"Vida"dan "Nida"ya...

 

Son illərdə sosial mediada Qarabağ mövzusunun ədəbiyyatda əksi ilə bağlı qızğın müzakirələr gedir. əksəriyyətinin fikri üst-üstə düşür - ədəbiyyatımızın Vətən müharibəsi ilə bağlı səhifəsi boş qalıb... Əlbəttə ki, mövzuya ədəbiyyatşünas alimlərin, tənqidçilərin fərqli baxış bucaqları ola bilər. Məsələn, mənim üçün tək "Vida" romanı nəyə desən, dəyər! Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "Vida"sı müharibə mövzusunda, həm vətənpərvərliyin təsirli dillə, həssas səhnələrlə təsvir tərənnüm edildiyi əsl sənət nümunəsidir, Qarabağ həqiqətlərinin bütün çılpaqlığı ilə əks olunduğu "yaddaş salnaməsi"dir. "Vida" son dövr Azərbaycan ədəbiyyatında mövzu, məzmun, bədii ifadə təsvir vasitələrinin zənginliyinə, dil-üslub xüsusiyyətlərinə görə tam yeni olan, xüsusi çəki, məna yükü daşıyan, insani hiss duyğuların dramatikliyi ilə seçilən psixoloji roman-essedir. Fikrimi təsdiq inkar etmək istəyənlərə bir tövsiyəm var: "Vida"nı təkrar-təkrar oxuyun, ana laylası yerinə, ağı yerinə oxuyun, ölüm ağrısını sərinlədəcək şərbət yerinə için, şəhidlərin ruhuna nəğmə kimi pıçıldayın, Kəlmeyi-şəhadət kimi təkrarlayın...

Əgər hər hansı bədii əsərin dəyəri oxucu hissiyyatına, zehniyyatına təsir gücü, ədibin oxucunu hadisələrin içinə daxil edə bilmək bacarığı ilə ölçülürsə, onda "Vida"nın misli yoxdur! Ona görə ki, "Vida"dakı hadisələrin yazıçının təxəyyül dünyasında yarandığına, yazıçı qələminin məhsulu olduğuna inanmaq çox çətindir. Kitabı qatlayıb kənara qoymaq, ölüm ayağında olan həkimi tək qoymaq qədər çətindir, onun ölüm arzusu qədər ağırdır. Sizi bilmirəm, mən hələ əsərin təsirindən çıxa bilməmişəm, ata-balanın birgə uyuduğu məzarın başında dayanıb edəcəyimi kəsdirə bilmirəm...

"Vida"da Elçinin qəhrəmanı ədəbi obrazlılıqdan çıxır, can ağrısı ilə qəlb ağrısını bir anda daşıyır bu ağrını paralel olaraq oxucuya ötürə bilir, həmsöhbətinə çevrilir, onunla dərd ortağı olur, doğmalaşır. Elə bu doğmalıqdandır ki, son nəfəsinə, ölüm arzusunu reallaşdırdığı ana qədər həkimi tək qoymağı insafıma sığışdırmadım, bacarmadım, ən azından dualarımla ona kömək olmağa çalışdım, ölüm ağrı-acısının azalması üçün Tanrı dərgahına əl qaldırdım... Son nəfəsində "Yasin" surəsini belə, dodaqaltı pıçıldadım - bir müsəlman bəndənin digərinə iman borcu kimi... Sanki həmin anlarda Elçinin qəhrəmanı nəzərimdə Vətən idi, Azərbaycan idi, yurda qayıdışını ölümü ilə qazanmaq uğrunda mücadiləyə, mübarizəyə qalxan böyük İnsan idi!

