İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Siluet" tamaşası sənətin metaanlamında

 

Teatr insan mənəviyyatının təkmilləşməsinə, bütövlükdə cəmiyyətin mədəni inkişafının artmasına fəal təsir göstərə bilən həssas, incə, canlı substansiyadır. Teatr sehrli məkandır. Teatra daxil olan tamaşaçı real həyat tendensiyasından ayrılıb, irreal həyat hadisələri tilsiminə düşür. Həmin tilsimlərdən birində - iyul ayının 11-də, Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının sənətçiləri 142-ci mövsümündə, dramaturq İmir Məmmədlinin "Qadın" mono pyesi əsasında Əməkdar mədəniyyət işçisi İftixarın qeyri-səlis məntiqlə uydurmaya çevirdiyi birhissəli psixoloji, mistik, qroteskvari "Siluet" tamaşasının anşlaqla keçən premyerasında tamaşaçıları öz sənət möcüzəsi ilə həqiqi mənada tilsimə sala bildi.

Quruluşçu rejissor tamaşanın başlanmasına qədər tamaşaçıları zalda baş verən hadisə ilə qarşılaşdırdı: "Hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra tamaşamız başlayır. Lütfən, telefonların səsini alın" elanından sonra zal nəzarətçisi birinci sırada oturan iki gənc qadına yaxınlaşaraq biletlərini göstərməyi xahiş edir. Qadınlar biletlərini evdə qoyduqlarını bildirərkən, nəzarətçi onları arxa sıralara keçməyə dəvət edir. Təklifi qəbul etməyən tamaşaçı xanımlar bağırtı ilə nəzarətçiyə hücum çəkib, ona təzyiq göstərirlər salonu hay-həşir bürüyür. Nəzarətçi onu təhqir edən qadınlar iti sıçrayışla salondan səhnəyə atılırlar.

Hadisədən pərişan olan tamaşaçılar səhnə arxasından ətrafa yayılan səslərə qarşı ikrah yaşayırlar: bu necə ola bilər? Axı bura teatrdır..." Doğrudur, teatrdır (Şekspir demişkən, həyat teatrdır). Məgər həyatda insanların bir-biri ilə saf, ülvi hiss bağlılığını qoruya bilməyərək, cəmiyyət içində kiçicik bir sözdən yaranan anlaşılmazlığı böyük konfliktə çevirdikləri haqq nahaqq hadisələri azmı görürük?

Mətnə edilən rejissor əlavəsi hadisənin süjetinə giriş verir, salondakıların tamaşaya baxmaq ovqatına təsir edir. Bir az əvvəl salonda kobudluq nümayiş etdirib qarışıqlıq yaradan, bununla seyrçilərin diqqətini cəlb edən, "mədəniyyətsiz" kimi görünən qadınlar səhnəyə qalxıb, çevik şəkildə qiyafələrini dəyişib, tamaşaçını salondan (salon - cəmiyyətdir), yəni real dünyadan irreal - sokral dünyaya aparırlar. Psixoenergetik hadisələr çoxxətli, çoxşaxəli variasiyalarda qeyri-səlis çərçivədə təqdim olunur. Tamaşa semantikdir: ilk baxışdanca simvolik ifadə vasitələri ilə maraq doğurur.

Əsərin mövzusu tənha Qadının uğursuz taleyində qarşılaşdığı hadisələr, bu hadisələrin içərisində sevdiyi, ideallaşdırdığı Kişinin öz arvadına xəyanət edərək, görüşdüyü Qadına qarşı olan etinasızlığının, mövqesizliyinin paradoksallığıdır. Lakin bu vəziyyət özü Qadının daxilində mübarizə refleksi yaradır. Xəyalındakı qadının onun evində ərini axtarmasının acı nəticəsini təsvir edir.

