Vətən, millət, dövlət yolu

 

Milli Mətbuat günü Şirməmməd Hüseynovun anısı üzərinə notlar

 

Milli Mətbuatımızın 150 illik yubileyindən bizi artıq bir il ayırır, yəni böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin başçılığı ilə 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının işıq üzü görməsindən az, çox, düz yüz qırx doqquz il ötür. Bu yüz qırx doqquz ildə neçə-neçə tarixi dönəm dəyişib, qədər qəzet-jurnal yayınlanıb, neçə nəsil qələm əhli bir-birini əvəz eləyib: "Şərqi-rus", "Molla Nəsrəddin", "Tazə həyat", "Kaspi", "Füyuzat", "Azərbaycan"... Məhəmməd ağa Şahtaxtinski, Ömər Faiq Nemanzadə, Haşım bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə... Eləcə , sovet dönəmində ən ucqar qəsəbə, kəndlərə qədər dağıdılan, hər birimizin qapısını döyən "Kommunist", "Sovet kəndi", "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Azərbaycan qadını", "Azərbaycan pioneri", "Ədəbiyyat incəsənət", "Azərbaycan", "Ulduz", "Qobustan, "Kirpi", "Elm həyat", "Göyərçin" kimi qəzet-jurnallar. nəhayət, özünün "Azərbaycan"ı, "Respublika"sı, "Xalq qəzet"i, "Yeni Azərbaycan"ı, "Azərbaycan ordusu", "Ədəbiyyat qəzeti", "Ülfət"i, "Cümhuriyyət"i, "Olimpiya dünyası", "Ədalət"i, "525-ci qəzet"i, "Şərq"i, "İki sahil"i, "Olaylar"ı, "Bakı xəbər"i, "Təzadlar"ı... ilə müstəqillik dönəmi mətbuatı!

O zamankı dillə desəm, mühərrirlərimizin ulu babası Həsən bəy Zərdabidən üzü bəri, ta sovet rejimi qurulana qədər hər bir mətbuat orqanının nəşri kitablara sığmayan bir qəhrəmanlıq dastanı, milli qeyrət məsələsi, şərəf işi, sözün həqiqi anlamında, bir mücahidlik idi. Onların hər biri tədqiq təbliğ olunmağa, haqqında ayrıca yazılmağa tamamilə layiqdir. Lakin Milli Mətbuat günümüzün 149-cu ildönümünə həsr elədiyim bu yazıda Azərbaycan jurnalistikasının ən parlaq simalarından biri, milli mətbuat tariximizin yorulmaz, təəssübkeş, cəfakeş tədqiqatçısı təbliğatçısı, Ali Media mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, uzun illər Bakı Dövlət Universitetinin professoru olmuş Şirməmməd Hüseynovdan, minlərlə tələbəsinin dediyi kimi, Şirməmməd müəllimdən danışmaq istəyirəm. Çünki bu görkəmli tarixçi-alim, böyük pedaqoq, vətənpərvər ziyalının adı xatirəsi bütün həyatını həsr elədiyi milli mətbuat tarixçiliyimizin rəmzinə, simvoluna çevrilib. Bu gün milli mətbuat tarixçiliyimiz deyəndə, özümüz fərqinə varmadan göz önünə Şirməmməd müəllimi, Şirməmməd müəllim deyəndə isə, milli mətbuat tarixçiliyimizi gətiririk. Bu iki ad təsəvvürlərdə bir-birindən ayrılmazdır - Qorqud Dədə milliliyimiz, Nizami ümumbəşəriliyimiz, Füzuli irfaniliyimiz, Vaqif insaniliyimiz, Axundov dünyəviliyimiz, Həsən bəy Zərdabi əkinçiliyimiz, Əli bəy Hüseynzadə peyğəmbəranəliyimiz, Cəlil Məmmədquluzadə molla nəsrəddinçiliyimiz, Mirzə Ələkbər Sabir ağlar güləyənliyimiz, Məhəmməd Əmin Rəsulzadə istiqlalçılığımız, Üzeyir Hacıbəyli koroğluluğumuz, Səməd Vurğun xəlqiliyimiz, Rəsul Rza modernliyimiz, Mir Cəlal Paşayev milli bütövlüyümüz, İlyas Əfəndiyev kübarlığımız, Bəxtiyar Vahabzadə vicdaniliyimiz, Anar milli yaddaşımız, Elçin vətəndaşlığımız ayrılmaz olduğu kimi! Bu mərtəbə, bu məqamdakı şəxslər insandan daha ali bir qüvvə tərəfindən, sanki seçilir, bəlli bir ümumbəşəri ya ümummilli taleyüklü missiyanın icrasıyla görəvləndirilir, bütün ömürlərini öz işlərinin gerçəkləşməsinə fədakarcasına həsr eləyir, sonra tarixin əbədi yaddaşında qərarlaşırlar. Milli mədəniyyət təfəkkür tariximizin sıra dağlarını yaradan bu zirvələr arasında Şirməmməd Hüseynov imzasının öz təkrarsız ünvanı, öz yeri var!

