Mehriban Ələkbərzadə MDB Parlament
Assambleyasının Çingiz
Aytmatov mükafatına
layiq görülüb
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının bədii
rəhbəri, Əməkdar
incəsənət xadimi,
Dövlət mükafatı
laureatı Mehriban Ələkbərzadə
Müstəqil Dövlətlər
Birliyinə (MDB) üzv
ölkələrin Parlamentlərarası
Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyindən
AZƏRTAC-a bildirilib ki, onun
namizədliyi Assambleyanın
Mədəniyyət, İnformasiya,
Turizm və İdman Komissiyası tərəfindən irəli
sürülüb. Komissiyanın
sədri - Özbəkistan
Ali Məclisinin deputatı
Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq
fəaliyyəti haqqında
ətraflı məlumat
verərək, onun bu mükafata layiq olduğunu bildirib.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif,
humanitar elmlərin inkişafına dəyərli
töhfələr verən,
habelə ədəbiyyat,
incəsənət və
mədəni irsin qorunmasına, mədəniyyətlərin
qarşılıqlı zənginləşməsinə
xidmət edən, dostluq əlaqələrinin,
sülhün möhkəmləndirilməsi
və dövlətlərarası
mənəvi əlaqələrin
inkişaf etdirilməsinə
görə verilir.
Mehriban Ələkbərzadə bu
mükafata layiq görülən ilk qadın
sənətkardır. O, mükafata
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının
səhnə versiyasına
görə layiq görülüb.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın
qərarı ilə təsis edilib.
Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında
dünyaşöhrətli qırğız
yazıçısı Çingiz
Aytmatovun “Gün var əsrə bərabər”
romanı əsasında
hazırlanmış “Əsrə
bərabər gün”
(iki hissəli fantastik realizm) tamaşasının premyerası
keçirilib.
Yeni səhnə əsərinin
müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov,
bəstəkarı Azər
Hacıəsgərlidir.
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, ¹27.- S. 17.