Personajlar səhnənin mərkəzində quraşdırılan üçbucağın divarını dələrək (rəmzi qapı) keçib obrazın inkişaf xəttini, xəyallarını, günahlarını, daxili hiss həyəcanlarını təhlil edirlər. Üçbucaq real dünyada insanın təbəddüllatının üç nöqtəsidir. Həmçinin, Qadının müxtəlif səmtlərdən baxış nöqtəsidir. Tamaşa iki vacib məqamı ilə maraq yaradır: tamaşaçının hissinə təsir etmək onu düşünməyə vadar etmək. Hadisələr aktyor oyunu üzərində qurulub. Üç obraz - Qadın (Xədicə Məmmədova), Siluet (Güney Əliyeva) Şəhvət (Pərvin Dadaşova) əllərində Taicitu adlanan, İn Yan simvolu ilə işarələnmiş, dairəvi örtüyü musiqinin müşayiəti ilə üçbucağın arxasından səhnənin önünə gətirirlər. Həyatda hər şeyin bir-birindən ayrılmaz, iki əks qütbü vardır: İn Yan qütbü. Bu, bir arada bütövlüyü tamamlayan iki hissədir. İn - "kölgəli tərəf", Yan - isə "işıqlı tərəf" mənasını verir. İn - Yan bütövlüyü formalaşdıran ikilik anlayışıdır. Harda İn Yan qütbləşməsi meydana çıxarsa, orda hərəkət başlayır. Sualın cavabı, sevginin nifrəti, hərəkətsizliyin hərəkəti, müdafiənin hücumu özündə ehtiva etməsi buna misaldır. Taicitu ya İn - Yan simvolunun içindəki balaca əks rəngli dairələr bu xüsusiyyətləri əks etdirir. Əks qütblər bir-birinə çevrilə bilən quruluşdadır. İn Yana Yan da İnə dönüşə bilər. Sonun başlanğıcı, başlanğıcın sonu bitməyən sonsuz hərəkəti labüd hala gətirir. Mikro quruluş makronun, makro quruluş isə mikro quruluşun ayrılmaz parçalarıdır.

Aktyorlar pantomim teatrı elementləri ilə zal səhnəni ayıran şəffaf divarı hiss etdirirlər - oynayırlar. Qadın, Siluet Şəhvət əllərində tutduqları kiçik - gözdeşən lazer işıqları ilə tamaşaçını işarələyir seyrçiləri sokral dünyanın daxilinə - "hissiyyatın mənanı dağıtdığı məkan"a dəvət edirlər. Səhnənin canlı atmosferi rejissorun palitrasında təkcə bədii ifadə vasitəsi deyil, həm bütövlükdə tamaşanın məntiqi-emosional semantik nəticəsidir.

Bu düşüncələr Qadına güclü psixoloji travma yaşadır ikili şəxsiyyət pozğunluğu yaradır. O, özünü görüşdüyü Kişinin arvadının yerinə qoyur, onun taleyini beynində canlandıraraq, eyni zamanda onun da həyatını yaşayır; Qadın psixoloji sarsıntılar, daxili ziddiyyətlər keçirir.

"Siluet" tamaşasının məzmunundan belə anlaşılır ki, hər iki hadisə bir qadının taleyində baş vermişdir. Yəni ki, istənilən hadisə hər bir insanın başına gələ bilər. İki tale yaşayan Qadın bütün qadınların taleyi barədə bir tablo yaradır. Hər bir qadının həyatında baş verə biləcək hadisəyə hazır olmağa, özünü, qarşısındakını günahlandırmamağa səsləyir. Çünki, Qadın obrazın dili ilə deyir: "bu, həyatdır". Rejissor isə deyir: "həyat qeyri-səlisdir".

Qeyri-səlis həyatın təcəssüm olunduğu tamaşanın musiqi həlli emosional təsir bağışlayır. Mişel Leqranın "Səni gözləyəcəyəm" ("Şerburq çətirləri" k/f) melodiyasının müşayiəti ilə obrazların zamanla rəqsi, səslərin təbiətində - həzinliyində, elastikliyində məkana uyğunlaşa bilmək qüdrətində; "Saksafonda gülüş" etüdündə insanın dünyasının həyat ritmini, insan fəryadının, harayının qroteskvari notlarını səsləndirən obrazlar kimi canlanır.