Mətbuatımızın tarixi sovetə qədərki, sovet müstəqillik dönəmi olmaqla üç başlıca mərhələyə ayrılır. 1924-cü ildə Şəkidə dünyaya gələn, ibtidai orta təhsilini Şəkidə, ali təhsilini Bakıda alan, 1950-54-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspirantura şöbəsində oxuyan, 1947-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində öncə jurnalistlik, sonra isə pedaqoji fəaliyyətlə məşğul olan, nəhayət, 2019-cu ildə Bakıda dünyasını dəyişən Şirməmməd Hüseynov mətbuat tariximizin bu inkişaf dönəmlərindən ikisində yaşayıb-yaratmış, "Əkinçi"nin nəşrindən tutmuş, sovet rejiminə qədərki dövri mətbuatı, özəlliklə , Cümhuriyyət dönəmi siyasi publisistikasını, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu digərlərinin jurnalistlik fəaliyyətini isə tədqiq eləmişdir. Ustad alim 70 ildən artıq çəkən pedaqoji fəaliyyəti sayəsində özündən sonra minlərlə tələbəsindən ibarət nəhəng jurnalistlər ordusu qoyub getmişdir. Odur ki, Şirməmməd müəllimdən söz açmaq yüz əlli yaşını haqlamış Azərbaycan mətbuatının həm bu günü, həm keçmişi, həm gələcəyindən danışmaq deməkdir.

İstənilən bir proses müəyyən şəxslərin sayəsində yaranır, ikinci qismin hesabına irəliləyir, nəhayət, üçüncü qismin simasında, Hegelin ünlü ifadəsiylə desəm, özü-özünü dərk eləyir. Fales digər naturfilosoflarla başlayan, Sokrat Platonla yeni mərhələyə qədəm qoyan yunan fəlsəfəsində bu yekunlaşdırıcı, ümumiləşdirici, sistemləşdirici özünüdərk missiyası Aristotelə məxsusdur. Eyni missiyanı muğamlarımız xalq mahnılarımızı toplamaq, nota almaq tədqiq eləməklə Üzeyir Hacıbəyov Şərq Azərbaycan musiqisi tarixində yerinə yetirib. Dilçiliyimiz ədəbi dil tariximizin görkəmli tədqiqatçısı Əzəl Dəmirçizadənin, teatrşünaslığımız mili teatr sənətimizin böyük bilicisi Cəfər Cəfərovun yaradıcılığında  özü-özünü görmüş, tanımış, dərk eləmişdi. Milli mətbuat tariximiz isə qırxa yaxın kitab, səkkiz yüzə yaxın məqalənin müəllifi olan Şirməmməd Hüseynovun yaradıcılığı timsalında özü-özünü dərk eləmək həddinə gəlib çatıb. Cümhuriyyət dönəmi ondan öncəki dövr mətbuat tarixi nümunələrimizi elmi-analitik fikrin süzgəcindən keçirən, sistemləşdirən, ümumiləşdirən, uzun illər Azərbaycan, İran, Türkiyə, Almaniya arxivlərində apardığı yorulmaz araşdırmalar sayəsində transliterasiya eləyən nəşr etdirən, bununla da milli özünüdərk işinə misilsiz xidmətlər göstərən alim, pedaqoq, publisist Şirməmməd Hüseynov, obrazlı şəkildə desəm, mətbuat tarixçiliyimizin universal zəkalı Aristoteli idi.

