsin təkcə ruhunda deyil, həm qanında bir parça "Vətən" şeiri vardır. "Südüdür, kim dolanıb qanım olub...". "Vətən" şeiri ilk dəfə Mahmudbəyovla Səhhətin bir yerdə hazırladıqları "Yeni məktəb" ("Üçünci il") dərsliyində çap olunub. Kitab üçüncü sinif şagirdlərinin dərs kitabı idi. Bir az əvvəl, "İkinci il" kitabında dərc olunmuş uşaq şeirlərinə görə Əli bəy Hüseynzadə Abbas Səhhətin dilini tənqid etmişdi. "Üçüncü il" kitabında isə artıq Səhhət təshih olunmuş, işlənmiş bir dillə "Vətən" şeirini yazırdı. Azərbaycanı həm Səhhətin "Vətən" şeiri yaratdı" (Azər Turan).

 

***

Abbas Səhhət haqqında ilk mötəbər fikri ötən əsrin əvvəllərində Hüseyn Minasazovdan oxuyuruq, fəqət ilk konseptual, monoqrafik tədqiqat kontekstində qiyməti Kamal Talıbzadə verib. Alimin yazdığı "Abbas Səhhət" monoqrafiyasını "Romantizmin Abbas Səhhət yaddaşı"nın bərpası naminə atılan ilk addım hesab etmək olar. Tədqiqat əsərinin fundamentallığı, pozitiv xarakteri özəlliyi məhz bu cür yanaşma metodunun dominantlığı ilə şərtlənir. Abbas Səhhətin həyat yaradıcılıq yolunu, onun məram-məslək çalışmalarını kompleks şəkildə tədqiqata cəlb edən müəllif bir gerçəkliyi qətiyyətlə birmənalı şəkildə bəyan edə bilmişdir: "...şairin yaradıcılıq metodu hər şeydən əvvəl romantizmin ideya-bədii xüsusiyyətləri ilə səsləşir". Bu o zaman idi ki, romantizm haqqında baş alıb gedən mübahisələrdə "həqiqət" daha çox yad ideologiyaya işləyir, şəxsiyyətlər onların təmsil olunduqları cərəyan üslublar deformasiyaya məruz qalaraq xalis, təbii naturasından məhrum formada təqdim olunurdu. Kamal Talıbzadənin monoqrafiyası isə artıq ortodoks marksist təlimlərinin davamı olmayıb, nisbətən sərbəst sənət hadisəsi kimi təzahür etmişdir. Ümumiyyətlə, Abbas Səhhət Kamal Talıbzadənin bütün yaradıcılığında iştirak edib. "Qorki Azərbaycan" monoqrafiyasında Qorki - Abbas Səhhət ədəbi təsir qarşılığı baxımından, "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasında isə "yeni şeir" konsepsiyasının ideoloqlarından biri kimi.

Bəli, Abbas Səhhət həmkarı Sabir kimi XX əsrin əvvəllərində "yeni şeir"i yaradanlardan idi. 1905-ci ildə "Yeni şeir necə olmalıdır" adlı məqaləsində bunu həm konsepsiya olaraq irəli sürür, həm şeirləri timsalında əyaniləşdirirdi: "Şeirin, sənətin qarşısında böyük ictimai vəzifələr durur. Odur ki, biz daha rindanə yazmamalıyıq, xalqın dərdlərinə, ehtiyaclarına biganə qalmamalıyıq. Zəhmətə qatlaşmalı, çətinliklərdən çəkinməməliyik".

Səhhət imzasını qoyduğu hər şeydə tərəqqiyə, yeniliyə imza atmağa çalışırdı, "dəyişməkdir tərəqqinin əsası", - deyirdi. O, şeirlərində gərdişə, taleyə, həyata, dünyaya, cəmiyyətə, insana münasibətdə fərqli yaradıcılıq imkanları meydana qoyaraq özündən sonrakı bütün prosesə təsir göstərirdi. A.Səhhətin Sabir haqqında söylədiyi məşhur fikir var: "Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı". Bu fikri müəyyən mənada elə onun özünə aidləmək olar. Xüsusilə, poemaları, uşaqlar üçün yazdığı şeirləri ilə Abbas Səhhət XX əsrin birinci yarısının şeir havasına yeni nəfəslə daxil oldu, bütün estetik iqlimi dəyişdi, poeziyanın ritmini, ahəngini, bədii mənzərəsini, ovqatını başqa səmtə yönəltməyə müvəffəq oldu.

