Milliliyin tarix konsepsiyası
bədii güzgüdə
Yunus Oğuzun romanları
Toplumun ruhunu, kimliyini əks etdirən millilik mədəni müxtəlifliyin qorunub saxlanması, mədəni
irsin qlobal mühitdə translyasiyası
üçün çox
mühüm əhəmiyyətə
malikdir. Azərbaycan ədəbiyyatının polifonikliyi
ilə seçilən
dövrü kimi səciyyələnən müstəqillik
dövrü ədəbiyyatının
da əsas fərqləndirici
xüsusiyyəti tarixi
köklərə qayıdış,
türkçülük, azərbaycançılıq
ideologiyası ilə bağlı mövzuların
bədii mətnlərdə
qabardılması üçün
geniş imkanların yaranmasıdır. Müstəqillik
dövrü Azərbaycanın
ədəbiyyatı bu
gün həm dünya arenasında olan ədəbi tendensiyaları izləyir,
həm də milli kökə qayıdışa,
milli yaddaşa hesablanmış
mətnlər yaradır.
Ədəbiyyatda milli kök
və milli yaddaşla
bağlı məqamların
əksi problemi tarixi həqiqətin bədii boyalarla təqdimi kimi müstəsna keyfiyyəti
sayəsində tarixi
roman janrında daha uğurlu həll imkanlarına malikdir.
Milli xüsusiyyətlər, mentalitet,
milli irs tarixi roman janrının əsas məramının reallaşdırılmasında
- keçmişin oxucuya
yönələn özünəməxsus
və yaddaqalan bədii təsvirinin yaradılmasında mühüm
rol oynayır. Bu baxımdan, tarixi romanlarında həm tarixi həqiqəti qorumaq, həm də bu həqiqəti
unikal bədii qiyafədə təqdim etmək kimi dillemanı uğurla həll edən Yunus Oğuzun yaradıcılığı müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında müstəsna
mövqeyə malikdir.
Yaradıcılığa poetik mətnlərlə başlayan
Yunus Oğuzun şeirlərində izlənən
milli kökə bağlılıq,
vətənpərvərlik, türkçülük sonralar
onun nəsrində və dramaturgiyasında daha vüsətli şəkildə təzahür
etdi. O, çağdaş
Azərbaycan ədəbiyyatının
yazarları pleyadasında
"Qadın ulduzu"
(1996) povestinin, "Nadir şah"
(2008),"Təhmasib şah"
(2009), "Əmir Teymur
- zirvəyə doğru"
(2011), "Əmir Teymur-dünyanın
hakimi" (2012), "Şah
arvadı və cadugər" (2013), "Sultan Alp Arslan"
(2015), "Atabəy Eldəniz"
(2017), "Ovçu" (2018), "Səfəvi Şeyxi"
(2019), "Çingiz xan"
(2020), "Uçurum" (2021), "Cığır" (2022) romanlarının,
"Attila" (2007), "Nadir şah",
"Altun dəftər"
pyeslərinin müəllifi
kimi özünəməxsus
yerə malikdir.
Yunus Oğuzun ilk romanı olan "Nadir şah" Azərbaycan tarixinin təlatümlü və həlledici bir dövrünü işıqlandırmaqla
yanaşı, Turan ideyasının təməl
daşlarına toxunur.
Yunus Oğuz tarixdə, eləcə də ədəbiyyatda təzadlı fikirlərin
və münasibətin
obyekti olan Nadir şahı tam yeni rakursdan
təqdim edir, onun böyük Turan ideyasını gerçəkləşdirmək üçün "seçilmiş"
olmasını, apardığı
mübarizəni, insan
kimi daxilində yaşadığı ağrıları
böyük ustalıqla
bədii mətnə çevirir. Yunus Oğuzun tarixi romanlarının səciyyəvi
cəhəti - tarixi həqiqətə sadiqlik bu romanda da özünü
göstərir. Diplomat kimi
də öz fəhmi və uzaqgörənliyi ilə seçilən Nadir şahın
xarici elçilər və nümayəndələrlə
dialoqları onun obrazının ştrixlərini
tamamlayır. Ziddiyyətli
tarixi şəxsiyyət
olan Nadir Şahın oğlu Rzaqulu xanla münasibətləri
fonunda bir atanın və bir hökmdarın faciəsinin böyüklüyünü
göstərən Yunus
Oğuz bu epizodla əsərin kulminasiya nöqtəsini tamamlayır.