 

Etiraf edim, Elçin Hüseynbəylinin "Gözümə gün düşür" hekayəsini birinci dəfə oxuyanda çox həyəcanlanmışdım, hadisələrin necə cərəyan edəcəyini bilmədiyimdən qəlbən, ruhən narahat idim. Məcnun həkim doğmama çevrilmişdi, onun ata-baba ocağında deyil, erməni əsirliyində, Yerevanda öləcəyindən çox qorxurdum. Bu ölüm Qarabağın itirilməsi qədər ağrılı olardı, Xocalı faciəsinin təkrar yaşamı qədər acı idi yaxşı ki, bu baş vermədi! ...Sanki Elçin Hüseynbəyli həmin an yanımda idi, qəlbimdəki həyəcanı duydu, hiss etdi, qəhrəmanını anında, atasının məzarı önündə dünyadan köçünə qələmi ilə qədər yazdı... Siz heç kimsənin ölümünə sevinmisinizmi? Mən bu hissi "Vida"da yaşadım, bir həkimin, bir insanın ölümünə sevinə bildim. Çünki, həkimin vətəninə qovuşmaq arzusu ölümündən keçirdi - ayrı yolu yox idi...

Mənim nəzərimdə "Vida" adicə roman deyil. 30 ilə qədər davam edən Qarabağ itkisinin ağrı-acısını, qaçqın, köçkün insanların yurd həsrətinin hopduğu hüznlü, kədərli layladır, ağıdır, bayatıdır, ərşə yüksələn haraydır, bədii salnamədir. Ölüm ayağında dağılmış ev-eşiyə, viran olmuş kəndə baxaraq için-için sızlayan adam təkcə bütün dünyanın tanıdığı istedadlı onkoloq-həkim deyil. O, hər şeydən əvvəl, vətənpərvərdir, mübarizdir, həm insaflıdır, erməni zabitinə yardım edəcək qədər humanistdir. Bir sözlə, bəşəri hisslərin cəmləşdiyi kamil insan obrazıdır. Bu insanın ölümünə vətənə qovuşmaq ümidi kimi baxması oxucuda kədər yox, izahını verə bilmədiyim, sözlə izharı olmayan, möhtəşəm bir hissdir. Bu, qəribə, mistik, fövqəlbəşər bir duyğudur, sanki zaman körpüsüdür, iki dünyanı birləşdirən yaddaş axınıdır, ruhların qovşağıdır. Bu ölüm dünyaya vida deyil, yenidən doğuşdur, insanın milli kimliyinə, milli yaddaşına qayıdışıdır elə buna görə dəyəri həyatın özü qədər əhəmiyyətli, əzəmətlidir.

...Hardan başlanır Vətən? Uşaqlığımızdan tez-tez eşitdiyimiz bu klassik sorğuya ömrün müxtəlf anlarında cavablarımız fərqli olur. "Vida"dan sonra anladım ki, Vətən ölümdən başlaya bilərmiş ölüm Vətən ola bilərmiş! Elçin Hüseynbəylinin "Vida"sı insanın doğuşdan ölümə qədər müşayiət edən, çox qorxduğu, hürkdüyü ölümü bizə doğmalaşdıra, xofunu azalda bildi, sanki...

Həkimin ölümqabağı keçirdiyi hisslər, gördüyü yuxular, keçmişinə xəyalən baş vurması, olanları anbaan xəyalında canlandırması, ruhən təkrarən yaşaması mənə böyük söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salamı"nı xatırlatdı. Fərq budur ki, M.Şəhriyar doğulduğu ocağa, Şəngülava - yurduna ölmək üçün yox, küskün olduğu dünyaya həyat eşqini qaytarmaq, yaşamaq həvəsi ilə dönüş etmişdi, çəkdiyi ağrı-acılarını dərd ortağı kimi Heydərbaba dağı ilə bölüşməklə içini boşaltmaq istəmişdi, bu təmasdan sakitləşmişdi, hüzur tapmışdı, yaddaşını qaytarmışdı. Elçinin qəhrəmanının Allahdan rüsxəti, istəyi isə sağ ikən qovuşa bilmədiyi ata-baba ocağında həyata vida etməkdir. Niyə? "Niyə"sini, çox güman ki, heç Elçin Hüseynbəylinin özü bilmir. Bu sualın cavabı həkimlə birgə məzara gömülüb, torpağa qarışıb, ərşə ucalıb...