 

Şirməmməd müəllimin uzun mənalı, çətin, keşməkeşli ibrətamiz həyat yoluyla, hətta azacıq tanışlıq da göstərir ki, o, dünyaya gəlişindən, ta vəfatına qədər bəlli bir görəv, çətin, həm şərəfli bir missiya üçün hazırlanıb. Elə bir missiya ki, öncə, sonra heç kəs bu işi yerinə yetirməyib, bunun üçün məhz o seçilib, bu, məhz onun tale təyinatı olub! Amma seçilmək nəinki bəri başdanca sevilmək deyil, əksinə, ağır sınaqlar, bu sınaqların doğurduğu əzablar, məşəqqətlər, məhrumiyyətlərdən keçmək sonunda Tanrının ədalətiylə layiq olduğun sevgiyə, hörmətə, ehtirama layiq görülmək deməkdir! Şirməmməd müəllimin həyatı başından sonunacan bu fikri təsdiqləyən faktlarla zəngindir.

Görkəmli alimin babası yüz iyirmi ilə yaxın yaşamış, ümumən o, uzunömürlülər nəslində dünyaya gəlmişdi. Çünki o həyatı ki Şirməmməd Hüseynov yaşayacaqdı, sağlam, güclü genetika olmadan bu, sadəcə, mümkün deyildi. Qan-gen yaddaşı uzun bir ömür sürməyə, fərqli tarixi dönəmləri öz yaşam praktikasında duymağa müqayisə eləməyə, elmi-nəzəri fikirləri şəxsi təcrübəsi ilə sintez eləməyə ona imkan verəcəkdi. O, atasını erkən yaşlarında itirmiş, uşaqlıqdan fiziki zəhmətə alışmış, həyatın hər üzünü görmüş, yeniyetmə gənc yaşlarından polad kimi bərkimiş, mətinləşmişdi. Bu fenomenal dərəcədə mətin, dönməz xarakter sonralar ömrü boyu rastlaşacağı sınaqlardan alnıaçıq, üzüağ çıxmaqda ona lazım olacaqdı. Şirməmməd müəllimin iki müharibənin - uşaqlığında İkinci Cahan, ahıllığında isə Qarabağ savaşının ağrı-acılarını görməsi taleyin onu ömrü boyu haqq-ədalət uğrunda döyüşlərə hazırlamasına bir işarə idi. Həyatın hər anı onun üçün döyüş idi - xəstəliyə, tənbəlliyə, zərərli vərdişlərə, ədalətsizliyə, haqsızlığa, saxtakarlığa, mənfəətpərəstliyə, rüşvətə, yalana, əxlaqsızlığa, qanunsuzluğa bütün bunların sonucunda ölümə qarşı döyüş! O öz həyatıyla haqq-ədalətin sıravi əsgərliyindən generallığına ucalmışdı, ölümüylə isə ölməzliyə yüksəldi!

Şirməmməd müəllimin həyatının daha bir səciyyəvi faktı onun öz taleyinin ulduzu - Ülkər xanımla rastlaşması Şəkidən başlayan bu tanışlığın onillərin sınağından çıxan, milyonlarla insanın idealına çevrilən bir türk ailəsi örnəyinə dönüşü idi. Bütün ömrü haqq-ədalət uğrunda mücadilədə keçən namuslu bir ziyalının, halalzadə bir kişinin ömür-gün yoldaşı olmaq, onunla birlikdə iki ləyaqətli övlad böyütmək, həyatın sınaqlarına sinə gərmək, bu sınaqlarda ona dəstək durmaq hər qadının bacarmayacağı çətin bir məsələ, zor bir idi! Onillər boyu "Elm həyat" jurnalında işləyən, hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışan, çoxsaylı elmi-publisist kitabların dilimizə tərcüməçisi kimi tanınan Ülkər xanım bu ömür-gün yoldaşlığı görəvinin öhdəsindən ləyaqətlə gəlib, taleyin ona göstərdiyi etimada - Şirməmməd Hüseynov kimi bir ziyalının xanımı olmaq şərəfinə layiq olduğunu sübut eləyib. Şirməmməd müəllim Ülkər xanımın halallıq üstündə qurulan ocağı bir tikə haramın belə girə bilmədiyi, sözün yaxşı mənasnda, sərt əxlaq qaydalarının, dəmir intizamın hökm sürdüyü, ən böyük var-dövlətləri minlərlə kitabdan ibarət olan klassik ziyalı ailəsi idi. Onların öz sarsılmaz sədaqət örnəyini Həsən bəy Zərdabi ilə Hənifə xanımdan, Cəlil Məmmədquluzadə ilə Həmidə xanımdan, Üzeyir Hacıbəyli ilə Məleykə xanımdan, Məhəmməd Əmin Rəsulzadə ilə Ümbülbanu xanımdan götürən ailəsi bu gün milyonlarla gənc üçün klassik bir meyar, ölçü, etalon, bir sözlə, idealdır. Bu nümunəvi ailə həm bir faktı təsdiq edir - adını çəkdiyim bu ustadlar təkcə yaradıcılıqları deyil, şəxsi həyatlarıyla da Şirməmməd müəllim onun ailəsi üçün bir örnək, ilham qaynağı olub. Onun sözü ilə özü, ictimai idealları ilə fərdi yaşamı arasında hər hansı riyakarlıqdan doğan cüzi belə ziddiyyət olmayıb. Bu, göründüyü kimi olan olduğu kimi görünən, yaşadığı kimi yazan yazdığı kimi yaşayan, sözüylə əməli tən gələn bir alimin müqəddəs ailə ocağı idi!