 

***

XX əsrin əvvəllərində milli uşaq ədəbiyyatımızın ictimai-bədii fikrin inkişafında əlverişli tarixi-mədəni mühit, maarifçilik, o cümlədən cədidizm hərəkatı, xalqların oyanıb öz varlıqlarını ifadə etmək əzmi ilə ortaya çıxması s. mühüm rol oynamışdır. Milli uşaq ədəbiyyatının dərsliklərin formalaşdırılıb inkişaf etdirilməsi uğrunda başlanan hərəkat, ziyalılarımızın qarşılaşdıqları bütün maneələrə baxmayaraq, XIX əsrin sonları, XX əsrin əvvəllərində getdikcə canlanmağa başladı. Bu işdə bir çox ədib, pedaqoq, maarif mədəniyyət xadimləri ilə yanaşı, Abbas Səhhətin müstəsna xidməti olmuşdur. Həmin dövrdə Azərbaycan uşaq ədəbiyyatına dair bədii tərcümələr ən çox Krılov təmsillərindən olmuşdur. Bu böyük sənətkarın təmsillərini dilimizə tərcümə edənlər arasında Səhhət vardı. Diqqətəlayiq haldır ki, milli uşaq ədəbiyyatımız, əsasən, bədii tərcümələrdən ibarət olmadı; bu sahədə kifayət qədər istedadlı, həm pedaqoji mühitə uşaq dünyasına yaxından bələd olan S.M.Qənizadə, A.Səhhət, A.Şaiq, M.Ə.Sabir, S.S.Axundov digər müəlliflər fəallıq göstərdilər. Onların sayəsində klassik milli uşaq ədəbiyyatımız formalaşıb inkişaf etdi.

XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının inkişafında 1906 1907-ci illərdə Bakıda keçirilən I II müəllimlər qurultayları, onların qəbul etdikləri qərarlar milli uşaq mətbuatımızın yaranması da mühüm rol oynadı. Həmin hadisələr uşaq ədəbiyyatı sahəsinə gənc yeni istedadlı nümayəndələrin gəlməsinə səbəb oldu. Belələrindən biri görkəmli şair-pedaqoq Abbas Səhhət idi. İlk milli uşaq jurnalı olan "Dəbistan"ın nəşrini digər həmkarları: M.Ə.Sabir, S.S.Axundov, H.Zərdabi, S.M.Qənizadə, R.Əfəndizadə, F.Köçərli, N.Nərimanov, A.Şaiq, M.Mahmudbəyov, F.Ağazadə b. kimi hərarətlə qarşılayan A.Səhhət burada "Fədayi-intibah, yaxud amali-vətənpərvəranə", "Qəzet nədir?" "Firdovsül-ətfal, yaxud çocuqlar bağçası", "Ana oğul", "İt kölgəsi", "Sərçə Qırğı" s. şeirlərini çap etdirmişdir.        

"Dəbistan"dan sonra nəşrə başlayan ikinci uşaq jurnalımız "Rəhbər"də A.Səhhət fəal çıxış etmişdir. O, "Dəvət", "Nidayi-millət, yaxud amali-vətənpərvəranə", "Təbliğ, yaxud kütahbeyinlərə cavab", "Naleyi-təhəyyür, yaxud millətə xitab" şeirlərini bu jurnalın səhifələrində oxucuların mühakiməsinə vermişdir.