Yunus Oğuzun romanlarında ideologiyanın milliliyin qorunmasındakı roluna xüsusi önəm verilir. Tarixi romanlar ustası Səfəvilər dövlətinin
tarixinə həsr etdiyi "Səfəvi Şeyxi", "Təhmasib
şah" və
"Şah arvadı və cadugər" romanlarında ardıcıl
olaraq tariximizdə mühüm yeri olan bu dövlətin
əsasını təşkil
edən səfəvilər
ideologiyasının yaranmasından,
bu ideologiyanın dövlətin tutduğu siyasi xətdə, idarəetmə meyarlarında
rolundan bəhs edir, sonuncu əsərdə
isə ideologiyanın
təhrifi səbəbindən
Səfəvilər sülaləsinin
türk başlanğıcından
ayrılaraq farslaşmağa
doğru inkişafını
və zəifləyərək
süquta uğramasını
əks etdirir. Yunus Oğuzun bu romanlarında Səfəviyyə təriqəti
dərin dövlət
funksiyasını yerinə
yetirir, səfəvi şeyxləri daim dövləti qoruyur və onun missiyasının
yerinə yetirilməsində
mühüm rol oynayırlar.
Yazıçının "Sultan Alp Arslan" romanında Sultan Alp Arslanın
türk hökmdarı
və sərkərdəsi
kimi Böyük Turan yolunda atdığı
addımlar işıqlandırılır
və Yunus Oğuz əsərdə
Sultan Alp Arslanı Azərbaycana,
Bakıya gətirərək
Böyük Turanın
konturlarını bir daha dəqiqləşdirir.
Səlcuqlardan Böyük
Turan ideyasını miras alaraq tarixin
növbəti etapına
daşıyan Atabəylər
dövlətinin yaranmasından
bəhs edən "Atabəy Eldəniz" romanında isə Yunus Oğuz "seçilmiş" funksiyasını
Atabəy Eldəniz və Mömünə xatuna verir.
Tarixi romanlar ustasının şah əsəri olan "Əmir Teymur" romanı "Böyük Turan"ın
ən böyük ideoloquna ucaldılmış
möhtəşəm ədəbi
abidə kimi yalnız Azərbaycanda deyil, ümumtürk arealında müəllifinə
böyük şöhrət
və sayğı qazandırmışdır. "Çingiz xan" romanında isə Yunus Oğuz "Yeni düzən"in başlanğıcını
qoyan hökmdar-sərkərdənin
keçdiyi yolu, onun türk tarixində yerini bədii mətn vasitəsilə mükəmməl
şəkildə göstərməyə
nail olmuşdur. Yunus Oğuzun ümumtürk
milli mədəniyyət tarixinə
bələdliyi onun romanlarında personajların
yaradılması xüsusiyyətlərinə
və süjetin inkişafının spesifikliyinə
əhəmiyyətli təsir
göstərir. Onun yaratdığı qəhrəmanların
milli xarakterinin dialoqlarda,
hərəkətlərdə, düşüncələrdə ekspressiv əks olunması əsəri hədəf oxucu kütləsi üçün
inandırıcı və
canlı edir.
Yunus Oğuz yalnız tarixi keçmişə deyil, müasir tarixə də həssas ziyalı mövqeyi sərgiləyən
yazıçıdır. Onun
"Ovçu" romanı
müasir Azərbaycan
tarixinin dönüm nöqtəsi olan
2016-cı ilin aprel döyüşlərini, xalqın
öz dövlətinə
və ordusuna sevgisini, inamını, Qarabağı azad etmək qüdrətini, əzmini parlaq şəkildə əks etdirir. Yazıçının
2022-ci ildə qələmə
aldığı "Cığır"
romanı isə 44 günlük Vətən müharibəsinin mükəmməl
bədii salnaməsidir.
Bu əsərlərdə də
rast gəldiyimiz Murad obrazı yazıçının
müxtəlif tarixi dövrlərə həsr
edilmiş əsərlərində
"seçilmiş" missiyasını
uğurla icra edərək xalqın, millətin, dövlətin,
türklüyün nicatı
üçün müstəsna
xidmətlər göstərir.
Yunus Oğuzun yaratdığı Murad obrazı
azərbaycanlı igidlərin,
vətənpərvər arxetipinin
bədii obraza proyeksiyasıdır.
Tarixi
roman sıradan bir ədəbi əsər deyil, mədəni irsin, milli kimliyin əksidir. Yunus Oğuzun tarixi romanları da əks etdirdiyi dövrün ab-havasını mükəmməl
şəkildə əks
etdirir, onun əsərlərindəki millilik
tarixi mövzuya bədii dərinlik qazandırır və tarixi keçmişin daha yaxşı anlaşılmasına, yadda saxlanılmasına
vəsilə olur.
Elnarə
QARAGÖZOVA
Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 18.