"Gərək hər ailə cəmiyyət üçün, millət üçün sağlam övladlar yetişdirə" deyən Şirməmməd müəllimə görə, qanuni dövlət sağlam cəmiyyətdən, sağlam cəmiyyət isə təmiz, halal ailələrdən təşkil olunur. o dövləti, o cəmiyyəti qurmaq üçün hər kəs öncə öz ailəsi özündən başlamalıdır! Ailə, cəmiyyət dövləti üzvi, qanuni vəhdətdə götürən alimin "kim öz ailəsini dolandıra bilmirsə, dövləti saxlaya bilməz" sözlərində dərin hikmət, 90-cı illərin siyasi olaylarına arifanə bir işarə var idi. Öz təmiz adını dünyanın hər cür komfort həyatı, cah-cəlalına dəyişməyən, onillər boyu universitetdə müəllim işləməsinə baxmayaraq, bir tələbədən belə rüşvət almayan, bunu eləyənlərə isə zərrə qədər güzəştə getməyib, tədris ocağından onları dərhal uzaqlaşdıran bu fenomenal insan öz nəzəri tezislərinin sadəcə, sözdən ibarət olmadığını şəxsi həyat praktikası ilə bir ömrü boyu sübuta yetirmişdi. Odur ki, qızı Fərəh xanım Əliyevanın böyük alimin dəfni günü dediyi "Atam şərəfli bir ömür yaşayıb. Bu ömür yolunda ləyaqətli miras qoyub. Bu miras onun təmiz adı idi" sözləri uzun bir ömrün hər günü, hər anıyla təsdiqlənən həqiqətdən xəbər verirdi.

Şirməmməd Hüseynovun ömrünün təkcə zaman deyil, məkan göstəriciləri onun görkəmli ziyalı, yaradıcı şəxsiyyət, haqq-ədalət mücahidi kimi formalaşmasına öz təsirini göstərib. O, Şəki, Bakı, Moskva kimi üç fərqli məkanda yaşayıb, təhsil alıb çalışıb. Ustadın ünlü ardıcıllarından Cahangir Məmmədlinin informativ zənginlik səmimi duyğusallığı özündə birləşdirən xatirə yazısında dediyi kimi, özəlliklə , Moskva universitet mühiti Şirməmməd Hüseynovun geniş dünyagörüşünə, faktoqrafik yöndən zəngin, məntiqi baxımdan aydın, hər cür pafos patetikadan uzaq elmi üslubuna öz ciddi təsirini göstərib, möhürünü vurub.

İnsanın gördüyü işlər o zaman böyük olur ki, onun taleyi mənsub olduğu xalqın tarixi taleyi ilə üst-üstə düşsün. Bu baxımdan, Şirməmməd Hüseynovun həyatı xalqımızın son bir əsrdə keçdiyi mənəvi-intellektual yolu özündə əks etdirir. Başlanğıcda, şübhəsiz ki, o da milyonlar kimi kommunizmin bərabərlik, xoşbəxtlik, qardaşlıq ideallarına inanıb. Lakin Moskva mühiti onun elmi dünyagörüşünü genişləndirdiyi kimi, siyasi savadını da artırmış, xalqlar dostluğu ideyası altında pərdələnmiş sovet rejiminin əsl mahiyyətini görməyə ona imkan vermiş bununla da, o vaxtlar hələ cavan olan alim-tədqiqatçının düşüncə həyatının birinci mərhələsindən ikincisinə keçid başlamışdı. Əllinci illərdən sovet rejiminin çöküşünə qədərki, təxminən, 40 illilk dövr isə onun öz əsas tale təyinatını yerinə yetirmək üçün daxili hazırlıq rolu oynadı. Nəhayət, sovet rejiminin çöküşü onillərdən bəri hazırlandığı hazırlaşdığı milli-ideoloji özünüdərk missiyasını yerinə yetirməyə ona imkan verdi - sanki qəfil daxili təkandan vulkan püskürdü!