Dünyadan köçəcəyini bilən onkoloji xəstənin can ağrısının halına qalmayıb, yurd yerinə dönmək istəyi, "Sən yurd itkisinin olduğunu bilmirsən. Elə bil ki, körpə, südəmər uşağı anasından ayırıblar, özü zorla!" deməyi Elçinin qəhrəmanını gözümüzdə böyüdür, şəhid zirvəsinə qaldırır. Qeyd edək ki, Elçin Hüseynbəyli özünün yaşadığı yurd ağrısını həkimin timsalında çox gözəl, real, təsirli boyalarla, oxunaqlı dillə əks etdirməyi bacarıb bədii forma kimi insanın öz daxili dünyası ilə dialoqunu seçib.

"Vida"da qəribə, sirli-sehrli bir cazibə qüvvəsi var. Kitabı əlinə aldınmı, sətirlərin, kəlmələrin bircəciyini belə ötürmək istəmirsən. Diqqətindən nəyinsə qaçacağından, hansısa sətiraltı mənanı anlamayacağından, vacib məqamı ötürəcəyindən qorxursan. "Vida" romanı bir insanın simasında, timsalında yurd itkisi ilə dünyadan köç edən bütöv bir nəslin ağrı hekayəsidir, tragediyasıdır. Həkim Azərbaycanın ümumiləşmiş obrazı olduğundan, ağrısı da tək şəxsiyyət ağrısı olmaqdan çıxır, xalq, millət yanğısına çevrilir.

Elçin Hüseynbəylinin özünün köçkünlük ağrısı yaşaması səbəbindən qəhrəmanı ona doğma yaxındır. O qədər yaxın ki, bəlkə məzarın soyuqluğunu həkimdən əvvəl Elçin özü yaşayıb, üşütməsini canından keçirib. Yoxsa ki, o hiss-həyəcanı oxuculara bu cür ustalıqla, insanı içdən üşüdən yanğı ilə ötürə bilməzdi. Bir ki, ölüm həmişə soyuq olmur ki... istisi olur - Məcnun həkimin ölümü kimi... Bu ölümdə, insanın həyata vidasında hərarət var, məchul, sirli bir ümid işığı közərir, alova çevrilərək şölələnir - biz bu torpaqlarda doğulmuşuqsa, bu yerlərdə öləcəyik, torpağa qarışacağıq - nəyin bahasına olursa-olsun!

Elçin Hüseynbəyli sözünün ağası, nəqqaşı olan gözəl nasirdir, zəngin təxəyyülünə, bədii duyumuna söz yox. O, həm ədəbiyyatı ədəbiyyatşünas səviyyəsində çox gözəl bilir, folklorumuza da yaxşı bələddir. Əsərlərinə - fərqi yoxdur, hekayə, ya da roman olsun, ona uyğun, ona yaraşan bədii don biçməkdə ustadır. "Vida"nı oxuyanda müharibə mövzusunda yazılmış bir neçə əsəri - Nikolay Ostrovskinin "Polad necə bərkidi", Boris Polevoyun "Əsl insan haqqında povest", Aleksandr Fadeyevin "Gənc qvardiya" romanlarını xatırladım. Bu əsərlərin leytmotivində insanla ölüm üz-üzə dayanır insan iradəsi sonda ölümə qalib gəlir. Elçin Hüseynbəylinin qəhrəmanı da sonda ölümə qalib gəlir - arzu etdiyi ölümü yaşadığına görə!