A.Səhhətin "Rəhbər" jurnalında fəal iştirakı onun öz həmyerlisi, görkəmli müəllim pedaqoq, "Rəhbər"in naşir redaktoru Mahmud bəy Mahmudbəyovla yaradıcılıq əməkdaşlığında yeni mərhələ açır. O, M.Mahmudbəyovla birgə 1909-cu ildə III sinif şagirdləri üçün nəzərdə tutulan "Yeni məktəb" dərsliyini, 1914-cü ildə isə yenə M.Mahmudbəyovla birgə Ali ibtidai edadi məktəblərin şagirdlərinə məxsus "Türk ədəbiyyatına ilk qədəm" adlı müntəxəbat hazırlayıb çap etdirir. Bu o zaman idi ki, həmin illərdə Bakıda Əhməd Kamalın "Füyuzati-qiraət" (1909), Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"(1912), R.Əfəndizadənin "Türk qiraəti" (1918), Abdulla Şaiqin "Gülzar" (1912), "Milli qiraət kitabı" (1919) s. dərsliklərdə çoxlu şeir nəsr nümunələri çap olunmuşdur. Belə dərsliklərin hazırlanmasında, rəyləşdirilməsində, oxu materiallarının seçilməsində yerləşdirilməsində, onların məzmunca zənginləşdirilməsində, məktəblərə ayaq açmasında istifadəsində Abbas Səhhətin özü yaxından iştirak edirdi. 1906-cı ildə Bakıda keçirilən müəllimlərin birinci qurultayında tədris proqramı yazmaq üçün yaradılan komissiyanın tərkibində olan S.S.Axundov yazırdı: "Biz səs üsulu ilə əlifba tərtibinə başladıq. Bu vaxt ərəb əlifbasının səs üsuluna uyğun gəlmədiyi bəlli oldu. Biz cəsarətlə bu əlifbanın islahına başladıq bu əsasda əlifba kitabı düzəltdik. İslahımızı əlifba kitabımızı 1907-ci ildə çağırılan ikinci müəllimlər qurultayında təqdim etdik. Qurultay prinsip etibarilə guya bizim islahatımızla razılaşdı, lakin formal cəhətdən bunun üçün ümumi müsəlman qurultayının razılığı lazımdır, bəhanəsi ilə islahı rədd etdi". Buna baxmayaraq, onların hazırladıqları tədris proqramları əsasında bir neçə yeni dərslik hazırlandı: M.Mahmudbəyovun "Birinci il" (1907), onun başqa müəlliflərlə birlikdə yazdığı "İkinci il" (1908), Abbas Səhhətlə yazdığı "Yeni məktəb", Abdulla Şaiqin "Uşaq gözlüyü", "Gülzar" (1912), Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi" (1912) s.

1908-ci ildə Bakıda nəşr edilmiş "İkinci il" dərsliyi ictimaiyyət arasında güclü əks-səda doğurdu. Ədəbiyyatşünas alim Nadir Vəlixanov yazır: "Bu dərslik Azərbaycan pedaqoji fikir tarixində yeni mütərəqqi hadisə olmuşdur. "İkinci il"in müəllifləri yenicə oxuyub yazmağa başlayan azərbaycanlı balaların təlim-tərbiyəsinə aid fikirləri sadə, aydın dillə qələmə almağı qarşıya əsas məqsəd qoymuşdular. Məhz buna görə dərsliyin müəllifləri böyük şairimiz M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq təfəkkürünün asan qavraya bilməsinə uyğun, uşaq yaddaşında nəqş sala bilən, balaca oxucunun zövqünü oxşayan şeirlərindən nümunə verirdilər".

A.Səhhət XX əsrin əvvəllərində uşaq ədəbiyyatının inkişafında müstəsna rolu olan "Məktəb" jurnalında da fəal iştirak etmiş, 1911-ci ildən 1915-ci ilədək bu jurnalın səhifələrində özünün orijinal bədii-poetik tərcümə əsərlərini çap etdirmişdir. Bu sıraya şairin "İlk bahar", "İki uşaq", "Köç", "Ana bala", "Bir məktəbdə imtahan", "Vətən" şeirləri, "Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi", "Cərrahlıq" adlı uşaq pyesləri, həmçinin rus şairləri Nikitindən tərcümə etdiyi "Uşaqlıq xatiratı", Puşkindən tərcümə etdiyi "Qış" şeirləri daxildir.