Şirməmməd Hüseynovun həyat yaradıcılığının əsas, yekunlaşdırıcı, həlledici məqamları müstəqillik dönəmiylə bağlıdır. Görkəmli alim özünün "Azərbaycan legionerləri", "Milli haqq ədalət axtarışında", "Mənəvi irsimiz gerçəklik", "İstiqlal" sair əvəzsiz kitablarını, Cümhuriyyət dönəmi olayları Qarabağ müharibəsinin müqayisəli təhlilinə həsr elədiyi qiymətli məqalələrini bu dövrdə yazmış, Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin beş cildliyini, Üzeyir Hacıbəylinin əsərlərinin iki cildliyini ciddi araşdırmalardan ibarət Ön sözlərlə məhz bu illərdə tərtib nəşr elətdirmişdir.

Uzun ömür yaşamış tədqiqatçı-alimin vətən, millət dövlətlə bağlı müdrik, uzaqgörən qənaətləri ən çox məhz bu dövrə aiddir. O qənaətlərdən birincisi budur ki, müstəqilliyin qarşıya çıxardığı aktual siyasi, hərbi, iqtisadi, mədəni sualların, xüsusilə , Qarabağ müharibəsi erməni mövzusuyla bağlı problemlərin cavablarını Cümhuriyyət dövrü tariximizdə axtarmalıyıq. mən bu dəfə artıq onu Aristotel deyil, "Paralel tərcümeyi-hallar" əsərinin müəllifi Plutarxla müqayisə edəcəm. Bir fərqlə ki, antik yunan tarixçisi paralel taleyə malik şəxsiyyətləri, Şirməmməd müəllim isə paralel olayların cərəyan elədiyi tarixi kəsimləri araşdırma predmetinə çevirir, tutuşdururdu. Bu tutuşdurmanın əsasında kökünü Platondan götürən, Cambatisto Viko, Osvald Şpenqler, Arnold Toynbinin əsərlərində inkişaf etdirilən spiralvari tarixi inkişaf nəzəriyyəsinə dair elmi-fəlsəfi-kulturoloji qənaət dururdu. Görkəmli alimə görə, zamanın qarşıya çıxardığı suallara cavab tapmaq üçün biz paralel səciyyəyə malik Cümhuriyyət dövrünü dərindən araşdırmalı, ciddi surətdə öyrənməli özündən sonrakılara böyük bir mənəvi irs qoyub getmiş şəxslərin ideyalarını başımız üstündə bayrağa çevirməliyik. Bütün ömrünü kitab-dəftər üstündə keçirməsinə baxmayaraq, doxsan dörd yaşında belə eynək taxmayan Şirməmməd müəllim yüzillik bir məsafədən tarixi eynəksiz görür, zahiri olayların alt qatındakı mahiyyətə nüfuz eləyir vətən övladlarını tarixin dərslərindən ibrət götürməyə çağırırdı. Geniş dərin savad, böyük həyat təcrübəsi görkəmli alimə imkan verirdi ki, tarixə özünəməxsus konseptual baxışla yanaşsın. Bu baxışa görə, bizim artıq dövlətimiz olub, Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enmir, uzaqbaşı, arada 70 illik fasilədən danışmaq olar. "Məhəmməd Əmin Rəsulzadə bayrağımızı parlament binasının üstünə sancmışdı, Heydər Əliyev 70 ildən sonra Naxçıvanda yenidən qaldırdı, İlham Əliyev isə 160 metr hündürlükdə dalğalandırır" deyən Şirməmməd Hüseynov Cümhuriyyət müstəqillik dövrü dövlətçiliyimizi vəhdətdə götürür, "biz, sadəcə, dövlət qurmur, artıq mövcud dövlətimizi yenidən qurur, bayraq, gerb, himn kimi əsas atributları da daxil olmaqla onu bərpa edirik" fikrinə əsaslanırdı. Obyektiv tarixi həqiqətə söykənən bu yanaşma dövlətçilik tariximizi daha böyük zaman kəsimində görən göstərən, onun tarixi keçmişi bu günüylə qanuni qürur hissi duyan bir alimin vətənsevərlik mövqeyindən doğurdu. Dövlət dövlətçiliklə bağlı Şirməmməd Hüseynovun Türkiyə Respublikasının cümhurbaşkanı Süleyman Dəmirələ istinadən tez-tez təkrarladığı bir aforizm var: "Dövlət baş, hakimiyyət papaqdır". Yəni hakimiyyətlər bir-birini əvəz eləyir, dövlət isə əbədidir insanın siyasi dünyagörüşünün əsasında əbədi dövlətçilik dəyərləri dayanmalıdır, biz şəxsiyyətlərə deyil, dövlətə xidmət eləməliyik. Şirməmməd Hüseynov dövlətçi idi yəqin ki, bu üzdən iqtidar da, siyasi müxalifət ona vicdanlı, nüfuzlu elm xadimi, obyektiv jurnalist, vətəndaş ziyalı kimi böyük sayğıyla yanaşırdı. 90-cı illərin təlatümlü olayları zamanı xalqın fikir emosiyalarını yönləndirənlər arasında İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı sair kimi müxtəlif nəsillərə məxsus onlarla yazar var idisə, milli ideologiya sahəsinin yeganə təmsilçisi, şəriksiz avtoriteti Şirməmməd Hüseynov idi. Təsadüfi deyil ki, sayın Prezidentimiz İlham Əliyev görkəmli alimin fəaliyyətini yüksək qiymətləndirir, "mətbuatımızın inkişafında sizin xidmətləriniz böyükdür" deyirdi. Dövlətçi alimin xatirəsi siyasi mənsubiyyətindən asılı olmayaraq vətən, millət, dövlət mövqeyində duran hər kəs tərəfindən bu gün böyük ehtiramla yad edilir, sayğıyla anılır.