Yazıçı romanda çox maraqlı təhkiyə üsulu tapıb, öz qəhrəmanını özü müşayiət edir, bir anlıq da olsa, tək qoymur, onunla birgə düşmən tapdağında olan kənd-kəsəkdən keçir, doğma yurdun ətri ilə birgə, viran olan yurd yerlərinin ağrısını da sinəsinə çəkir. üçünsə, əsəri oxuyanda mənə elə gəldi ki, həkimin həyatdakı prototipi, bəlkə elə Elçinin özüdür. Axı, Elçin Hüseynbəyli yurd yerini itirib, Qarabağ itkisini qəlbən, hissən yaşayıb, köçkünlüyün yaratdığı çətinliklərlə üzləşib, doğmalarının məzarı düşmən tapdağında qalıb, bu ağrılar həyatının bir hissəsinə çevrilib. Qəhrəmanı kimi ölməyi həmin anda, situasiyada Elçin kimi vətənpərvər yazıçı da arzulaya bilərdi, edərdi...

"...Mən kiməsə güllə atmağa yox, doğma yurdumda ölməyə gedirəm. Hamıya bəyan edirəm ki, mən - 57 yaşlı həkim ("dünyaca məşhur" sözünü yazmağa, yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun..." Həkimin ölümqabağı vida məktubu xalqları, millətləri üz-üzə qoyanlara tutarlı cavabdır, müharibə qızışdırıcılarının sifətinə çırpılmış sərt şillədir, xəbərdarlıqdır - biz yurd yerlərimizə qayıdacağıq, mütləq qayıdacağıq!

"Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. Təkcə sülh ağacı ilə bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini öldürür. Bundan dəhşətli ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa. Belə ölüm mənimçün rahat ağrısız keçəcək". Görəsən, "Vida" romanı əsasında film çəkilsə, bu hiss duyğuları bu hərarətdə canlandırmaq mümkün olacaqmı? Çox istərdim, bu əsərin səhnələşdirilməsini, film olmasını, daha çox tamaşaçı auditoriyasının ondan bəhrələnməsi, tanış olması üçün. Çernobıl dəhşətlərinin olduqca təsirli əks olunduğu, rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi "Çernobıl" teleserialını xatırladım. "Vida"nın süjet xətti hadisələrin psixoloji gərginliyi baxımından daha dramatik, məzmunu daha dolğun bəşəridir - Vətən, yurd sevgisinin ölüm arzusunda əksinə görə. elə buna görə "Vida" romanı "Çernobil" qədər təsirlidir, əsər film kimi uğurlu həllini tapsa, bu, Azərbaycan kinosunun "Fəryad" kimi ikinci incisi ola bilər.

Romanda vətənpərvərlik duyğusunun kövrək nüanslarla əksi diqqət çəkir: "Niyə şəhərlilər doğulduğu məkanı kənddə doğulanlar qədər sevmirlər. Çünki kənddə hər şey yüz illərlə, min illərlə öz yerində durur. Demək olar ki, insanlardan başqa heç dəyişmir. Ağaclar da öz yerində, evlər , yaylaqlar da, biçənəklər , bulaqlar da. Ora ilkinliyin beşiyidir". Yurd həsrətinin obrazlı həm real təsviri. Harda yaşayırsansa-yaşa, işləyirsənsə-işlə, sonda mütləq doğulduğun ocağa dönməlisən. Çünki:

Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşı!

 

Yurd-yuvasından didərgin düşmüş həkim biliyi, bacarığı, zəhməti sayəsində həyatda hər şeyi qazana bilib. Amma qazandıqları yurd itkisinin yerini doldura bilmədiyindən, o, xoşbəxt deyil. Elçinin qəhrəmanı bu həqiqəti, ölüm öncəsi bütün çılpaqlığı ilə hiss edir, babasının sözlərini xatırlayır: "Böyüyəndə o, ağsaqqal kişi olacaq hamıdan başda oturacaq. Amma o böyümədi, qocaldı. Doğma yerlərdən uzaqlarda, vətən dərdi çəkə-çəkə çürüdü". Dünya şöhrətli həkim ev-eşik, oğul-uşaq sahibi olsa da, böyüyə bilmədi, yurd həsrəti onu böyüməyə qoymadı. Bax, həkimi düşmən tapdağında olan ata ocağına aparan da elə bu hissdir, böyümək arzusudur - son nəfəsində olsa belə, o ucalığı hiss etmək, yaşamaq duyğusudur.