Tamaşanın kompozisiya-struktur həlli qeyri-adekvatdır; buradakı janr müxtəlifliyi, çoxşaxəli oyun prinsipi, müxtəlif teatr elementlərinin bir tamaşada birləşməsi mətndən irəli gələn hərəkətlərin mizanlaşdırılması zamanı səhnə əsərini müxtəlif mimikalar, jestlər, göz təması, bədən dili elementləri vasitəsi ilə zənginləşdirərək, nəticədə mətnin məntiqi ilə birləşmə çevrəsində qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində yaranan sinergetik harmoniyasını təcəssüm etdirir. Rejissor traktovkaya əsərin lirik, psixoloji, mistik, qroteskvari janrına uyğun tərzdə yanaşaraq, tamaşanı tam başqa düşüncənin, yozumun, konsepsiyanın, yeni teatr sisteminin məhsulu kimi təqdim edərək, ideya-məzmun-forma vəhdəti daxilində qeyri-səlis məntiqin teatr sənətinə adaptasiyasını yaratmağa cəhd edir. Bu, Azərbaycan teatrında bir ilkdir, yenidir - qeyri-səlis teatr sistemidir.

"Siluet" tamaşasında makro (kosmopolit dünya) mikro (qadın hissləri) səviyyəsində təqdim edilən qeyri-səlis vəziyyətin məntiqi ilə qarşılaşırıq. Lütfi Zadənin "Qeyi-səlis məntiq" nəzəriyyəsinin mahiyyətini görkəmli teatr rejissoru, Lütfi Zadənin yaxın qohumu Cənnət Səlimova isə belə izah edir: "Zənnimcə, bu nəzəriyyə yalnız riyazi yox, həm məntiqi bir kəşfdir. Bütün elmlər məntiq elmindən yaranıb. Yəni bu elm idrakla bağlıdır. Lütfi bu kəşfi ilə sübut etdi ki, dünyada səlis ölçülər yoxdur, yaşadığımız dünya öz yaranışından qeyri-səlisdir". Tamaşanın premyerasında iştirak edən hörmətli Cənnət xanımla əsər barədə mülahizələrimiz zamanı o, qısaca olaraq belə söylədi: "İftixar yenilikçi sənətkardır, yeni tamaşanızdan zövq aldım".

Qeyri-səlis məntiqin teatr sənətinə gətirildiyi "Siluet" tamaşasının qəhrəmanı Qadının daxili tərəddüdləri mücərrəd uydurmanın peripetiyaları ilə toqquşur. Obrazın mürəkkəb təzadlı, rasional irrasional düşüncə modullarının gözlənilməz refleksləri seyrçini şüurdaxili implikasiyanın (məntiqi nəticənin) fantaziyasına dəvət edir. Qadının daxili məni - silueti, ikinci məni - Qadınla həmişə ziddiyyət təşkil edən fikirləri, söhbətləri, mübarizəsi, ondan sonra Qadının şəhvət dünyası - bunlar hamısı insanda mövcuddur. İnsanın daxilində oturmuş başqa personajlar da var ki, insan içində həmişə onlarla söhbət aparır, mübarizə edir, bəzən razılaşır, bəzən tərəddüd edir. Burada da Qadın Silueti ilə, yəni ikinci məni ilə daim mübarizədədir o ikinci mən həmişə Qadının içində olan Şəhvətlə savaşdadır. Şəhvət Qadını başqa istiqamətə yönəldir. Rejissor tərəfindən bu mübarizələr simvollarla verilib: Qadının düşüncələri zamanı onun dünyasından doğularaq qadının başı üzərində öz yerlərini tapmaqla tamaşaçıya biri sevinc, biri kədər maskası şəklində görünmələridir, yəni Qadının təbəddülatları müxtəlif formalarda öz əksini tapır. Qadının taleyində baş verən bu hadisələr içərisində Qadın kimlərlə, nələrlə rastlaşır, daxili dünyası ilə apardığı mübarizə - bütün bunlar simvollarda təsbitlənir. Qadın, Siluet Şəhvətlə pişiklərsayağı dalaşması, pəncərədən aşağı boylanarkən "Bəri bax" xalq mahnısını öz daxili dünyasının tempinə uyğun şəkildə oxumağa başlayır. Bu andaca daxilindəki Şəhvəti, həm ikinci məni - Silueti baş qaldırır onların mübarizəsi kəskinləşir, az qala bir-birlərini öldürürlər.