Şirməmməd Hüseynovun müstəqillik dövrü əsərlərində irəli sürdüyü ikinci fundamental qənaət onun Türkiyə başda olmaqla, türk dövlətlərinin turançılıq ideallarıyla bağlıdır. Bu ideallar romantik vətənpərvərlik patetikasından irəli gəlməyib, tarixçi alimin türk millətiylə bağlı tarixin sınağından çıxmış üç ciddi qənaətinə söykənirdi: birincisi, Allah türklərə hər millətə vermədiyi dövlət yaratmaq yaşatmaq qabiliyyəti verib; ikincisi, fədakarlıq qəhrəmanlıq ruhu verib; üçüncüsü, insaf mərhəmət duyğusu verib. Cümhuriyyət dövründə ermənilərin törətdiyi soyqırımı, vandalizm, terror aktlarından xilas olmağımızda Türkiyənin göstərdiyi dəstəyi yada salan tarixçi alim eyni durumun Qarabağ sindromunun çözülməsində təkrar olunacağına böyük ümidlər bəsləyirdi İkinci Qarabağ savaşında sayın Ərdoğan cənabları başda olmaqla, Türkiyə Cümhuriyyətinin qardaşlıq köməyi bir tərəfdən bu ümidlərin gerçəkləşməsindən xəbər verdiyi kimi, ikinci tərəfdən , ömrünü-gününü elm yolunda fəda eləmiş tarixçi alimin müdrik uzaqgörənliyinin əyani təsdiqinə çevrildi. Lakin vətənpərvər alim əhalisinin sayı ərazisi o qədər böyük olmasa da, Azərbaycanın beynəlxalq arenada Türkiyəyə göstərdiyi dəstəyi nəzərdən qaçırmır, qardaşlıq köməyinin qarşılıqlı olması zərurətini vurğulayır buna bariz örnək kimi Prezident İlham Əliyevin Davosda dediyi "Ərdoğan burda yoxdur, mən burdayam!" sözlərini böyük qürur hissiylə dilə gətirirdi.