Bütün əməl dostları kimi, Abbas Səhhətin nigaran olduğu əsas məsələ cəhalət idi. Yazırdı ki, "bir xalqı çökdürmək üçün onu silahla, top-tüfənglə qırmağa ehtiyac yoxdur. Daha rahat yol var - savadsızlıq. Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa, təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət rəğbət azalar. Lazımsız yersiz zarafatlara gülüş çoxalar ehtiyac artar".

Səhhət həm həkim idi. Amma yalnız insanların deyil, bütün millətin dərdinin adını bilmək onun üçün çətin deyildi. Ona görə əlini ən ağrıyan yerə qoyurdu çarəsini məktəbə diqqət, maarifin inkişafı, müəllim fədakarlığında görürdü: "Burada zənni-acizanəmə görə vəzifənin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər, təpərli olsunlar. Qonşu millətlərin müəllimləri necə ciddi-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz onlardan ibrət dərsi alalım".

Özü müəllim olaraq ən çətin dövrdə gerçəkləşdirirdi bu müqəddəs missiyanı. Dərslikləri, anadilli oxu kitablarını, tərcümə mətnlərini hasilə gətirməsinin - bu çoxyönlü yaradıcılığının əsas qayəsində elə bu amal dururdu: "Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin... bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsən, gərək çalışalım... cəmiyyətlər təşkil edəlim; avam kütlənin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım".

 

***

Abbas Səhhətin uşaq şeirləri təbiiliyi, zərifliyi, dil fikir aydınlığı, təsvir, təhkiyə baxımından oxunaqlığı asan başa düşülüb tez əzbərlənməsi ilə diqqəti cəlb edir. "Ata oğul" şeiri uşağın atasına müraciəti üstə qurulmuşdur. Şeirdə oxuyuruq:

 

Ay dədə, dur mənə çox şeylər al!

Bir dənə çanta, bir iki dəftər al.

 

Şeirin sonrakı misralarından məlum olur ki, bu uşaq dayısı oğlu oxuduğu məktəbin yanından keçərkən maraq onu pəncərədən bir sinfin dərsinə qulaq asmağa çəkib dərs çox xoşuna gəlib. Sonrakı prosesi uşaq atasına belə nəql edir:

 

 Çöldə məni gördü müəllimləri,

Tutdu, apardı özü lap içəri.

Xeyli danışdırdı məni, dinlədi, 

Sonra nəvazişlə mənə söylədi:

- De, səni göndərsin atan məktəbə,

Elm oxuyub ta yetəsən mətləbə.

 

Bu zəkalı oxumağa həvəsli uşaqları təqdir edən şair, "Tənbəl" şeirində tənbəlləri ata nəvazişi ilə məktəbə belə səsləyir:

 

Çox yatma, dur, a tənbəl,

Yatsan olar əngəl.

Gün dağlara yayılır,

Hər bir yatan ayılır

Yar-yoldaşın səhərlər

Tez məktəbə gedərlər.

Getsin çalışqan olsun.

...Hər kim dillər şad olsun.

 

 "İki uşaq" şeirində şair dərsə məsuliyyətlə yanaşmağı təlqin etmiş, onun bütün əyləncə oyunlardan vacib olduğunu vurğulamışdır:

 

Sübhə bugünkü işi

Qoymaz ağıllı kişi.

Dərsimi hazırlaram,

Sonra gedib oynaram.

 

Abbas Səhhət təbiət hadisələrinə, ilin fəsillərinə maraqlı şeirlər həsr etmişdir. Ədəbiyyatşünas-alim Əziz Mirəhmədov yazır ki, "XX əsr Azərbaycan ədəbiyyatında tək-tək yazıçı olar ki, təbiəti Şaiq qədər sevsin, Şaiq qədər təsvir etsin. Bu cəhətdən ancaq Səhhət Süleyman Sani ona yaxınlaşırlar". Məsələn, "Yaz" şeirində oxuyuruq:

 

O gün ki, fəsli-yaz olur,

Gecə-gündüz taraz olur.