"Mən öz ölümümü satın almaq istəyirəm! Sizin üçün fərqi nədir. Yolda öldüm, İrəvanda, ya da ki, burda. Amma mənim üçün fərqi var..." Elə fərqi olduğuna görə Elçinin qəhrəmanı canından da artıq istədiyi, 31 il baş yastığa qoyduğu həyat yoldaşını, doğmalarını tərk edərək ölümünə yol gəlir ona qovuşur.

Maraqlı bilirsiniz, nədir? Ölüm arzusu ilə yurd yerinə dönən insanda yenidən yaşam həvəsinin oyanması! Bu həvəs o qədər güclü Elçinin təsvirində o qədər real, təbii, canlıdır ki: "Ona elə gəldi ki, ölmək istəmir, şəhərə dönmək hər şeyi olduğu kimi danışmaq istəyir... Demək istəyir ki, oralar kimsəsizdir heç kim orda yoxdur. Kənd, ölməkdə olan yurdlar adamları, ocaq sahiblərini gözləyir..." Hansı hisslər idi olumla ölüm arasında yaşam həvəsini Məcnun həkimə təkrar qaytaran? ... Yaloba bulağın hələ axması, qurumaması, Maralyan, Çayağzı bağlarında ağacların çiçək açması, Dəyirman arxından su içməsi, Qurdağzı dərəsini təkrarən görməsi, yurd yerində toyuğun bala çıxartması s. həyatın davam etdiyini xatırladır, həkimi həyata təkrar bağlayır.

Ölüm vədəsini saatına kimi bilən, amma son nəfəsində olsa belə, ata ocağını təmir etmək istəyən, bu məqsədlə köynəyini kisə edib əhəng daşıyan həkimin yurd sevgisinə həsəd aparmaq olar. Ata-baba ocağını qoruya bilmədiyinə görə özünü günahlandıran həkim vətənə borcundan bu cür çıxmaq istəyir. Bu arzusunu reallaşdırmaq fiziki qüvvəsi xaricində olsa belə, ermənilərin əlinə hər an keçəcəyini bilsə , bu arzusundan vaz keçmir. Niyə? Çünki "Bura onun vətəniydi. Vətəndə gizlənmək olmaz!"

Həkimin yüksək humanizmi, insaniyyəti xəstə erməni zabitinə yanaşmasında da özünü göstərir. Bu yanaşmada Elçinin qəhrəmanı tək həkim deyil, həm qayğıkeş insan kimi diqqət çəkir. Həkim çox qorxur ki, babasının vəsiyyətinə əməl etməmiş dünyadan köçsün: "Hər kəs ömründə bir ağac əkməlidir. Yadında saxla. Onu da yadında saxla ki, insan doğulduğu yerdə ölməlidi. Doğulduğu yerdə. Harda olursan-ol, haranı gəzirsən-gəz, haranı sevirsənsə-sev, yurduna qayıt. Yaddaşını qaytar. Olanları yaddaşında dirilt yaşa. Əbədi yaşa!"

Romanda ən təsirli səhnə bilirsiniz, nədir? Həkimin ölüm həyəcanı içində, son dəqiqələrində yaddaşına qayıtmaq istəyi: "O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən tutub qəbiristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını zümzümə eləməsi, yaxınlarının ruhuna dua oxuması indi qulaqlarında səslənirdi. Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu bunun zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin itkinin yerini acı bir boşluq doldururdu...Son anda hiss elədi ki, gözünə gün düşür. Qıpqırmızı Günəş başının üstündən sallanıb. Əllərini qaldırıb onu sığallamaq istədi. Əlləri qalxmadı... Gülümsündü... birdən hansısa görünməz bir əl onu qaldırdı gördüyü, amma əli çatmadığı sonsuzluğa apardı. Qarşıda başı buludlara dəyən qızıl minarələr vardı. Yuxusu çin olurdu, deyəsən. həmin minarədən əzan səsləri ucalırdı... O sevinirdi, gülümsünürdü. Qarşıda onu çoxdan görmədiyi əzizləri, ata-anası, babası, nənəsi gözləyirdi. Onlar doğma dağların döşündə gül-çiçək yığırdılar... birdən dikəldilər, ona əl eləməyə başladılar... O, xatırlayırdı. Yaddaşını qaytarırdı..."