Kölgə teatrı effekti əhatəsində Qadın, Siluet Şəhvət personajlarının üçlüyü qorxu həyəcan təsiri altında şüuraltı çabanın vahiməsini yaşayır. Qapının döyülməsindən yaranan həyəcan, Qadının ürək döyüntüsünün səsi qaranlığın sükutuna hakim kəsilir, tamaşada səsin, sözün, musiqinin, jest mimikaların, hərəkət hərəkətsizliyin səssizliyində, sinxron vibrasiyasında tamaşaçıya məna mesajları ötürür. Qadının təxəyyülündə canlanan digər Siluet (Güney Əliyeva) onları bir yerdə tutarsa, öldürəcək... bu fikir Qadının rahatlığını pozur. O, xəyalında canlandırdığı Siluet Şəhvətlə, eyni anda həm tamaşaçı ilə dərdini bölüşür, heç vaxt evli kişi ilə görüşməyəcəyinə söz verir.

Tamaşanın orijinallığının əsas cəhətlərindən biri, əsasən, onun biri digərini əvəz edən yenidən bünövrəyə dönüş yaradaraq mürəkkəb sistem içində sadə aydın mexanizm quran, həmin mexanizmin işlək prinsipi ilə ədəbi materialı teatr-hərəkət elementlərinin boyaları ilə çoxşaxəli istiqamətlərə aparan janrlar tandemində, eləcə , bir sıra nəzəriyyələrin - bir tərəfdən realizm, digər tərəfdən sürrealizm, lirizm, romantizm, dadaizm, psixosof, absurdizm digərlərinin tez-tez bir-birinə meydan açması həmin nəzəriyyələrin predmetləri ilə bədii formanı dəyişkən hala gətirərək bir-birinə zəncirvari bağlılığının zəngin bədii-estetik üslub forma poetikasını yeni sistem halında formalaşdıran özünəməxsusluğunda idi. Tamaşa müxtəlif süjet xətti istiqamətində hadisələrin bir-birinə bağlılığını tamamilə başqa dillə - hərəkət detalları ilə yanaşı, bir-birini əvəz edən simvolların rəngarəng stixiyasının ustalıqla səhnəyə gətirilməsi ilə sərgiləyirdi. Personajları səhnələrin mənasına xas olaraq müxtəlif formalarda həm dekorasiyalara çevirmək paraleldə onları bir neçə şaxədə obrazlaşdırmaq rejissor təfəkküründə cərəyan edən qeyri-səlis məntiqin variasiyalarıdır. Üç qütbdən istiqamət alaraq çoxsəmtli paralellərə paylanan oyun-estetik prinsipi modern teatr formasının hüdudlarını belə aşır.

Mürəkkəb təzadlı insan duyğularının hissi vibrasiyaları, şüuraltı şüurüstü mental reflekslər, qadın gözəlliyinin ontoloji fraktoloji təmasları, özünəqapanma, günahın etirafı hər vəchlə mənəvi təmizlənmə ritualından keçmə prosesləri məhz teatr sənətində təsbit olunur. Günah qədər güclü olarsa, təmizlənməyə ehtiyac bir o qədər güclü olar. Bunu isə teatr edəcək. Çünki teatr mədəniyyət sahəsində ən həssas mexanizmdir "Teatr - oyun qavrayış aktının (baxılma) baş verdiyi məkanın birlikdə udulan havasında yaşanan birgə həyatın zaman kəsiyidir" (Hans-Leman), aktyor-rejissor tandeminin variativliyində estetoməntiqlə öz sənət zirvəsini nümayiş etdirə bilir.