Havanın artar istisi,

Daha soyuqlar az olur.

...Qaranquş ol zaman gələr,

Yenə tikər yuvasını,  

Qonar yaşıl ağaclara

Oxur gözəl havasını.

 

Bu misralardan aydın olur ki, A.Səhhətin uşaqlar üçün yazdığı əsərlər poetik məziyyətləri, üslub aydınlığı, mövzu dairəsi dilinin rəvanlığı baxımından maraqlı sənət nümunələridir. Dil amili ümumiyyətlə, Abbas Səhhətin mətndə önəm verdiyi ən ali məqam idi. "Bu dünyanı biz lisanımız vasitəsilə öyrəndik, dilimiz vasitəsilə tərbiyə tapdıq. Onu sevməmək olarmı?...", - deyirdi. Amma əsərlərində xalqın milli kimliyini yalnız dillə deyil, həm onun zəngin poetik yadddaşının, milli keyfiyyətlərinin qorunması ilə əlaqələndirirdi. Məqalələrinin birində ədib yazırdı: "İş yalnız dil bilməklə, müəllimləri fəallaşdırmaqla bitmir. Bununla yanaşı, xalqın mənəviyyatını, hissiyyatını tərbiyə etmək, adətlərini öyrənmək, bir sözlə, onu milli zəmində inkişaf etdirmək lazımdır. Başqa millətlərə aludə olmaq yox, onlardan öyrənmək lazımdır. Öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz".

M.Füzulinin "Söhbətül-əsmar"ında, M.Ə.Sabirin "Ağacların bəhsi"ndə olduğu kimi, A.Səhhətin "Güllərin bəhsi" şeirləri lovğalığın, yersiz iftixarın tənqidinə həsr edilmişdir. Bu şeirlərin ikisində insan xasiyyətindəki eroizm, lovğalıq pislənir. M. Füzuli M.Ə. Sabirin şeirlərindən fərqli olaraq, A.Səhhətin "Güllərin bəhsi" şeiri başqa üslubdadır. "Söhbətül-əsmar" "Ağacların bəhsi"ndə tənqidi pafos vardır bu pafos çox aydın duyulur. A.Səhhətin şeirində isə tənqidi pafos yoxdur, yaxud romantik tülə büründüyündən çox zəif görünür. Bu şeirdə tərənnüm üsulu aparıcı mövqedədir. Qızılgül, zanbaq Şəbbu arasında gedən söhbətdə bu güllərin hər biri öz məziyyətlərindən danışsa da, başqasını pisləmir. Onların nitqində özündənrazılıq əlaməti yoxdur. Əksinə, yaxşı xüsusiyyətlərini şişirtmədən sadalayarkən öz çatışmazlıqlarını, eyiblərini səmimiyyətlə etiraf edirlər. Məsələn, zanbaq deyir:

 

Əldə mənim qədəhim vardır,

Ağzınadək ətr ilə sərşardır.

Gərçi uzundursa mənim yarpağım,

Yoxdu yenə lovğalığım, azmağım.

Haf, kəpənək, xırda qarışqa yenə,

Gündə gələrlər, sığınarlar mənə.