Milli yaddaş, milli kimlik, milli özgüvənlik milləti millət edən ən üstün, ali dəyərlərdir. Tənqidçi alim Yaşar Qarayevin təbirincə desək: "Millət - genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik tamlıq var, nəsillər əsrlər, ilahi bəşəri dəyərlər sərvətlər arasında əlaqə estafet var. Əslində nəinki təbiət insan, ekologiya poeziya da yaddaşdır. Şəhid - ölümü ilə, şair ağrısı ilə yaddaşa qaynayıb qarışır. yaddaşın ömrü bir vicdana haqqa xidmətin qədərindən, bir qədir-qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır". "Yaddaşsızlıq başlanan yerdə insanın, millətin, xalqın mənəvi ölümü baş verir. Amma yaxşı ki, Yaddaş diridir, ölmür.(Vaqif Yusifli)

Əsərin sonluğunun əvvəli ilə eyni olmasının özü bir bədii tapıntıdır, rəmzi məna daşıyır - İlk son bir-birini tamamlayır. "Vida"da başlanğıc kimi sonluqda da bir günəş hərarəti duyulması ölümün heç son olmadığı qənaətini verir: "...Günəş... qıpqırmızı... güllü-çiçəkli yamaclar... çayda çimən uşaqlar... onlara baxıb qüssələnən cocuq ... balıq tutan oğlan... ayağı yalın gənc... sudan gələn gəlin... otçalan... başı çalmalı qoca... otçalan qoca... otçalan qoca... başı çalmalı... ... ... sonsuzluq..."

 

"...Həqiqətən, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdət bütövlüyün özüdür. Yalnız yaddaş olan yerdə tamlıq var, əsrlər nəsillər arasında bağlılıq var" (Yaşar Qarayev). "Vida" milli yaddaşın ədəbi bağıdır, nəsillər arasında söz körpüsüdür.

Xatırladaq ki, Elçin Hüseynbəyli "Vida" romanını yazanda Qarabağ müharibəsi hələ bitməmişdi, torpaqlarımız hələ erməni qəsbkarlarının tapdağında idi. Amma 2016-cı ilin Aprel döyüşləri ürəklərdə o torpaqlara qayıtmaq arzusunu alovlandırdı, ümid qığılcımı yaratdı. E.Hüseynbəyli romanı 2019-cu ildə bitirəndə minlərlə köçkün hələ didərgin idi, yurd həsrətini qəlbində daşıyırdı, doğma yurda qayıtmaq, o yerlərdə yaşamaq, o yerlərdə torpağa qovuşmaq nisgilini yaşayırdı. 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə" deyirdi, Cıdır düzündə "Yallı" gedirdi. Azərbaycan prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunadan dünyaya səslənirdi: "Qarabağ Azərbaycandır. Nida!"

..."Vida"dan "Nida"ya bir il çəkdi. Əslində, romanda əzəli yurd yerlərimizin, Qarabağın erməni qəsbkarlarından tezliklə azad olunacağına bir işarə var: "Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim. İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur, - deyə həkim davam elədi. O, "bizimkilər gələnə kimi qoruyun" demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, işləri korlaya bilərdi. - Sizin əsgərlər onu tapdadılar. Amma inanıram ki, yenidən qalxacaq". Torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərimizin sırasına Elçin Hüseynbəylinin həkim qəhrəmanını da əlavə etmək olar. Çünki onun da amalı müqəddəsdir, vətənə məhəbbəti ölümdən güclüdür, o, torpaqların qayıdacağına inamı böyükdür ən əsası, yurd yerində torpaq olmağı bacardı!

 

 Esmira İsmayılova

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 8-9.