Vətənimizin gələcəyi, millətimizin səadəti, dövlətimizin əbədiliyi Şirməmməd Hüseynovun bir alim, ziyalı, insan kimi əsas məramı, başlıca məqsədi idi. Üzeyir Hacıbəyovun "vətən özümüzün, millət , dövlət " sözlərinin ardınca o da müstəqil dövləti Allahın millətə verdiyi böyük nemət sayır, bu neməti göz bəbəyi kimi qorumağı hər bir vətəndaşın şərəf işi hesab edirdi. Məhəmməd Əmin Rəsulzadənin "biz şərqin əxlaqı ilə qərbin elm texnikasını birləşdirməliyik" fikrinə əsaslanan görkəmli alim millətimizin gələcək perspektivini qanunların hökm sürdüyü, mənəvi-əxlaqi dəyərlərin çiçəkləndiyi, elmin inkişaf elədiyi bir toplumda görür, "o millət yaşayacaq ki, elmə əhəmiyyət verir" deyirdi.

Şirməmməd Hüseynovun həyatı kimi ölümü özündə dərin bir məna daşıyır, onun seçilmişliyindən xəbər verir. Doxsan yaşını keçmiş alim "kim ölməyə hazırlaşırsa, qoy qəbiristanlıqda özünə yer eləsin, mənim xəstələnməyə, ölməyə vaxtım yoxdur, Cümhuriyyətin yüz illiyinə qədər qələmi yerə qoymayacağam" deyirdi doğrudan da, bu əlamətdar yubileyi gördükdən, onun sevincini yaşadıqdan sonra - 2019-cu ildə dünyasını dəyişdi. Onun bu yubileyi görməyə, bu sevinci yaşamağa haqqı varıydı! Amma bu sirr idi - insanın öz ölüm vaxtını özünün müəyyənləşdirməsi imkanı, yoxsa, hər şeyi ədalət tərəzisində çəkən Allahın öz sevimli bəndəsinə lütfü? Bu suala birmənalı cavab vermək çətindir...

Bütün həyatını vətən, millət, dövlət ideallarına həsr eləyən Şirməmməd Hüseynov xoşbəxt insan idi - Tanrı ona ömrü boyu həsrətində olduğu müstəqilliyimizi, yolunda qələm çaldığı Cümhuriyyətin 100 illiyni görməyi nəsib elədi. Xoşbəxt ailə başçısı idi - Ülkər xanım kimi qədirbilən ömür-gün yoldaşı var idi, özündən sonra sənətşünas Fərəh Əliyeva musiqişünas Lalə Hüseynova kimi iki ləyaqətli, dünyaya gəldikləri ailəyə layiq övlad qoyub gedib. Xoşbəxt müəllim idi - təkcə Famil Mehdi, Qulu Xəlilli, Tofiq Rüstəmov, Cahangir Məmmədli, Şamil Qurbanov, Nəsir Əhmədli, Yalçın Əlizadə, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Akif Aşırlı kimi ünlülər deyil, bu gün dövri mətbuatda aktiv surətdə iştirak eləyən yüzlərlə, minlərlə media əhli onun məktəbinin yetirmələridir. Xoşbəxt alim idi - halal namuslu əməyi dövlətimiz müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilib, yüksək fəxri adlar mükafatlara, Prezident təqaüdü "Şərəf" ordeninə layiq görülüb.

Şirməmməd müəllim kimi allahlı bir adam ömrünün az qala, 70 ilini allahsız sovet dönəmində yaşamışdı. Elə bir dönəm ki, bütün müqəddəs yerlər bağlanmış, vicdan azadlığından məhrum olunmuş insanların üz tutacağı ibadət ünvanı qalmamışdı. Onda Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə kimi vətən, millət, dövlət fədailərinin sözləri əməlləri Şirməmməd Hüseynov üçün bir ibadət ünvanına, müqəddəs ziyarətgaha çevrilmiş, onu ruhdan düşməyə qoymamışdı. O on illər boyu bu böyük şəxsiyyətlərin işıqlı fikirlərinə söykənərək, Allahın ədalətinə inanaraq yaşayıb-yaratmışdı. Təsəllimiz budur ki, indi o işıqlı ünvanlar sırasında daha bir ünvan da var - Şirməmməd Hüseynov ünvanı! qədər ki, vətənimiz var, bu ünvan da yaşayacaq! qədər ki, millətimiz yaşayır, bu ünvana üz tutulacaq! qədər ki, dövlətimiz mövcuddur, bu işıq sönməyəcək!

 

Əsəd CAHANGİR

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 14-15.