 

 

Həm Füzulinin, həm Sabir Səhhətin şeirlərində alleqoriyadan sənətkarlıqla istifadə edilmiş, onların üçü cəmiyyətdə, insanlar arasında gördükləri münasibətləri, xüsusilə mənəvi-əxlaqi neqativləri təbiətdəki predmetlərin: bağdakı ağacların, güllərin, bostandakı bitkilərin üzərinə köçürməklə bir tərəfdən uşaqlara həmin bitki meyvələr, güllər haqqında məlumat vermiş, digər tərəfdən bu ağacların meyvələrin təmsil etdikləri ictimai subyektlərin daxili - mənəvi aləmini əks etdirmiş, bu yolla öz müasirlərinə, xüsusilə yeniyetmə gənclərə gözəl sifətlər aşılamışlar. "Mədəni millətlərdə gördüyümüz böyük fədakarlıqlar bütün uşaqlarda öyrədilmiş bu kimi nəğmələrin, şərqilərin nəticəsidir", - yazırdı məqalələrinin birində. Uşaq yazarı kimi dediyinin fərqində idi. yazdığının fərqində olduğu kimi...

A.Səhhət uşaq nəsri sahəsində çalışmış, "Bədbəxt ailə", "Qaragünlü Həlimə" hekayələrini qələmə almış, "Nəğmə musiqinin məktəblərdə əhəmiyyəti", "Sovqat" s. məqalələrini çap etdirmişdir. Onun şeir, hekayə, pyes, məqalə bədii tərcümələrində, xüsusən İ.A.Krılovdan etdiyi "Sazandalar", "Zəhmətkeş ayı", "Qurd Quzu" s. təmsillərdə, habelə "Cücələr", "Quşlar", "Yay səhəri", "Vətənim", "Yaz" s. orijinal uşaq şeirlərində balaca oxucular ana dilinin gözəlliyi, şirinliyi incəlikləri ilə tanış olur, vətənin müqəddəsliyi, əməyin, zəhmətkeşliyin  səmərəsi,  ağlın,  fərasətin gücü haqda təsəvvürlər alır, vətənpərvərlik əxlaqi saflıq ruhunda tərbiyə olunurlar. Ümumiyyətlə, A.Səhhətin yazdığı şeirlər uşaq ədəbiyyatımızın ən parlaq incilərindən sayılır. "Onun əsərləri uşaqlarda nəcib əxlaqi sifətər aşılamaqla yanaşı, onları təbiət, cəmiyyət haqqında hərtərəfli biliklər sistemi ilə silahlandırır, elmi dünyagörüşünün təşəkkülünə, bədii zövqün təxəyyülün inkişafına müsbət təsir göstərir. A.Səhhət uşaq ədəbiyyatının yüksək ideyalı, dərin məzmunlu olmasını, uşaq hiss həyəcanlarını, meyl marağını əks etdirməsini, onun təxəyyül fantaziyasına uyğun olmasını, sadə, aydın şirin dildə yazılmasını tələb etmiş, bunun üçün uşaq psixologiyasını bilməyi vacib saymışdır" (İ.İsayev). Həmin cəhətləri bu başqa şəkildə A.Səhhətin uşaqlar üçün yazdığı hekayə, pyes, tərcümə dərsliklərə, həmçinin maarif təlim-tərbiyə məsələlərinə dair qələmə aldığı mənzum məktublarına məqalələrinə aid etmək olar.

 

 

***

Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov 1958-ci ildə yazdığı "Abbas Səhhət" məqaləsində bildirirdi ki, "Abbas Səhhət vətənlə qırılmaz tellərlə bağlı şairdir. Heç bir qüvvə onu varlığı ilə sevdiyi vətənindən ayıra bilməz. O, həyatının ən ağır dəqiqələrində belə vətən eşqi ilə yaşayır".

Ən ağır dəqiqələrin aydını, ən çətin dövrün ziyalısı olmaq! Başqa yol vardımı?

 

"İstərəm qaçmaq, lakin yük ağır, yol da yoxuş,

Nasıl uçsun qanadı sınmış, əzilmiş bir quş?"

 

Yox idi!.. O, çətin yolun yolçusu idi bu yolu özü seçmişdi. Əzilsə, sındırılsa belə tutduğu yolun doğruluğuna, bacaracağına inanırdı. Sonralar əminliklə uca səslə bəyan etmək üçün: "Məsləkim tərcümeyi-halımdır"...

Bundan gözəl tale ola bilərmi?!.

 

 

Elnarə AKİMOVA

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S.6-7.