Siluet dişi hörümçəyin erkək hörümçəklə cinci əlaqədə olduqdan sonra dişinin erkəyi həmən öldürdüyünu nəql edərək Qadının həyat eşqinin ölümlə toqquşma anının vəchini proqnozlaşdırır. Bu epizodda rejissor insan varlığı ilə təbiət hadisələrinin yaxud canlı aləmin ekzistensional vəhdət prinsiplərinin maraqlı ifadə vasitələrinin (civ-civlərə çalınan layla yemləmə), kölgə effektləri ilə dramatik konfliktin (pişiklərin savaşını kəsən it hürüşməsi) kədərli obrazının İn-Yan simvolu ilə örtülmüş həyat ölüm - qadın qanı ilə yazılan, gözyaşı ilə yuyulan kontiniumunu işıq kölgə yerdəyişmələrinin enerji qatında nümayiş etdirir. Qadın daim insan ayaqlarının arasından sürünə-sürünə keçməklə həyatın labirintlərini yaşayır. Bu geniş dünyada rahat nəfəs alaraq yaşamaq mümkün deyildir. Həyatın mənası, mahiyyəti budur.

Əsərin sonunda Qadın Siluetun Şəhvətin arasında qalır, onları durdurur deyir: hərəniz öz yerinizdə qalın - biriniz Şəhvət, digəriniz - ikinci mənsiz, əsas mənəm, mən düşünürəm - odur. Qadın özünü asmağa gedir, amma bəlli olur ki, Qadın özünü asmır, özünü asan siluetdir. Siluetin isə asılması mümkün deyildir. Çünki o cansızdır. Üçü eyni vaxtda Qadın Qadının dünyasındakı Silueti, Şəhvəti eyni anda Qadının səsinə qoşulur, "Yaxşı ki, ölmədim, öpürəm səni, Allah", - deyirlər. Yəni dünyanın məhvəri insan daxilindəki təbəddülatlardan yox, Allahın nizam qanunundan asılıdır. Finalda "Ağlama, canım, gözüm" (sözlər musiqi: İftixar) mahnısı da tamaşanın tempo-ritminə uyğun təqdim edilən melodiya kimi tamaşaçını Ruhiyyə Eyvazovanın məlahətli səsində riqqətə gətirir.

Bu tamaşada Paklon (aktyorların təzimi) belə tamaşanın tərkib hissəsi kimi verilmişdir. Günahın səbəbkarı Kişi (Əmrulla Nurullayev) obrazının kölgə ekvivalentini qarşılayırıq. Kişi obrazının keyfiyyət ölçüləri Qadınların xarakterizə etdiyi detallar intonasiyalarla kölgə effektləri vasitəsi ilə həll olunur. Aktyor Ə.Nurullayev heç bir sözü olmayan Kişi obrazının məna yükünün qroteskvari-ironik oyun üsulu ilə sinergetik qavramasında tamaşaya performativlik bəxş edir. Finalda Kişi üçbucağın arxasından çıxaraq, tamaşaçıların Qadınların qarşısında dizini yerə qoyaraq centlmensayağı təzim edir. Qadın, Siluet Şəhvət obrazlarını canlandıran Xədicə Məmmədova, Güney Əliyeva Pərvin Dadaşova incə plastikalarını paklonda bir daha canlandırırlar.

İftixarın bədii elmi təfəkkürünü yaxından müşahidə edən teatrşünas olaraq "Siluet" tamaşasının XXI əsrin ortalarına yaxın teatr sənətimizə yeni teatr sistemi gətirməsinin şahidi oluruq. Bu yerdə böyük rus yazıçısı Lev Tolstoyun fikrini xatırladım: "Biz hamımız yazırıq, F.Dostoyevski isə yaradır". "Siluet" tamaşası göstərdi ki, "Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası" (Elçin teatrı əhatəsində) sənətşünaslıq elmləri doktoru dissertasiyasının müəllifi İftixar Piriyev tədqiqatının nəzəri kontekstini praktiki müstəvidə - teatr sənətində realizə etməklə Azərbaycan teatrında qeyri-səlis məntiq teatrının bünövrəsini qoydu. Bu hadisə teatrımızda yeni sənət yolu yeni teatr sisteminin yaranışıdır.

 

 

Nərminə AĞAYEVA

Ədəbiyyat qəzeti. - 2024.- 20 iyul, №27.- S. 22-23.